Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • En
    • Ru
    • Tr
Facebook-f Instagram Linkedin-in
  • Az
    • En
    • Ru
    • Tr
  • Haqqımızda
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Autsors hüquq
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Autsors hüquq
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
    • Tr
  • +994 50 200 50 22
  • Konsultasiya

Əcnəbilərin şirkət qeydiyyatı

Azərbaycanda əcnəbilər üçün müəssisələrin qeydiyyatı

 

Azərbaycanın vergi xidməti tərəfindən aparılan islahatlar beynəlxalq reytinqlərdə yüksək nəticələr əldə etmək üçün zəmin yaradır. Ümumdünya Bankının dünyanın 190 ölkəsində biznesin həyata keçirilməsinin asanlığı üzrə öz reytinqini təqdim edən “Doing Business 2019” adlı hesabatında Azərbaycan Respublikası mövqeyini irəlilədərək, 25-ci yerdə qərarlaşmışdır.

“Biznesin aparılması” – “Biznesin başlanması” və “Vergilərin ödənişi” adlı iki göstərici bilavasitə vergi qoyuluşu məsələləri ilə əlaqədardır. Azərbaycan hər iki göstərici üzrə mövqelərini olduqca yaxşılaşdırmış, ötən ilə ərzində “Biznesin başlanması” göstəricisi üzrə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənişi” göstəricisi üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlmişdir.

Azərbaycanda hüquqi şəxsin qeydiyyatı “vahid pəncərə” prinsipinə əsasən həyata keçirilir, bunun üçün vergi xidmətinə təqdim olunan ərizəyə baxılma müddəti isə cəmi iki iş günü təşkil edir. Şirkət Azərbaycanda qeydiyyata alındıqda, onun vergi xidmətində qeydiyyata alınması da eyni anda həyata keçirilir. Qeydiyyatdan keçəndən sonra fəaliyyətə başlamaq üçün bəzi hərəkətlər yerinə yetirilməlidir: büdcədən kənar fondlarda və statistik uçot orqanlarında uçota aldırmaq, hesablaşma hesabı açmaq.

Əcnəbilər üçün şirkətin qeydiyyat proseduru demək olar ki, Azərbaycan vətəndaşları üçün olduğu kimidir. Fərq yalnız təqdim olunan sənədlər toplusundadır.

Şirkətin təsis edilməsi zamanı təsisçinin AR ərazisində yaşaması məcburi şərt deyil, təsisçinin yaşamaq üçün icazə vəsiqəsi və ya yaşayış üçün icazə sənədinin olmsı tələb olunmur. Xaricdə yaşayaraq da biznesə sahib olmaq mümkündür.

Xarici vətəndaş işləmək üçün icazə alana qədər də MMC-nin direktoru ola bilər, qeydiyyatdan sonra o, təsisçi kimi Azərbaycanda müvəqqəti yaşayış yeri almaq üçün miqrasiya xidmətinə müraciət etmək hüququna malikdir.

Xarici vətəndaş Azərbaycanda yaşamadan MMC direktoru ola bilər.

 

Niyə məhz bizi seçməlisiniz?

Avropa yenidənqurma və inkişaf bankının “Azərbaycanda kiçik biznes üçün konsultasiya proqramı” üçün akkreditasiya almış bir şirkət.

«SME» MMC şirkəti xarici vətəndaşların iştirakı ilə MMC yaradılması sahəsində böyük təcrübəyə malikdir. Biz müxtəlif ölkələrdən olan xarici vətəndaşlarla effektiv iş üsullarını işləyib hazırladıq. Bunun sayəsində onlar, hüquqi şəxsin yaradılması və bütün məsələlərin operativ həll olması üçün sərf olunan müddəti əhəmiyyətli dərəcədə azalda bilər.

  • Konsaltinq bazarında 30 ildən artıq iş təcrübəsi;
  • Yeni başlayan sahibkarlar üçün 500-dən artıq müəssisə yaratmış şirkət;
  • Biz əməkdaşlarımızın bilik və təcrübəsindən əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarıdır;
  • Bank köçürməsi əsasında ödəniş etmək imkanı;
  • Fəaliyyət göstərdiyimiz illər ərzində biz bir çox hüquqi prosesləri həll etmişik, və sizə faydalı olan təkliflər etməyə hazırıq.

