Skip to content
  • Az
    • En
    • Ru
    • Tr
  • Haqqımızda
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq xidmətləri
    • MMC qeydiyyatı və MMC yaratmaq
    • Qiymətləndirmə
    • Autsors hüquq
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT(BIT)
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Haqqımızda
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq xidmətləri
    • MMC qeydiyyatı və MMC yaratmaq
    • Qiymətləndirmə
    • Autsors hüquq
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT(BIT)
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
    • Tr
  • +994 50 200 50 22
  • Konsultasiya

SİF haqqında

Sahibkarlığın İnkişafı Fonduna təqdim edilən Biznes Planlar

SİF ölkənin ən çox maliyyə vəsaitlərinə, kredit resursları və portfelinə malik olan fonddur. SİF istehsal, emal və müəyyən edilmiş digər sahələrində:

  1. 3-10 il müddətinə biznes layihələrə kredit ayırır.
  2.  İllik faiz dərəcəsi 5 faiz olmaqla kredit ayırır.
  3.  18-60 aya qədər güzəşt müddəti təyin edir.

SİF xidmət və ticarət sahibkarlıq subyektlərinə güzəştli kredit ayırmır. Kredit yalnız banklar vasitəsi ilə ayırılır.

Azərbaycan Respublikasının Sahibkarlığı İnkişafı Fondunun vəsaitləri hesabına güzəștli kreditlərin alınması məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər irəli sürülmüşdür. Bu tələblərə görə biznes planlar aşağıdakı strukturda və ardıcıllıqda tərtib edilməlidir:

Mündəricat

  1. Titul vərəqi
  2. İnvestisiya layihəsinin xülasəsi
  3. Sahibkarlıq subyekti haqqında məlumat
  4. İnvestisiya layihəsinin məqsədi
  5. Təșkilati plan
  6. İstehsalı nəzərdə tutulan məhsulun (iș və xidmətin) xarakteristikası
  7. Satıș bazarının xarakteristikası
  8. İstehsal planı
  9. Güzəștli kreditə olan tələbat və onun ödənmə qrafiki
  10. Maliyyə planı
  11. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
  12. Risklərin qiymətləndirilməsi

 

Biznes planın banklar və Fond tərəfindən əsasən hansı hallarda qəbul edilmir:

  1. Minimal tələbə uyğun gəlməyən biznes planlar aşağı qiymətləndirilir və geri qaytarılır. Bununla bərabər, biznes planlar səliqəli, aydın məqsədli və məzmunlu yazılmalı, yerli vergiləri və sosial ayırmaları nəzərə alınmalı, xərclər və gəlirlər əsaslandırılmalı, həqiqətə yaxın göstəricilər ilə maliyyə və sairə bölmələri işlənməlidir.

 

  1. Müşahidələr göstərmişdir ki, son zamanlar bütün banklar, investorlar və Fond mütəxəssisləri biznes planda göstərilən avadanlıqların məhsuldarlığı, onların kimdən, hansi qiymətə və nə vaxt alınacağını, bu məsələ haqqında axtarışlar və danışıqlar aparılıb-aparılmadığı haqqında məlumatları tələb edirlər. Haqlı olaraq, bilavasitə sifarişçi adına təkliflərin alınıb-alınmadığını bilmək istəyirlər. Çünki, bu şərtlər və tələblər əsasında qiymətləndirilən və yazılan biznes planlar daha keçərli və həqiqətə yaxın olurlar.

Biz yalnız biznes plan tərtib etməklə kifayətlənmirik, eyni zamanda sifarişçinin ideyasını reallaşdırması üçün aşağıda sadalan xidmətlərlə köməklik göstəririk:

  • Layihələndirilən obyektin baş planının nümunəsi tərtib edilməsində sizə kömək edirik.
  • Kompleksin tələb etdiyi tikintilər üzrə tələbatlar, normativ və digər xidmətləri təklif edirik.
  • Sifarişçi adından elektron vasitələrlə satıcı təşkilat ilə yazışmalar edir və danışıqlar aparırıq.
  • Alınası avadanlıqlar üzrə şəkil, texnoloji sxem və texniki göstəricilər əldə edirik.
  • Tikiləsi obyektlər üzrə layihə nümunəsi axtarıb tapırıq və istifadə üçün sizə təqdim edirik.
  • Biznes planın əlavəsində istifadə edilə biləcək təklif, sxem və layihələr əldə edirik və sifarişçi bunları öz adına olan təklif kimi göstərə bilir.
  • Müvafiq biznesin qurulması və ya işin gedişatında ehtiyac duyulacaq lazımi avadanlıqların təchizat xidmətini göstəririk.

 

  Niyə məhz bizi seçməlisiniz?

  • Avropa Yenidənqurma və Inkişaf  Bankının  “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış şirkət;
  • Sahibkarlığın İnkşafı Fonduna tərtib olunan 800 dən çox biznes plan
  • Biznes planların Azərbaycanda olan Banklar və Fondlar tərəfindən qəbul olunması
  • Biznes plan hazırlanmasında 30 ildən artıq təcrübə;
  • Hər bir biznes sahəsində biznes plan tərtibi üzrə təcrübəyə sahibik;
  • Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarlarıdırlar;
“SME” konsaltinq şirkəti

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Facebook-f Instagram Linkedin-in Telegram

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 51232 49 59
  • [email protected]
  • Luxen Plaza, 31 Xətai prospekti, Bakı AZ1008

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Konsultasiya

“Müraciət et” düyməsini klikləməklə məxfi̇li̇k siyasəti̇ ilə razılaşırsınız.

Uğurla göndərildi.

