Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • En
    • Ru
Facebook-f Instagram Linkedin-in
  • Az
    • En
    • Ru
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Lisenziya
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Lisenziya
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
  • +994 50 200 50 22

Autsors hüquq

SME MMC şirkəti tərəfindən Azərbaycanda göstərilən mühasibat xidmətləri

«SME» MMC şirkəti birdəfəlik konsultasiyalardan biznesin tam mühasibatlıq müşayiətinə qədər geniş spektrdə mühasibat xidmətləri təqdim edir.

Mühasibat hesabatlarının aparılmasını həvalə etməyə üstünlük verən şirkətlərin sayı artmaqdadır. Bəzi müəssisələrdə kompleks şəkildə mühasibat xidmətlərinə ehtiyac duyulursa, digər təşkilatlarda daha dar sahə üzrə mütəxəssisin epizodik iştirakı, artan iş həcmi ilə əlaqədar müvəqqəti kömək və ya layihə üzrə əlavə dəstək tələb olunur. «SME» MMC şirkəti istər hüquqi şəxslərə, istərsə də fərdi sahibkarlara mühasibat uçotu xidmətlərini təklif edir. Mühasibatlığın distant qaydada aparılması Azərbaycanda xüsusən kiçik və orta biznes üçün aktualdır. Bəzən müəssisələrdə ayrıca mütəxəssis üçün ştat açmaq sərfəli olmur. Halbuki, biznes aləminin reallıqları mühasibin daimi iştirakını tələb edir. Bu problemdən optimal çıxış yolu seçim əsasında konkret tip xidmətlərin daxil edildiyi aylıq əsasla göstərilən mühasibat xidmətləridir. Bu, bütün cari məsələləri effektiv və sərfəli şəkildə həll etməyə, zərurət yarandıqda isə vergi və ya mühasibat sahəsində daha qlobal məsələlərin həllini tapmağa imkan verir.

Üstünlüklərimiz 

  1. Müştərilərin gündəlik dəstəklənməsi və konsultasiyaların aparılması;
  2. Mühasibat xidmətlərinin göstərilməsi haqqında rəsmi müqavilə bağlayırıq və göstərdiyimiz fəaliyyətə görə məsuliyyət daşıyırıq;
  3. Ştatlı mühasib üçün çəkilən xərclərdən 40-60 % aşağı qiymət;
  4. İxtisaslaşmış mütəxəssislər;
  5. Müştəri məlumatlarının məxfiliyinin qorunması;
  6. Vergiləri optimallaşdırırıq;
  7. Mühasibatlıqla bağlı xərclərinizi minimallaşdırırıq.

 

Təşkilatlara və fiziki şəxslərə mühasibat xidmətlərinin göstərilməsi

«SME» MMC şirkəti Bakı şəhərində fəaliyyət göstərən müəssisələrə, MMC və Fiziki şəxslərə mühasibat xidmətlərini təklif edir. Biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində ixtisaslaşmış şəkildə iştirak etməyə: firmaların qeydiyyata alınmasında, sənəd dövriyyəsinin təşkil olunmasında və bütün növ  hesabatların təqdim olunmasında yardım etməyə hazırıq.

Mühasibat xidmətlərinin göstərilməsi həm birdəfəlik, həm də sistematik qaydada həyata keçirilə bilər. Abunəçiyə göstərilən xidmətin dəyəri işlərin həcmindən və seçilmiş istiqamətdən asılı olaraq dəyişir.

 

Göstərdiyimiz mühasibat və kadr uçotu xidmətləri

Mühasibatlıq üzrə:

  • ƏDV bəyannaməsinin tərtib və təqdim edilməsi;
  • ƏDV üzrə əvəzləşmələrin verilməsi
  • ƏDV üzrə dövlət büdcəsi ilə hesablaşmalar
  • 1C proqram təminatında əməliyyatların, gəlir və xərclərin qeydiyyatının aparılması;
  • Ödəmə mənbəyi üzrə bəyannamə;
  • Mənfəət vergisi bəyannaməsi;
  • Əmlak vergisi bəyannaməsi
  • Gündəlik əməliyyatların(invoysların, elektron qaimə fakturaların, ödəniş tapşırıqlarının) hazırlanması;
  • Vergi hesabatlarının göndərilməsi;
  • Dövlət sosial müdafiə fondu üzrə hesabatlar;
  • Dövlət statistika orqanlarına hesabatlar;
  • Digər dövlət orqanlarına təqdim edilən hesabatların verilməsi.
  • Əmək haqqının hesablanması;
  • Əsas vəsaitlərin uçotu;
  • YGB üzrə əməliyyatların aparılması;
  • Müqavilələrin hazırlanması və yoxlanması;
  • Vergi orqanı ilə yazışmaların aparılması;
  • Mühasibat, vergi qanunvericiliyi, maliyyə sahəsində məsləhətlərin verilməsi;
  • Daxili audit;