 

Azərbaycanda əcnəbilər üçün müəssisələrin qeydiyyatı sahəsində göstərdiyimiz xidmətlər:

  • Azərbaycana gəlmədən şirkətin qeydiyyatı;
  • Xarici şirkətin Azərbaycanda filial və nümayəndəliklərini açmaq;
  • Şirkətin yaradılmasının bütün mərhələlərində konsultasiya xidməti;
  • Hüquqi ünvan təqdim etmək;
  • Müştərinin istəyi ilə yeni şirkətin mühasibat, vergi və hüquqi məsələləri ilə bağlı müşayiəti;
  • Şirkətin əməkdaşlarına Azərbaycanda işləmək üçün icazələrin alınması;
  • Hesablaşma hesabı açmaq;
  • Vergi qoyuluşu sisteminin seçimdə köməklik göstərmək;
  • Möhürün hazırlanması;
  • Elektron-rəqəmsal imzanın (ASAN İMZA) alınması;
  • Təşkilatın büdcədən kənar fondlarda və statistik uçot orqanlarında uçota alınması.

 

Azərbaycanda əcnəbilər üçün müəssisələrin qeydiyyatı ilə bağlı hansı sənədlər tələb olunur?

  • Şirkətin adı;
  • Təşkilati-hüquqi forma;
  • Təsisçilərin və direktorun sənədlərinin surəti (şəxsiyyət vəsiqəsi və pasport);
  • Hesab açmaq üçün bank (filial);
  • İştirakçıların tərkibinə dair məlumat (nizamnamə kapitalında payı);
  • Direktor (icraçı direktor) haqqında məlumat;
  • Hüquqi ünvan;
  • Notarial qaydada təsdiq olunmuş etibarnamə, apostil təsdiqi ilə.

 

Təsisçi xarici dövlətin hüquqi şəxsi olduqda Azərbaycanda əcnəbilər üçün müəssisələrin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?

 

  • Dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (dövlət reyestrindən çıxarış) və təsisçi olan hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surətləri;
  • Təsisçi(lər) və ya müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmuş nizamnamənin 2 nüsxəsi;
  • Şirkətin yaradılması, onun nizamnaməsinin təsdiq olunması və idarəetmə orqanlarının formalaşması haqqında qərar;
  • Təsisçi xarici dövlətin hüquqi şəxsi olduqda, onun xarici dövlətdə qeydiyyatda olmasını təsdiq edən sənədlər – qeydiyyat haqqında şəhadətnamənin (reyestrdən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti və digər sənədlər (xarici dövlətin rəsmi sənədlərinin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa konvensiyasına uyğun olaraq leqallaşdırılmış formada).

 

Korporativ hüquq sahəsində digər xidmətlər

 

  • Səhmlərlə bağlı müqavilələrin, səhmdarlar arasında razılaşmaların, investisiya razılaşmaları və müqavilələrinin hazırlanması, eləcə də vergi və hüquq məsələləri üzrə konsultasiya;
  • Sənədlərin apostil qaydasında təsdiqi (leqallaşdırılması);
  • Direktorun və təsisçilərin əvəz olunması;
  • Fəaliyyət növlərinin dəyişdirilməsi və əlavə edilməsi;
  • Nizamnamə kapitalına dəyişiklik edilməsi;
  • Qapalı və açıq səhmdar cəmiyyətlərin qeydiyyatı;
  • Qiymətli kağızların (payların) icra orqanında və depozitar mərkəzdə qeydiyyata alınması.

 

Small Medium Enterprises
5.0
Based on 8 reviews
powered by Google
review us on
Мушфиг Гулиев
06:35 22 May 25
I am very glad to cooperate.
Misheli chikvatia
09:31 06 May 25
Friendly and competent team
ACC Baku
13:51 05 May 25
pan sof
13:49 05 May 25
The best company!!!
Naza Gadjieva
13:47 05 May 25
Rimma Sr
13:46 05 May 25
Orxan Babayev
18:00 18 Nov 23

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Facebook-f Instagram Linkedin-in

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 51232 49 59
  • [email protected]
  • Luxen Plaza, 31 Xətai prospekti, Bakı AZ1008

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Konsultasiya

“Müraciət et” düyməsini klikləməklə məxfi̇li̇k siyasəti̇ ilə razılaşırsınız.