Əli Abdullayev

Satış şöbəsinin rəhbəri

Əli Abdullayev satış sahəsində dərin anlayışa və geniş təcrübəyə malik bir mütəxəssisdir. Azərbaycan Dövlət Texniki Universitetini bitirib, 2012–2020-ci illərdə qonaqpərvərlik sahəsində çalışmışdır. Daha sonra 5 ildən artıq xarici nəqliyyat şirkətində mühasibatlıq və logistika proseslərinə rəhbərlik etmiş, eyni zamanda avtomobil şirkətində satış rəhbəri kimi fəaliyyət göstərmişdir. Hal-hazırda satış şöbəsinin rəhbəridir, beynəlxalq tərəfdaşlarla əlaqələri inkişaf etdirir və şirkətin xarici bazarlarda mövqeyini gücləndirir.

  • Cookie bildirişi

Sayt istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies-dən istifadə edir.

Qəbul et

Zeynalova Rimma

Baş hüquqşünas

2017-ci ildə Moskva Dövlət Sənaye Universitetində hüquq üzrə magistr dərəcəsini alıb.
Rimma Zeynalova 7 ildən çox hüquq sahəsində iş təcrübəsinə malikdir. O, korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli və vergi, əmək qanunvericiliyi sahəsində hüquqi məsləhətlər üzrə ixtisaslaşıb. Müştərilərlə iş, danışıqların aparılması və şirkətlərin məhkəmələrdə təmsil edilməsi sahəsində geniş təcrübəyə malikdir.

Sübhan Namazov

Təsisçisi və direktor

Biznesin idarə edilməsi və inkişafı sahəsində çoxillik təcrübəyə malikdir. O, Azərbaycan Qərb Universitetində menecment üzrə bakalavr dərəcəsi alıb və peşəkar fəaliyyətini əsas hüquq istiqamətlərinə yönəldib.
Onun ixtisaslaşması korporativ hüququ əhatə edir və bu sahədə şirkətlərə səmərəli idarəetmə və inkişaf üçün hüquqi əsaslar qurmaqda köməklik göstərir. Vergi hüququ sahəsində Sübhan vergi strategiyalarının optimallaşdırılmasını və qanunvericiliyə riayət edilməsini təmin edir, bu isə biznesin maliyyə planlaşdırılmasında uğura gətirib çıxarır. Maliyyə və bank hüququ sahəsində o, maliyyələşdirmə və bank əməliyyatlarının hüquqi aspektləri üzrə məsləhətlər verir, bu isə müştərilərin və tərəfdaşların maliyyə dayanıqlığını gücləndirir.
Bu sahələrdəki ekspert dəstəyi sayəsində Sübhan şirkətlərə mürəkkəb hüquqi və idarəetmə vəzifələrini həll edərək, öz məqsədlərinə çatmaqda uğurla köməklik göstərir.

Panfyorova Sofya

Mühasib

Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsini alıb. Mühasibat uçotu sahəsində iş təcrübəsinə malikdir. Uçotun aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili və büdcələrin tərtibi üzrə ixtisaslaşıb. Peşəkar təcrübəsi müştərilərlə iş, maliyyə auditi və vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti əhatə edir.

İsmayılov İsmayıl

Müştəri meneceri

Müştəri idarəçiliyi və dəstəyi sahəsində iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsi alıb.
İsmayıl yeni müştərilərin axtarışı və cəlb edilməsi, korporativ tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün effektiv strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Onun bacarıqları danışıqlar aparmaq, müqavilələr bağlamaq və müştəri xidmətinin keyfiyyətini artırmaq üçün bazar məlumatlarını təhlil etməyi əhatə edir.

İsayevə Gülüstan

Kiçik hüquqşünas

2024-cü ildə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsini alıb.
Gülüstan İsayevə hüquqi sənədlərin hazırlanması, hüquqi məsələlərin araşdırılması, görüşlərin təşkili və müqavilələrin müşayiəti sahəsində ixtisaslaşıb. O, işgüzar yazışmaların aparılması, müştərilərə məsləhət verilməsi və baş hüquqşünasa korporativ və kommersiya hüququ məsələlərində dəstək göstərmək bacarığına malikdir.

Əlizadə Cəfər

Maliyyə direktoru

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində audit ixtisası üzrə magistr dərəcəsini alıb. Cəfər Əlizadə maliyyə idarəçiliyi və vergi məsələləri sahəsində 15 ildən çox təcrübəyə malikdir. Büdcələrin idarə edilməsi, maliyyə təhlili, investisiya planlaşdırılması və vergi xərclərinin optimallaşdırılması üzrə ixtisaslaşıb. O, şirkətin gəlirliliyini artırmaq və davamlı inkişafını təmin etmək üçün maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsi, eləcə də vergi uçotu və vergi planlaşdırılması sahəsində geniş təcrübəyə malikdir. Vergi hesabatlarının hazırlanması, vergi öhdəliklərinin optimallaşdırılması və vergi orqanları ilə əməkdaşlıq edir. Azərbaycan qanunvericiliyi və beynəlxalq vergi müqavilələri sahəsində dərin biliklərə malikdir, bu da ona müştəriləri vergi məsələləri üzrə uğurla məsləhətləndirməyə imkan verir.

İlqar Namazov

Fəxri təsisçi

İlqar Namazov biznes-konsaltinq və biznes-planlaşdırma sahəsində Azərbaycanın aparıcı ekspertlərindən biridir, iqtisad elmləri doktoru, hüquqşünasdır. 3600-dən çox biznes planı hazırlayıb, 8 milyard manatdan çox investisiyanın cəlbinə nail olub. Beynəlxalq mükafata və AİİB-in Kiçik Bizneslərə Dəstək Proqramı üzrə akkreditasiyaya malikdir.

WHATSAPP

ZƏNG ET