Skip to content
  • Az
    • En
    • Ru
    • Tr
  • Haqqımızda
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq xidmətləri
    • MMC qeydiyyatı və MMC yaratmaq
    • Qiymətləndirmə
    • Autsors hüquq
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT(BIT)
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Haqqımızda
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq xidmətləri
    • MMC qeydiyyatı və MMC yaratmaq
    • Qiymətləndirmə
    • Autsors hüquq
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT(BIT)
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
    • Tr
  • +994 50 200 50 22
  • Konsultasiya

İKT haqqında

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (gələcəkdə İTİDF) vəsaitləri hesabına güzəştli kreditlərin alınması üzrə biznes planlar tərtib edilir.

Fondun  vəsaitləri hesabına güzəştli kreditlər müvəkkil banklar vasitəsilə və ancaq aşağıdakı istiqamətlərdə verilir:

  • İnnovativ layihələrin həyata keçirilməsi
    • Yeni texniki qurğuların yaradılması
    • İKT məhsullarının istehsalı
    • Yeni texnologiyaların tətbiqi ilə xidmətlər göstərilməsi
    • Proqram təminatı vasitələrinin yaradılması
    • İnformasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində xidmətlərin yaradılması
    • İKT sahəsində digər xidmətlərin göstərilməsi

Sahibkarlıq subyektlərinə kreditlərin ayrılması İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər şəklində veriləcək. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə və müddətlərdə güzəştli kredit vəsaiti verilir:

  • 10 000-50 000 manatadək Kiçikhəcmli kreditlər üçün – 3 (üç) ilədək, güzəşt müddəti 18 ayadək;
  • 50 000-500 000 manatadək Ortahəcmli kreditlər üçün – 5 (beş) ilədək, güzəşt müddəti 30 ayadək;
  • 500 000-5 000 000 manatadək Böyükhəcmli kreditlər üçün – 10 (on) ilədək, güzəşt müddəti 60 ayadək.

Biznes planlar İTİDF Müşahidə Şurasının  qərarı ilə təsdiq  edilmiș minimal tələblər əsasında tərtib edilməlidir.

Bu tələblər Fond vəsaitləri hesabına güzəştli kreditlərin alınması məqsədilə müraciət edən sahibkarlıq subyektləri  (fiziki və hüquqi şəxslər) tərəfindən təqdim edilən  layihələrin tərtib edilməsinin minimum qaydalarını müəyyən edir.

 

Mündəricat

  1. Titul vərəqi
  2. Sahibkarlıq subyektinin fəaliyyəti haqqında məlumat
  3. Layihənin xülasəsi
  4. İcra planı
  5. İstehsalı nəzərdə tutulan məhsulun (iș və xidmətin) xüsusiyyətləri və

satıș bazarı haqqında məlumat

  1. Güzəștli kreditin təyinatı
  2. Maliyyə Planı

           Əsas şərtlər, qeydlər, tələblər və köməkçi tövsiyələr:

  1. Layihələrin tərtib edilməsinə dair mövcud tələblər konkret struktura malikdir və İTİDF MŞ tərəfindən təsdiq edilmişdir.
  2. Layihələr mövcud forma üzərində heç bir dəyişiklik aparılmadan bəndlərin ardıcıllığı qorunmaq şərti ilə tərtib olunmalıdır.
  3. Maliyyə hesabatları “Excel”-də hesablanmalı və dəqiq aparılmalıdır.
  4. Qeyri-müəyyən proqnozlar verilməməli, informasiyalar adları sadalanmaqla qeyd ediləcək məlumat mənbələrinə istinadən verilməlidir.
  5. Layihə üzrə sahibkarlıq subyektindən əlavə məlumatlar tələb oluna bilər.

Diqqət: Faktiki iş yerinə yetirilən ofis, mərkəz, torpaq, bina, otaq və ya hər hansı  maddi-texniki bazada (sənəd varsa) həyata keçirilməsi sənədi və şəraiti mütləq olmalıdır.

