Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • En
    • Ru
Facebook-f Instagram Linkedin-in
  • Az
    • En
    • Ru
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Lisenziya
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Lisenziya
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
  • +994 50 200 50 22

Audit

Azərbaycanda Audit xidməti

Audit xüsusi vəsaitlərin, maliyyə nəticələrinin, aktivlərin, öhdəliklərin düzgün, tam və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qanunvericiliyə uyğun olaraq iqtisadi subyektlərin malik olduğu illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Audit işinin əsasını dövlətin, müəssisənin müdiriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.

Bildirmək istərdik ki, Audit xidmətinin məcburi, könüllü, ümumi, vergi, ekspress və s. kimi növləri vardır. Lakin günümüzdə ən tələbatlı və çox müraciət olunan Məcburi Audit növüdür.

Məcburi Audit

Qeyd etmək lazımdır ki, Mülki Məcəllədə, “Auditor xidməti haqqında” və “Mühasibat uçotu haqqında” AR Qanunlarında və digər hüquqi normativ xarakterli sənədlərdə məcburi auditin anlayışı və onun məcburiliyi barədə məlumat əks edilmişdir.

Maliyyə hesabatlarının məcburi audit şirkət sənədlərinin fərdi auditor və ya qrup tərəfindən yoxlanılmasıdır. Burada məqsəd material baxımından bütün hesablamaların etibarlılığı barədə düzgün rəy bildirməkdir. Bu tip yoxlamanın nəticəsi audit hesabatı adlanır.

«SME» MMC şirkəti Məcburi Audit yoxlamalarını tələb edilən MMC, Səhmdar cəmiyyətlər və digər mülkiyyət formalı təşkilatlar üçün bu xidməti yerinə yetirir. Eyni zamanda tövsiyə xarakteri daşıyan bəzi qurumların yoxlamalarını da təşkil edir.

 

Kimlər məcburi audit yoxlamasından keçməlidir?

Qanunla məcburi audit tələbi bütün məhdud məsuliyyətli cəmiyyətlərə deyil, yalnız orta və iri sahibkarlıq subyektlərinə şamil ediləcəkdir. Başqa sözlə, mikro və kiçik sahibkarlıq subyektləri yuxarıda qeyd edilən məqsəd üçün hər il məcburi qaydada müstəqil auditor (kənar audit) cəlb etməkdən azad olunurlar.

Mikro və kiçik sahibkarlıq subyektləri hansılardır?

Azərbaycan Respublikasının Nazirlər Kabineti 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarını aşağıdakı qaydada təsdiq etdi:

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları İşçilərinin orta siyahı sayı (nəfər) İllik gəliri (ig) (min manat)
Mikro sahibkar 1 – 10 ig ≤ 200
Kiçik sahibkar 11 – 50 200 < ig ≤ 3 000
Orta sahibkar 51 – 250 3 000 < ig ≤ 30 000
İri sahibkar 251 və ondan yuxarı 30 000 < ig

 

Məcburi Maliyyə Auditinin aparılmasının mərhələləri

  1. Auditə hazırlıq (planlaşdırma mərhələsi)

Bu mərhələni şərti olaraq iki hissəyə bölmək olar. Əvvəlcə auditor yoxlama planı tərtib edir, bunun üçün lazım olan vaxtı, audit qrupunu müəyyənləşdirir və sorğunu göndərir. Bundan əlavə, “layihəyə daxil olanda” aşağıdakılar tərtib olunur:

  1. mühasibat sahələri və audit qrupunun üzvləri üçün iş planı,
  2. audit proqramı

 

  1. Məlumatların toplanması və təhlili (audit keçirilməsi)

Bu mərhələdə ilkin, mühasibat uçotu sənədlərinin, reyestrlərdə aparılan əməliyyatların qanunvericiliyin tələblərinə, normativ sənədlərə, şirkətin uçot siyasətinə, hesablamaların etibarlılığına və digər vacib hissələrə uyğun olaraq tərtib edilməsi və uyğunluğu yoxlanılır. Bundan sonra maliyyə hesabatlarının etibarlılığı barədə rəy yaratmaq üçün audit sənədləri toplanır.

  1. Audit hesabatının formalaşdırılması və təhvil verilməsi

İkinci mərhələdə aparılan yoxlama və toplanmış dəlillərə əsasən, işin bütün vacib faktları təhlil edilir, təşkilatın maliyyə hesabatlarının etibarlılığı barədə rəy formalaşdırılır və audit hesabatı təhvil verilir.

