Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • En
    • Ru
Facebook-f Instagram Linkedin-in
  • Az
    • En
    • Ru
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Lisenziya
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Lisenziya
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
  • +994 50 200 50 22

Biznes Planın tərtib edilməsində atılacaq addımlar

Keyfiyyətli biznes plan, uğurun açarıdır.

Sahibkarlığın əsas atacağı addımlardan biri də uzunmüddətli strateji planlaşdırma işidir. Məqsədiniz güclü, rəqabət qabiliyyətli və yaxşı qazanc əldə edən bir müəssisə yaratmaqdırsa, onda məhsul istehsalı və ya xidmətlərin paylanması, reklamı və satışı haqqında məlumat daxil ediləcək biznes ideyasının təsvirini özündə cəmləyən geniş şəkildə tərtib edilən Biznes plan, çox vacibdir. Peşəkar şəkildə hazırlanmış bir biznes plan yalnız sərmayənin cəlb olunmasına kifayətlənmir, həm də müəssisənin sabit inkişafı üçün əsas rol oynayır. Uzun müddətli inkişaf üçün biznes planı necə hazırlanmalıdır? Bu işi bizə, peşəkarlara həvalə edin!

Hər bir müəssisə sahibinin biznes plana ehtiyacı varmı?

Sahibkarlıq sahəsi çox şaxəlidir, lakin şirkətinizin nə istehsal edib-satmağından, hansı sahə üzrə fəaliyyət göstərməyindən  asılı olmayaraq, biznes plan müvəffəqiyyətə aparan yolunun ayrılmaz bir hissəsidir.

Aşağıda qeyd edilənlərdən hər hansı biri sizə lazımdırsa o zaman, sizin müəssisənizə biznes plan tərtib olunmalıdır:

  • Maliyyələşdirmə axtarmadan və müəssisənizi yaratmadan öncə sizin biznes fikirinizin sağlamlığını və təlabatını yoxlamaq;
  • Müəssisənin məqsəd və perspektivlərini səmərəli şəkildə işçi heyətinə izah etmək;
  • Biznes ideyanızın sərfəli və rəqabətə dözümlü olduğunu bank, özəl və dövlət investorlarına sübut edərək onları sizin ideyanıza yönləndirmək;

Hazırlanmış biznes plan iş tapşırıqlarının qurulmasına və təşkilinə, qısamüddətli və uzunmüddətli hədəflərin reallaşdırılmasına və şirkətin bazardakı mövqeyini müəyyənləşdirməyə kömək edəcəkdir. Buna görə də uğurlu şəkildə tərtib edilən biznes plan – müəssisənin əsas aktivlərindən biri hesab edilir.

Hansı fondlara, standartlarda və minimal tələblərə müvafiq olaraq biznes plan tərtib edirik?

  • Sahibkarlığın İnkişaf Fonduna təqdim olunan biznes planlar
  • İnvestisiyaların təşviqi üzrə İqtisadiyyat Nazirliyinə təqdim olunan biznes planlar
  • İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna təqdim olunan biznes planlar
  • İpoteka və Zəmanət Fonduna təqdim olunan biznes planlar
  • Kənd təsərrüfatının kredit Agentliyinə
  • Sənaye parkları və Məhəllələri üçün biznes planların tərtibi
  • Xarici investorlar üçün beynəlxalq standartlara uyğun biznes planlarının hazırlanması
  • Banklar üçün biznes planlarının hazırlanması

 

Niyə məhz bizi seçməlisiniz?

  • Avropa Yenidənqurma və Inkişaf  Bankının  “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış şirkət;
  • Biznes plan hazırlanmasında 30 ildən artıq təcrübə;
  • Hər bir sahədə biznes sahəsində biznes plan tərtibi üzrə təcrübəyə malikik ;
  • Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarlarıdır;
  • Bank köçürməsi və ödənilməsi əsasında iş qurmaq imkanı;
  • Müştərilərimizin vaxtına dəyər verərək, işləri hər zaman vaxtında təhvil veririk;

 

Biznes Planın tərtib edilməsində atılacaq addımlar

Bu işdə bir biznes ideyasından yüksək keyfiyyətli biznes planın hazırlanmasına qədər uzun bir yol qət etmək tələb olunur, çünki bir biznes planı 3-5 ildən bəri olan müddətdə biznesin inkişaf perspektivlərini təsvir edən kifayət qədər ətraflı sənədlər toplusunu özündə cəmləyir. Düzgün şəkildə inkişaf etdirilmiş bir biznes plan, bu layihəyə investisiya qoymağa dəyərmi və işin kifayət qədər qazanclı və rəqabətli olacağına dair suallara əsaslandırılmış cavablarla əhatələnir.