Biz yalnız biznes plan tərtib etməklə kifayətlənmirik, eyni zamanda sifarişçinin ideyasını reallaşdırması üçün aşağıda sadalan xidmətlərlə köməklik göstəririk:

  • Layihələndirilən obyektin baş planının nümunəsi tərtib edilməsində sizə kömək edirik.
  • Kompleksin tələb etdiyi tikintilər üzrə tələbatlar, normativ və digər xidmətləri təklif edirik.
  • Sifarişçi adından elektron vasitələrlə satıcı təşkilat ilə yazışmalar edir və danışıqlar aparırıq.
  • Alınası avadanlıqlar üzrə şəkil, texnoloji sxem və texniki göstəricilər əldə edirik.
  • Tikiləsi obyektlər üzrə layihə nümunəsi axtarıb tapırıq və istifadə üçün sizə təqdim edirik.
  • Biznes planın əlavəsində istifadə edilə biləcək təklif, sxem və layihələr əldə edirik və sifarişçi bunları öz adına olan təklif kimi göstərə bilir.
  • Müvafiq biznesin qurulması və ya işin gedişatında ehtiyac duyulacaq lazımi avadanlıqların təchizat xidmətini göstəririk.

Niyə məhz bizi seçməlisiniz?

  • Avropa Yenidənqurma və Inkişaf  Bankının  “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış şirkət;
  • Biznes planların Azərbaycanda olan Banklar və Fondlar tərəfindən qəbul olunması
  • Biznes plan hazırlanmasında 30 ildən artıq təcrübə;
  • Hər bir biznes sahəsində biznes plan tərtibi üzrə təcrübəyə sahibik ;
  • Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarlarıdırlar;
“SME” konsaltinq şirkəti

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Facebook-f Instagram Linkedin-in Telegram

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 51232 49 59
  • [email protected]
  • Luxen Plaza, 31 Xətai prospekti, Bakı AZ1008

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Konsultasiya

“Müraciət et” düyməsini klikləməklə məxfi̇li̇k siyasəti̇ ilə razılaşırsınız.

Uğurla göndərildi.

Əli Abdullayev

Satış şöbəsinin rəhbəri

Əli Abdullayev satış sahəsində dərin anlayışa və geniş təcrübəyə malik bir mütəxəssisdir. Azərbaycan Dövlət Texniki Universitetini bitirib, 2012–2020-ci illərdə qonaqpərvərlik sahəsində çalışmışdır. Daha sonra 5 ildən artıq xarici nəqliyyat şirkətində mühasibatlıq və logistika proseslərinə rəhbərlik etmiş, eyni zamanda avtomobil şirkətində satış rəhbəri kimi fəaliyyət göstərmişdir. Hal-hazırda satış şöbəsinin rəhbəridir, beynəlxalq tərəfdaşlarla əlaqələri inkişaf etdirir və şirkətin xarici bazarlarda mövqeyini gücləndirir.

  • Cookie bildirişi

Sayt istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies-dən istifadə edir.

Qəbul et

Zeynalova Rimma

Baş hüquqşünas

2017-ci ildə Moskva Dövlət Sənaye Universitetində hüquq üzrə magistr dərəcəsini alıb.
Rimma Zeynalova 7 ildən çox hüquq sahəsində iş təcrübəsinə malikdir. O, korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli və vergi, əmək qanunvericiliyi sahəsində hüquqi məsləhətlər üzrə ixtisaslaşıb. Müştərilərlə iş, danışıqların aparılması və şirkətlərin məhkəmələrdə təmsil edilməsi sahəsində geniş təcrübəyə malikdir.

