Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • Ru
Facebook-f Instagram Linkedin-in
  • Az
    • Ru
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Lisenziya
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Lisenziya
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • Ru
  • +994 50 200 50 22

ASC və QSC-nin dövlət qeydiyyatı

Səhmdar cəmiyyəti anlayışı. Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. .

Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır.

Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti (QSC) hesab edilir.

Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti (ASC) hesab edilir.

Cəmiyyətin təsisçisi (səhmdarı) olan hüquqi şəxslər öz təsərrüfat müstəqilliyini və hüquqi şəxs statusunu saxlayırlar.

Səhmdar cəmiyyətinin firma adında onun adı, habelə “açıq səhmdar cəmiyyəti” və ya “qapalı səhmdar cəmiyyəti” sözləri göstərilməlidir.

Səhmdar cəmiyyətinin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını və ya səhmdar cəmiyyətinin yaradılması haqqında qərarın qəbul edilməsini (səhmdar cəmiyyəti bir şəxs tərəfindən yaradıldıqda), səhmlərin təsisçilər arasında bölüşdürülməsini və nizamnamənin hazırlanmasını (qəbul olunmasını) əhatə edir. 

Səhmdar cəmiyyətinin yaradılması zamanı təsis yığıncağı təsisçilər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş müddətdə, səhmdar cəmiyyətinin bütün səhmləri təsisçilər arasında bölüşdürüldükdə keçirilir.

Səhmdar cəmiyyətinin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərinin təsdiq edilməsi, idarəetmə, nəzarət və icra orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir.

Səhmdar cəmiyyətinin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar.

 “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikası qanununun 17-ci maddəsinə görə Cəmiyyətin Nizamnamə fondunun minimum həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cəmiyyətlər üçün isə 5 milyon manat müəyyən edilir.

ASC və QSC-nin dövlət qeydiyyatı üçün müəyyən olunmuş rüsumlar, bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının qeydiyyatı üçün 220 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün isə 11 manatdır.

İnvestisiyaların cəlb edilməsini asanlaşdırmaq üçün Azərbaycanda şirkətin qeydiyyata alınması məsələsinə xüsusi diqqət yetirilib. Zaman keçdikcə Azərbaycan şirkətinin yaradılması üçün tələb olunan sənədlərin və proseslərin sayı xeyli azaldılmışdır.

Azərbaycan iqtisadiyyatının sabitliyi nəticəsində  son zamanlar bir çox iş adamları Azərbaycanda şirkətini qeydiyyatdan keçirməyə və Azərbaycanda korporativ hesab açmağa çalışırlar. Ən çox inkişaf etmiş sahələr kənd təsərrüfatı, sənaye, neft-qaz hasilatı, turizm və sairədir.

Azərbaycan Respublikasında biznesin qeydiyyatı haqqında nə bilmək lazımdır.

Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC), Açıq Səhmdar Cəmiyyəti (ASC), Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycanda qeydiyyata alına bilən kommersiya təşkilatlarının əsas növləridir.

Azərbaycanda MMC, ASC və QSC xarici iş adamları arasında ən populyar formadır və kiçik və orta biznes üçün uyğundur.  Bir çox sahibkarlar belə təşkilatların praktikliyini nəzərə alaraq Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət, açıq səhmdar cəmiyyət, qapalı səhmdar cəmiyyəti yaratmağa üstünlük verirlər. Siz Azərbaycanda, qeyd edilən formalardan birinə uyğun şirkət aça bilərsiniz

Azərbaycan qanunvericiliyinə əsasən ölkədə hüquqi şəxsin yaradılması şirkətin 100% xarici vətəndaşlara məxsus olmasına icazə verir və şirkətin kapitalı (nizamnamə kapitalı) üçün hər hansı konkret məbləğin ödənilməsini tələb etmir. Bundan əlavə, direktorun milliyyəti və ya müəyyən vəzifələr üçün yerli kadrların işə götürülməsi ilə bağlı heç bir tələb yoxdur. Eyni zamanda, əgər Azərbaycanda cari hesab açmaqda maraqlısınızsa, o zaman yerli direktor təyin etmək barədə düşünməlisiniz. Hazırda minimum nizamnamə kapitalı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Yerli qanunlar xarici səhmdarların hüquqlarına, maliyyələşdirilməsinə, vəsaitlərin Azərbaycana və Azərbaycandan köçürülməsinə xüsusi məhdudiyyət qoyulmadan birgə müəssisələrin yaradılması üçün çevik qaydalar nəzərdə tutur.