Biznes plan yazarkən, bura hansı əsas prinsiplər daxil edilməlidir? Bu barədə növbəti bölmədə yazılıb.

9 hissədən ibarət biznes plan

Adətən bir biznes planı yazarkən, şirkətin özünəməxsus özəl xüsusiyyətlərini nəzərə almanız sayəsində standart şablonda dəyişikliklər tələb olunur. Eyni zamanda bəzi mövcud bütün biznes sahələrinə aid olan prinsipləri bu biznes planda qeyd etmək vacibdir.

  1. İlkin Məlumat

Biznes planının ilkin məlumatı, aydın, düşünülmüş və ardıcıl olmalıdır.

Buraya daxil olan əsas məlumatlar:

  • Biznes planın məqsədi
  • Təşkilatı hüquqi forması
  • Əsas biznes fəaliyyəti
  • Bazarda mövqeyi
  • Mövcud fəaliyyəti üzrə əsas maliyyə göstəriciləri

 

  1. Müəssisə haqqında ümumi məlumat

Bir biznes planın tərtibinə müəssisənin ətraflı təsviri göstərilir. Burada mütləq şəkildə toxunulmalı məlumatlar:

  • Müəssisənin rekvizitləri, quruluşu, vəzifə bölgüsü, işçilərin sayı;
  • Müəssisənin təsisçiləri və sahibləri, onların əsas kapitalda iştirak payları haqqında məlumat
  • Müəssisənin əsas vəsaitləri, mövcud maddi texniki bazası və kredit öhdəlikləri.
  • Müəssisənin tarixində mühüm nailiyyətlər olmuşdursa, onda onları da bu hissədə qeyd etmək olar.
  1. Rəhbərlik

Burada şirkətin təşkilati quruluşunu təsvir etməli, rəhbərlik haqqında məlumatı qeyd etməlisiniz. Bu sahədə təhsil və rəhbərlik təcrübəsi investisiya cəlb edilməsində əlavə bir üstünlük ola bilər.

  1. Biznes Tətqiqatı

Biznes planının əsas hissələrindən birində müəssisə sahibinin bazar vəziyyəti haqqında mövcud məlumatları nə dərəcədə uğurla cəmləşdirdiyini və məlumatları öz xeyrinə necə istifadə etdiyini göstərmək lazımdır. Biznes tədqiqatlarına daxildir:

  • Biznesin inkişaf tendensiyalarının təsviri və təhlili, onun məhsulun mövcudluğuna təsiri.
  • Biznesin inkişaf perspektivi
  • İxrac potensialının təsviri.

Bu hissəni yazarkən, xüsusilə də uzunmüddətli bir biznes planı tərtib olunarsa mütləq şəkildə mövcud iqtisadi vəziyyəti və gələcək üçün proqnozları nəzərə almaq lazımdır.

  1. Rəqabət

Demək olar ki, hər yeni məhsul və ya xidmətin mövcud rəqibləri olur.  Bu bölmədə bunları qeyd etmək lazımdır:

  • Potensial müştərilər
  • Bazarın oxşar təkliflərlə yetəri qədər dolu olması
  • Müəssisənin ən vacib rəqiblərinin təyini, onların üstünlükləri və mənfi cəhətləri
  • Müəssisənin rəqabətqabiliyyətlilik strategiyasının təyini

Müəssisənin güclü və zəif tərəflərini, təhlükəli halları və imkanlarını müəyyən edən strategiya biznes ideyasını qiymətləndirməyin ən asan və eyni zamanda etibarlı yollarından biridir.

  1. Məhsul / Xidmətin xüsusiyyətləri

Bu bölmədə məhsul və ya xidmət istehsalına həsr edilir. Daxil ediləcək ən vacib məqamlardan bəzilərini təqdim edirik:

  • İstehsal zəncirinin təsviri və texnologiyası
  • Məsulun və Xammalın xüsusiyyətləri
  • Tədarükçünün xüsusiyyətləri və zamanında çatdırılma planı.

İstehsal növündən asılı olaraq buraya eyni zamanda patentlər, istehsal müəssisələri, lazımi avadanlıqlar və s. barədə məlumatlar da əlavə edilməlidir.