Sübhan Namazov

Təsisçisi və direktor

Biznesin idarə edilməsi və inkişafı sahəsində çoxillik təcrübəyə malikdir. O, Azərbaycan Qərb Universitetində menecment üzrə bakalavr dərəcəsi alıb və peşəkar fəaliyyətini əsas hüquq istiqamətlərinə yönəldib.
Onun ixtisaslaşması korporativ hüququ əhatə edir və bu sahədə şirkətlərə səmərəli idarəetmə və inkişaf üçün hüquqi əsaslar qurmaqda köməklik göstərir. Vergi hüququ sahəsində Sübhan vergi strategiyalarının optimallaşdırılmasını və qanunvericiliyə riayət edilməsini təmin edir, bu isə biznesin maliyyə planlaşdırılmasında uğura gətirib çıxarır. Maliyyə və bank hüququ sahəsində o, maliyyələşdirmə və bank əməliyyatlarının hüquqi aspektləri üzrə məsləhətlər verir, bu isə müştərilərin və tərəfdaşların maliyyə dayanıqlığını gücləndirir.
Bu sahələrdəki ekspert dəstəyi sayəsində Sübhan şirkətlərə mürəkkəb hüquqi və idarəetmə vəzifələrini həll edərək, öz məqsədlərinə çatmaqda uğurla köməklik göstərir.

Panfyorova Sofya

Mühasib

Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsini alıb. Mühasibat uçotu sahəsində iş təcrübəsinə malikdir. Uçotun aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili və büdcələrin tərtibi üzrə ixtisaslaşıb. Peşəkar təcrübəsi müştərilərlə iş, maliyyə auditi və vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti əhatə edir.

İsmayılov İsmayıl

Müştəri meneceri

Müştəri idarəçiliyi və dəstəyi sahəsində iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsi alıb.
İsmayıl yeni müştərilərin axtarışı və cəlb edilməsi, korporativ tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün effektiv strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Onun bacarıqları danışıqlar aparmaq, müqavilələr bağlamaq və müştəri xidmətinin keyfiyyətini artırmaq üçün bazar məlumatlarını təhlil etməyi əhatə edir.

İsayevə Gülüstan

Kiçik hüquqşünas

2024-cü ildə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsini alıb.
Gülüstan İsayevə hüquqi sənədlərin hazırlanması, hüquqi məsələlərin araşdırılması, görüşlərin təşkili və müqavilələrin müşayiəti sahəsində ixtisaslaşıb. O, işgüzar yazışmaların aparılması, müştərilərə məsləhət verilməsi və baş hüquqşünasa korporativ və kommersiya hüququ məsələlərində dəstək göstərmək bacarığına malikdir.

Əlizadə Cəfər

Maliyyə direktoru

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində audit ixtisası üzrə magistr dərəcəsini alıb. Cəfər Əlizadə maliyyə idarəçiliyi və vergi məsələləri sahəsində 15 ildən çox təcrübəyə malikdir. Büdcələrin idarə edilməsi, maliyyə təhlili, investisiya planlaşdırılması və vergi xərclərinin optimallaşdırılması üzrə ixtisaslaşıb. O, şirkətin gəlirliliyini artırmaq və davamlı inkişafını təmin etmək üçün maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsi, eləcə də vergi uçotu və vergi planlaşdırılması sahəsində geniş təcrübəyə malikdir. Vergi hesabatlarının hazırlanması, vergi öhdəliklərinin optimallaşdırılması və vergi orqanları ilə əməkdaşlıq edir. Azərbaycan qanunvericiliyi və beynəlxalq vergi müqavilələri sahəsində dərin biliklərə malikdir, bu da ona müştəriləri vergi məsələləri üzrə uğurla məsləhətləndirməyə imkan verir.

İlqar Namazov

Fəxri təsisçi

İlqar Namazov biznes-konsaltinq və biznes-planlaşdırma sahəsində Azərbaycanın aparıcı ekspertlərindən biridir, iqtisad elmləri doktoru, hüquqşünasdır. 3600-dən çox biznes planı hazırlayıb, 8 milyard manatdan çox investisiyanın cəlbinə nail olub. Beynəlxalq mükafata və AİİB-in Kiçik Bizneslərə Dəstək Proqramı üzrə akkreditasiyaya malikdir.

WHATSAPP

ZƏNG ET