Bütün bunlardan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi sürətlə davam etdirilir. Bu ərazilərdə investisiya qoyuluşlu müxtəlif yönümlü biznes fəaliyyətini həyata keçirmək üçün münbit şərait yaradılmışdır.

ASC-nin qeydiyyatı

ASC-nin qeydiyyatı dedikdə səhmdar cəmiyyətin ASC – Açıq Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasında qeydiyyatı başa düşülür. ASC-nin QSC-dən fərqi ondan ibarətdir ki, ASC-nin səhmdarları digər səhmdarların razılığını almadan səhmlər üzrəində istədikləri kimi sərəncam verə bilərlər.

MMC-dən sonra Azərbaycanda ikinci məşhur biznes növü açıq səhmdar cəmiyyətidir (ASC). ASC-nin qeydiyyatı da MMC-nin qeydiyyatı kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilir Yeni investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını aparan müvafiq vergi orqanına aşağıda göstərilən sənədlər təqdim edilməlidir:

  • Təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanaraq notariat qaydasında təsdiqlənmiş ərizə;
  • Ərizə ilə birlikdə hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş 2 nüsxədə nizamnamə;
  • Hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında  təsisçi (təsisçilər və ya onların səlahiyyətli nümayəndələri)  tərəfindən təsdiq edilmiş qərarlar;
  • “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilər barədə əlavəsi (qurumun təsisçisi hüquqi şəxs olduqda “Təsisçi-hüquqi şəxslər barədə məlumat”, onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş  surəti, fiziki şəxs olduqda  isə “Təsisçi-fiziki şəxslər barədə məlumat”, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, təsisçilər tərəfindən icraedici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın  surəti (qanuni təmsilçinin  və ya rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti);
  • Hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
  • ASC-nin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə, yəni 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmayıbsa, nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair), habelə nizamnamə kapitalına pul formasında ödənilməyən əmlak qoyulduqda, əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;
  • Dövlət rüsumunun ödənilməsi haqqında sənəd və ərizə, təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda etibarnamə təqdim olunur.

ASC illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istista olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. ASC-lərin səhmdarlarının sayı məhdudlaşdırılmır. Onun təsisçisi, hətta bir fiziki və ya hüquqi şəxs ola bilə. ASC-nin nizamnamə kapitalının minimal həddi 4000 manat təşkil edir.

QSC-nin qeydiyyatı

QSC-nin qeydiyyatı da MMC-nin və ASC-nin qeydiyyatı kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilir. QSC-nin qeydiyyatının  təmini özündə təşkilatın yalnız QSC – Qapalı Səhmdar Cəmiyyətinin təşkilati hüquqi formasında qeydiyyatını nəzərdə tutur. QSC-nin MMC-dən fərqi ondan ibarətdir ki, QSC-nin qeydiyyatı çox vaxt iri şirkətlərin, yaradılması, qeydiyyatı və idarə olunması üçün kifayət qədər iri məbləğdə pul vəsaitini cəlb etmək məqsədilə həyata keçirilir. QSC-nin iştirakçıları Qapalı Səhmadr Cəmiyyətinin idarə olunmasına və mülkiyyətinə hüquq verən səhmlərə malik olurlar.

QÇS-nin  dövlət qeydiyyatı MMC-nin və ASC-nin qeydiyyatına uyğun olaraq ərizə və müvafiq sənədlərin təqdim olunması yolu ilə həyata keçirilir:

  • Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərinin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət QSC sayılır;
  • QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə etmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz;
  • QSC səhmlərini yalnız təsisçilər arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yaya bilər;
  • QSC-nin səhmləri təsisçilər arasında bağlanmış müqaviləyə uyğun olaraq əldə edilir;
  • Mülki Məcəllənin 100.3-cü maddəsinə görə cəmiyyət illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməlidir;
  • QSC-lərdə səhmdarların sayı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, 1 il ərzində ASC-yə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir;
  • QSC-lərin iştirakçılarının say həddi 50 fiziki və hüquqi şəxlərdən ibarət müəyyən edilmişdir;
  • QSC-nin nizamnamə kapitalının minimal həddi 2000 manat təşkil edir.

ASC və QSC-lərin elektron  qeydiyyatı

Azərbaycan Respublikasının  fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilən yerli investisiyalı  ASC və QSC-lərin dövlət qeydiyyatının heç bir rüsum ödənilmədən  elektron qaydada aparılması da mümkündür.  Yerli investisiyalı  ASC və QSC-lərin elektron  qeydiyyatı gücləndirilmiş elektron imzadan (o cümlədən ASAN imzadan)  istifadə etməklə, eyni zamanda elektron imza olmadan  da İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” bölməsinin “H/Ş elektron qeydiyyatı” hissəsinə daxil olaraq həyata keçirilir.