  1. Marketinq planı

Bu bölmənin məqsədi satış bazarlarını və şirkət məhsullarının onun üzərindəki yerini xarakterizə etməkdir. Bir Marketinq planında bu məlumatlar olmalıdır:

  • Məhsul və ya xidmətin unikallığı haqqında məlumat
  • Qiymət və endirim siyasəti
  • İstehlakçı davranışı;
  • Planlaşdırılan reklam kampaniyaları

Marketinq planı potensial investoru layihənin lazımi tanınma alacağına və şirkətin yeni müştərilər cəlb edəcəyinə inandıracaq şəkildə hazırlanmalıdır.

  1. Planlaşdırılan layihənin reallaşdırılması

Burada ən azı 1 il ərzində hər ay şirkətə nə olacağı, hansı nəticələrin gözlənildiyi, hansı hədəflərin gerçəkləşəcəyi təsvir edilməlidir. Biznes planında zəruri resurslar (binalar, avadanlıqlar, lisenziyalar, əmək), təchizatçılar və alıcılarla hesablamalar barədə məlumatlar olmalıdır.

  1. Maliyyə Planlaması

Bu bölmə gəlirlər, gözlənilən mənfəət və zərəri ilə bağlı hesablamalarla əhatə edilməlidir. Çünki bu göstəricilərdən asılı olaraq biznes ideyasının həyat qabiliyyəti müəyyənləşdirilir. Bundan əlavə burada əlavə xərclər də nəzərə alınmalıdır. Eyni zamanda Biznes planda pul vəsaitlərinin hərəkəti barədə də məlumat verilməlidir. Bunun üçün  bir biznesplan tərtibatında yüksək kvalifikasiyalı mühasibi və konsaltinq mütəxəssisi dəvət etmək uyğundur.

Yüksək keyfiyyətli bir biznes planın tərtib edilməsi çox vaxt, diqqət və qətiyyət tələb edən bir işdir.

Oxşar xəbərlər

ASC və QSC-nin dövlət qeydiyyatı

ASC və QSC-nin dövlət qeydiyyatı

Dekabr 4, 2022
Səhmdar cəmiyyəti anlayışı. Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və…
Daha ətraflı
Azərbaycanda Bank Olmayan Kredit Təşkilatının qeydiyyatı və lisenziyasının alınması

Azərbaycanda Bank Olmayan Kredit Təşkilatının qeydiyyatı və lisenziyasının alınması

Dekabr 4, 2022
İnkişaf edən maliyyə-iqtisadi münasibətlər şəraitində ölkədə banklarla yanaşı, bank olmayan kredit təşkilatları da fəaliyyət göstərir. Bank olmayan kredit təşkilatlarının fəaliyyəti…
Daha ətraflı
Sahibkar komandanın motivasiyasını yüksəltmək üçün nə edə bilər?

Sahibkar komandanın motivasiyasını yüksəltmək üçün nə edə bilər?

Dekabr 4, 2022
İstənilən sahibkar mehriban komanda və məsuliyyətli, vicdanlı və məqsədyönlü işçilər arzusundadır, onların sayəsində şirkət çiçəklənəcək, getdikcə daha çox uğur qazanacaq.…
Daha ətraflı
Hansı fondlardan güzəştli kredit əldə etmək olar?

Hansı fondlardan güzəştli kredit əldə etmək olar?

Oktyabr 18, 2021
Hansı fondlardan güzəştli kredit əldə etmək olar?   Sağlamlaşdırma prosesi planlanşdıran və fəaliyyətini genişləndirilən şirkət kredit almasa da, pulu olub…
Daha ətraflı
Biznes Planın tərtib edilməsində atılacaq addımlar

Biznes Planın tərtib edilməsində atılacaq addımlar

Oktyabr 18, 2021
Keyfiyyətli biznes plan, uğurun açarıdır. Sahibkarlığın əsas atacağı addımlardan biri də uzunmüddətli strateji planlaşdırma işidir. Məqsədiniz güclü, rəqabət qabiliyyətli və…
Daha ətraflı
Satınalma

Satınalma

Oktyabr 18, 2021
Satınalmaların optimallaşdırılması sahəsində, satınalma sisteminin qurulması və satınalmaların həyata keçirilməsi üzrə xidmətlər dünyada geniş yayılmışdır. Rutin işlərin çoxu adətən autsorsinqə…
Daha ətraflı

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 50 200 50 22
  • Biznes plan üçün
    +994 50 311 50 44
  • +994 12 533 01 11
  • [email protected]
  • Bakı şəhəri, Yasamal rayonu, General Akim Abbasov küçəsi 1-C, 15B

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Facebook-f Instagram Linkedin-in

WHATSAPP

ZƏNG ET