Uğurla göndərildi.

Əli Abdullayev

Satış şöbəsinin rəhbəri

Əli Abdullayev satış sahəsində dərin anlayışa və geniş təcrübəyə malik bir mütəxəssisdir. Azərbaycan Dövlət Texniki Universitetini bitirib, 2012–2020-ci illərdə qonaqpərvərlik sahəsində çalışmışdır. Daha sonra 5 ildən artıq xarici nəqliyyat şirkətində mühasibatlıq və logistika proseslərinə rəhbərlik etmiş, eyni zamanda avtomobil şirkətində satış rəhbəri kimi fəaliyyət göstərmişdir. Hal-hazırda satış şöbəsinin rəhbəridir, beynəlxalq tərəfdaşlarla əlaqələri inkişaf etdirir və şirkətin xarici bazarlarda mövqeyini gücləndirir.

  • Cookie bildirişi

Sayt istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies-dən istifadə edir.

Qəbul et

Zeynalova Rimma

Baş hüquqşünas

2017-ci ildə Moskva Dövlət Sənaye Universitetində hüquq üzrə magistr dərəcəsini alıb.
Rimma Zeynalova 7 ildən çox hüquq sahəsində iş təcrübəsinə malikdir. O, korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli və vergi, əmək qanunvericiliyi sahəsində hüquqi məsləhətlər üzrə ixtisaslaşıb. Müştərilərlə iş, danışıqların aparılması və şirkətlərin məhkəmələrdə təmsil edilməsi sahəsində geniş təcrübəyə malikdir.

Sübhan Namazov

Təsisçisi və direktor

Biznesin idarə edilməsi və inkişafı sahəsində çoxillik təcrübəyə malikdir. O, Azərbaycan Qərb Universitetində menecment üzrə bakalavr dərəcəsi alıb və peşəkar fəaliyyətini əsas hüquq istiqamətlərinə yönəldib.
Onun ixtisaslaşması korporativ hüququ əhatə edir və bu sahədə şirkətlərə səmərəli idarəetmə və inkişaf üçün hüquqi əsaslar qurmaqda köməklik göstərir. Vergi hüququ sahəsində Sübhan vergi strategiyalarının optimallaşdırılmasını və qanunvericiliyə riayət edilməsini təmin edir, bu isə biznesin maliyyə planlaşdırılmasında uğura gətirib çıxarır. Maliyyə və bank hüququ sahəsində o, maliyyələşdirmə və bank əməliyyatlarının hüquqi aspektləri üzrə məsləhətlər verir, bu isə müştərilərin və tərəfdaşların maliyyə dayanıqlığını gücləndirir.
Bu sahələrdəki ekspert dəstəyi sayəsində Sübhan şirkətlərə mürəkkəb hüquqi və idarəetmə vəzifələrini həll edərək, öz məqsədlərinə çatmaqda uğurla köməklik göstərir.

Panfyorova Sofya

Mühasib

Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsini alıb. Mühasibat uçotu sahəsində iş təcrübəsinə malikdir. Uçotun aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili və büdcələrin tərtibi üzrə ixtisaslaşıb. Peşəkar təcrübəsi müştərilərlə iş, maliyyə auditi və vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti əhatə edir.

İsmayılova Yelena

Kadr uçotu üzrə aparıcı mühasibdir

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsini alıb. Yelena İsmayılova 15 ildən çox mühasibat və kadr uçotu sahəsində iş təcrübəsinə malikdir. O, əməkhaqqı uçotunun aparılması, kadr sənədləşməsinin hazırlanması, işçilərlə hesablaşmaların aparılması və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət sahəsində praktiki bacarıqlara sahibdir. O, əmək müqavilələrinin tərtibi, məzuniyyətlərin və müavinətlərin hesablanması, iş vaxtının uçotu və nəzarət orqanları ilə əməkdaşlıq sahəsində ixtisaslaşıb.

İsmayılov İsmayıl

Müştəri meneceri

Müştəri idarəçiliyi və dəstəyi sahəsində iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsi alıb.
İsmayıl yeni müştərilərin axtarışı və cəlb edilməsi, korporativ tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün effektiv strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Onun bacarıqları danışıqlar aparmaq, müqavilələr bağlamaq və müştəri xidmətinin keyfiyyətini artırmaq üçün bazar məlumatlarını təhlil etməyi əhatə edir.