Şübhəsiz ki audit rəyinin alınması, audit işinin əsas məqsədidir. Yoxlamanın nəticələrinə əsasən çıxan nəticələri iki hissəyə bölmək olar:

  • Dəyişdirilməmiş audit hesabatı – Bu hesabat maliyyə hesabatları hərtərəfli mənada iqtisadi fəaliyyət faktlarını və yoxlanılan qurumun maliyyə vəziyyətini etibarlı şəkildə əks etdirirsə;
  • Dəyişdirilmiş audit hesabatı – Bu hesabat maliyyə hesabatlarında ciddi səhvlər aşkar edildikdə və ya auditor maliyyə hesabatlarını ümumiyyətlə təsdiq edə bilmədiyində müştəriyə təqdim olunur. Yoxlama zamanı əldə edilən məlumatların kommersiya sirri olduğunu üçüncü şəxslərə açıqlanmayacağını da qeyd etmək lazımdır.

Məcburi Audit xidmətinin dəyəri

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Məcburi audit xidmətinin ümumi dəyəri mövcud işin həcmindən asılıdır.  Bundan başqa qiymətə aşağıdakı amillər də təsir edir:

  • Təşkilatın fəaliyyəti
  • Yoxlamaya sərf ediləcək vaxt
  • Maliyyə göstəriciləri
  • Mühasibatlıq hesabatına cəlb olunan işçilərin sayı.

 

Könüllü Audit

Bu audit növü hər hansı şirkət və ya təşkilatın öz istəyinə, təşəbbüsünə uyğun olaraq  təşkil edilən yoxlama işləridir. Könüllü Audit də, Məcburi Auditlə eyni metodologiyaya əsasən aparılır. Burada məqsəd bir yoxlayanın (auditorun) maliyyə hesabatlarının etibarlılığı barədə fikirlərini müstəqil şəkildə ifadə etməsidir. Məcburi Audit növündən fərqi ondan ibarətdir ki, Könüllü audit məcburi şəkildə qanuna uyğunluğun tələbi ilə deyil, bilavasitə sifarişçinin tələbi ilə yerinə yetirilir.

  

Vergi Auditi

Vergi Auditi, qanunun tələblərinə uyğun olaraq, müvafiq lisenziyaya və dövlətdə akkreditə olunmuş auditorlara sahib olan xüsusi bir audit şirkəti tərəfindən aparılır.

Ümumiyyətlə, xarici audit şirkətin mühasibat uçotunun ən obyektiv qiymətləndirməsini əldə etməyi özündə cəmləşdirir. Beləliklə sübut edilmiş vergi yoxlama metodlarından istifadə etməklə, üçüncü mütəxəssislərin cəlb edilməsi müəssisənin işinin düzgünlüyünü təsdiqləməyə və ya əksinə, çatışmazlıqları aşkar etməyə kömək edir.

Ekspress Audit

Ekspress audit Sifarişçinin tapşırığına uyğun olaraq həyata keçirilir. Adətən müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti barədə vergi hesabatlarının hazırkı vəziyyətini, vergi yoxlamasının mümkün nəticələrini müəyyən etmək üçün Ekspress Audit yoxlaması təşkil edilir. Ekspress auditi digər audit növlərindən fərqləndirən budur ki, bu audit növündə, bir qayda olaraq, ilkin sənədlərə az diqqət yetirilir və əsas diqqət müəssisənin aspektlərini, qəbul edilmiş vergi və mühasibat alqoritmlərini yoxlayarkən, bütövlükdə müəssisənin işini qiymətləndirməyə yönəldilir. Belə bir audit əsnasında hesabat məlumatlarında və vergi öhdəliklərinin miqdarında təhriflərə səbəb olan çatışmazlıqlar aşkar edilir. Əldə edilən məlumatlar əsasında müştəriyə aşkar edilmiş çatışmazlıqlar və onların aradan qaldırılması üçün tövsiyələri əks etdirən hesabat təqdim olunur.

 

«SME» şirkəti olaraq sizə yüksək peşəkarlıqla bütün Audit növləri üzrə xidmətlərimizi təqdim edirik. Qeyd etmək istərdik ki, müştərilərimizə aid bütün məlumatların gizliliyinə və heç bir şəkildə yayılmamasını təmin edirik.

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 50 200 50 22
  • Biznes plan üçün
    +994 50 311 50 44
  • +994 12 533 01 11
  • [email protected]
  • Bakı şəhəri, Yasamal rayonu, General Akim Abbasov küçəsi 1-C, 15B

Sorğu göndər

© Smeltd.az. Site by

Facebook-f Instagram Linkedin-in

WHATSAPP

ZƏNG ET