SMALL MEDIUM ENTERPRISES Konsaltinq Şirkətinin hüquqşünasları uzun müddətdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və lisenziyanın alınması sahəsində fəaliyyət göstərirlər və hüquqi şəxslərin təsis edilməsi ilə yanaşı qeydə alınmış faktların sonrakı dəyişiklikliyinin qeydiyyata alınmasını müşayiət edirlər. Hüquqi şəxsin dövlət qeydiyyatı və lisenziyanın alınması ilə əlaqədar yaxşı təşkil olunmuş iş Sizin istənilən təşkilati–hüquqi formaya malik şirkətinizin ən qısa müddətdə qeydiyyata alınmasına imkan verir.

Təklif edirik: Şirkətinizin fəaliyyəti prosesində iştirakçıların tərkibinin dəyişdirilməsi, nizamnamə kapitalının artırılması və ya azaldılması, faktiki və ya hüquqi ünvanın, təşkilati – hüquqi formasının, icra orqanlarının dəyişdirilməsi, həmçinin digər növ dəyişikliklərin aparılması zərurəti meydana çıxa bilər. Bu və ya istənilən digər qeydə alınmış faktların sonrakı dəyişikliklərin qeydiyyata alınmasında bizim hüquqşünaslar Sizə məmnuniyyətlə yardım edə bilərlər.

SMALL MEDIUM ENTERPRISES Konsaltinq Şirkəti hüquqi şəxslərin dövlət qeydiyyatı və lisenziya alınmasında sizə etibarlı və professional xidmət göstərmək imkanına malikdir. Xidmətimizdən istifadə edin!

Oxşar xəbərlər

ASC və QSC-nin dövlət qeydiyyatı

ASC və QSC-nin dövlət qeydiyyatı

Dekabr 4, 2022
Səhmdar cəmiyyəti anlayışı. Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və…
Daha ətraflı
Azərbaycanda Bank Olmayan Kredit Təşkilatının qeydiyyatı və lisenziyasının alınması

Azərbaycanda Bank Olmayan Kredit Təşkilatının qeydiyyatı və lisenziyasının alınması

Dekabr 4, 2022
İnkişaf edən maliyyə-iqtisadi münasibətlər şəraitində ölkədə banklarla yanaşı, bank olmayan kredit təşkilatları da fəaliyyət göstərir. Bank olmayan kredit təşkilatlarının fəaliyyəti…
Daha ətraflı
Sahibkar komandanın motivasiyasını yüksəltmək üçün nə edə bilər?

Sahibkar komandanın motivasiyasını yüksəltmək üçün nə edə bilər?

Dekabr 4, 2022
İstənilən sahibkar mehriban komanda və məsuliyyətli, vicdanlı və məqsədyönlü işçilər arzusundadır, onların sayəsində şirkət çiçəklənəcək, getdikcə daha çox uğur qazanacaq.…
Daha ətraflı
Hansı fondlardan güzəştli kredit əldə etmək olar?

Hansı fondlardan güzəştli kredit əldə etmək olar?

Oktyabr 18, 2021
Hansı fondlardan güzəştli kredit əldə etmək olar?   Sağlamlaşdırma prosesi planlanşdıran və fəaliyyətini genişləndirilən şirkət kredit almasa da, pulu olub…
Daha ətraflı
Biznes Planın tərtib edilməsində atılacaq addımlar

Biznes Planın tərtib edilməsində atılacaq addımlar

Oktyabr 18, 2021
Keyfiyyətli biznes plan, uğurun açarıdır. Sahibkarlığın əsas atacağı addımlardan biri də uzunmüddətli strateji planlaşdırma işidir. Məqsədiniz güclü, rəqabət qabiliyyətli və…
Daha ətraflı
Satınalma

Satınalma

Oktyabr 18, 2021
Satınalmaların optimallaşdırılması sahəsində, satınalma sisteminin qurulması və satınalmaların həyata keçirilməsi üzrə xidmətlər dünyada geniş yayılmışdır. Rutin işlərin çoxu adətən autsorsinqə…
Daha ətraflı

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 50 200 50 22
  • Biznes plan üçün
    +994 50 311 50 44
  • +994 12 533 01 11
  • [email protected]
  • Bakı şəhəri, Yasamal rayonu, General Akim Abbasov küçəsi 1-C, 15B

Sorğu göndər

© Smeltd.az. Site by

Facebook-f Instagram Linkedin-in

WHATSAPP

ZƏNG ET