İsayevə Gülüstan

Kiçik hüquqşünas

2024-cü ildə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsini alıb.
Gülüstan İsayevə hüquqi sənədlərin hazırlanması, hüquqi məsələlərin araşdırılması, görüşlərin təşkili və müqavilələrin müşayiəti sahəsində ixtisaslaşıb. O, işgüzar yazışmaların aparılması, müştərilərə məsləhət verilməsi və baş hüquqşünasa korporativ və kommersiya hüququ məsələlərində dəstək göstərmək bacarığına malikdir.

Hacıyeva Nazrin

Direktor assistenti

2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit üzrə alıb.
Nazrin Hacıyeva 5 ildən çox rəhbərliyə inzibati dəstək göstərmə təcrübəsinə malikdir. O, iş qrafikinin koordinasiyası, görüşlərin və tədbirlərin təşkili, işgüzar yazışmaların aparılması, eləcə də hesabatların və sənədlərin hazırlanması üzrə ixtisaslaşıb. Layihələrin idarə edilməsi və insanlarla ünsiyyət qurmaq bacarığı sayəsində işçilərlə və müştərilərlə effektiv əməkdaşlıq edir.

Günel Bayramzadə

Biznes partnyor və icraçı direktor

Günel Bayramzadə Azərbaycan Dillər Universitetində İngilis dili üzrə bakalavr dərəcəsi almışdır. Rəhbərlik sahəsində geniş təcrübəyə malik olan Günel Bayramzadə SME şirkətində icraçı direktor və biznes tərəfdaşı kimi fəaliyyət göstərir. Strateji baxışı və əməliyyat fəaliyyətinin təkmilləşdirilməsinə olan sadiqliyi ilə tanınan Günel Bayramzadə, şirkətin istiqamətinin formalaşdırılmasında və onun böyüməsinin təmin edilməsində əsas rol oynamışdır. İnnovasiyaların inkişafına və dinamik iş mühitinin yaradılmasına diqqəti SME-nin mühüm uğurlar qazanmasına kömək etmişdir. Fürsətləri düzgün qiymətləndirmə bacarığı və istedadların inkişafına olan həvəsi ilə Günel Bayramzadə hər bir komanda üzvünün şirkətin uğuruna töhfə verməsini təmin edir. O, həm qısamüddətli, həm də uzunmüddətli hədəflərə nail olmaqla uzaqgörən yanaşmanı qoruyub saxlamağa çalışır.

Əlizadə Cəfər

Maliyyə direktoru

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində audit ixtisası üzrə magistr dərəcəsini alıb. Cəfər Əlizadə maliyyə idarəçiliyi və vergi məsələləri sahəsində 15 ildən çox təcrübəyə malikdir. Büdcələrin idarə edilməsi, maliyyə təhlili, investisiya planlaşdırılması və vergi xərclərinin optimallaşdırılması üzrə ixtisaslaşıb. O, şirkətin gəlirliliyini artırmaq və davamlı inkişafını təmin etmək üçün maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsi, eləcə də vergi uçotu və vergi planlaşdırılması sahəsində geniş təcrübəyə malikdir. Vergi hesabatlarının hazırlanması, vergi öhdəliklərinin optimallaşdırılması və vergi orqanları ilə əməkdaşlıq edir. Azərbaycan qanunvericiliyi və beynəlxalq vergi müqavilələri sahəsində dərin biliklərə malikdir, bu da ona müştəriləri vergi məsələləri üzrə uğurla məsləhətləndirməyə imkan verir.

İlqar Namazov

Fəxri təsisçi

İlqar Namazov biznes-konsaltinq və biznes-planlaşdırma sahəsində Azərbaycanın aparıcı ekspertlərindən biridir, iqtisad elmləri doktoru, hüquqşünasdır. 3600-dən çox biznes planı hazırlayıb, 8 milyard manatdan çox investisiyanın cəlbinə nail olub. Beynəlxalq mükafata və AİİB-in Kiçik Bizneslərə Dəstək Proqramı üzrə akkreditasiyaya malikdir.

WHATSAPP

ZƏNG ET