Kadr uçotu üzrə:

  • İşçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı sənədləşmələr;
  • Əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi, xitam verilməsi və elektron informasiya sisteminə daxil edilməsi;
  • Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
  • Müəssisə üzrə müvafiq ştat cədvəlinin hazırlanması;
  • Maddi məsuliyyət haqqında müqavilənin hazırlanması;

Nəyə görə mühasibat şirkəti ilə işləmək mühasibi işə götürməkdən daha sərfəlidir?

Bir nəfər belə ştatlı mühasibin işləməsi üçün kompüter, telefon və digər orqtexnika ilə təchiz edilmiş iş yerinin olması, mühasibat proqramlarının əldə edilməsi və onların quraşdırılması tələb olunur.

Autsorsinq zamanı isə mütəxəssis proqram təminatı da daxil olmaqla, tələb olunan hər bir şeyə malik olduğuna görə, artıq vəsaitin xərclənməsi tələb olunmur.

Ştatlı işçi iş yerində olub-olmamağından asılı olmayaraq (məzuniyyət, dekret, xəstəliklə bağlı məzuniyyət və s. ilə əlaqədar) hər zaman əmək haqqının ödənməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, daima vergi və maaş ödənişlərinin həyata keçirilməsi tələb olunur.

  • Ştatlı mühasib üçün çəkilən xərclərdən 40-60 % aşağı qiymət;
  • Şirkətimizin ixtisaslaşmış əməkdaşlardan ibarət ştat;
  • Bütün iş günlərində mühasibatlığın əlçatan olması;
  • Xəstəliksiz, dekretsiz, məzuniyyətsiz xidmət;
  • Mühasibat proqramlarına, hüquq proqramlarına çəkilən xərclərə, inzibati xərclərə qənaət;
  • Vaxta qənaət;

 

necə işləyəcəyik?

MÜHASİB

 

Baş mühasib təyin ediləcək. “SME” MMC-də sizinlə əsas əlaqə quran şəxs o olacaq.

 

 1С BAZA

1C proqram təminatında əməliyyatların, gəlir və xərclərin qeydiyyatının aparılması

 

BULUD SİSTEMİ

Sənədləri yükləmək üçün sizin üçün «YANDEX» buludda bir yaddaş yaradırıq. Onları kompüterinizdən və ya telefonunuzdan göndərin, istədiyiniz kimi, əsas odur ki, oxuya bilək. Həm də onlar hər zaman və sistematik şəkildə sizin istifadənizdə olacaqdır.

 

BANKÇILIQ


İmzalanma hüququ olmadan onlayn bankçılığınıza giriş əldə edirik. Bütün göndərilən ödənişlər yalnız sizin razılığınızla həyata keçiriləcəkdir. Əməliyyatlar haqqında məlumat yükləyəcəyik və imza üçün ödəmə sifarişləri yaradacağıq

HESABATLAR

İnternet Vergi İdarəsində onlayn kabinetinizə giriş əldə edirik. Yenə də sizin razılığınız olmadan sənədləri imzalamayacağıq. Hesabatlar hazırlayırıq, elektron sənədlər yükləyirik və yaradırıq sizin razılığınızdan sonra hesabatarı göndəririk

 

ÜNSİYYƏT

Whatsapp şəbəkəsi vasitəsi ilə ünsiyyət üçün bir qrup yaradırıq. Qrupda Siz, Baş Mühasib, olacaq grupa əlavə etmək üçün lazım olduğunu düşündüyünüz bütün işçiləriniz və seçdiyiniz xidmətlərdən asılı olaraq əlavə işçilərimiz olacaq.

 

İŞLƏYİRİK!

Əməkdaşlığımıza başlayırıq!

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 50 200 50 22
  • Biznes plan üçün
    +994 50 311 50 44
  • +994 12 533 01 11
  • [email protected]
  • Bakı şəhəri, Yasamal rayonu, General Akim Abbasov küçəsi 1-C, 15B

Sorğu göndər

© Smeltd.az. Site by

Facebook-f Instagram Linkedin-in

WHATSAPP

ZƏNG ET