Biznes plan biznesinizdəki uğurun açarıdır!
Sahibkarlığın əsas atacağı addımlardan biri də uzunmüddətli strateji planlaşdırma işidir. Məqsədiniz güclü, rəqabət qabiliyyətli və yaxşı qazanc əldə edən bir müəssisə yaratmaqdırsa, onda məhsul istehsalı və ya xidmətlərin paylanması, reklamı və satışı haqqında məlumat daxil ediləcək biznes ideyasının təsvirini özündə cəmləyən geniş şəkildə tərtib edilən Biznes plan, çox vacibdir. Peşəkar şəkildə hazırlanmış bir biznes plan yalnız sərmayənin cəlb olunmasına kifayətlənmir, həm də müəssisənin sabit inkişafı üçün əsas rol oynayır. Uzun müddətli inkişaf üçün biznes planı necə hazırlanmalıdır? Bu işi bizə, peşəkarlara həvalə edin!
Hər bir müəssisə sahibinin biznes plana ehtiyacı varmı?
Sahibkarlıq sahəsi çox şaxəlidir, lakin şirkətinizin nə istehsal edib-satmağından, hansı sahə üzrə fəaliyyət göstərməyindən asılı olmayaraq, biznes plan müvəffəqiyyətə aparan yolunun ayrılmaz bir hissəsidir.
Aşağıda qeyd edilənlərdən hər hansı biri sizə lazımdırsa o zaman, sizin müəssisənizə biznes plan tərtib olunmalıdır:
- Maliyyələşdirmə axtarmadan və müəssisənizi yaratmadan öncə sizin biznes fikirinizin sağlamlığını və təlabatını yoxlamaq;
- Müəssisənin məqsəd və perspektivlərini səmərəli şəkildə işçi heyətinə izah etmək;
- Biznes ideyanızın sərfəli və rəqabətə dözümlü olduğunu bank, özəl və dövlət investorlarına sübut edərək onları sizin ideyanıza yönləndirmək;
Hazırlanmış biznes plan iş tapşırıqlarının qurulmasına və təşkilinə, qısamüddətli və uzunmüddətli hədəflərin reallaşdırılmasına və şirkətin bazardakı mövqeyini müəyyənləşdirməyə kömək edəcəkdir. Buna görə də uğurlu şəkildə tərtib edilən biznes plan – müəssisənin əsas aktivlərindən biri hesab edilir.
Hansı fondlara, standartlarda və minimal tələblərə müvafiq olaraq biznes plan tərtib edirik?
- Sahibkarlığın İnkişaf Fonduna təqdim olunan biznes planlar
- İnvestisiyaların təşviqi üzrə İqtisadiyyat Nazirliyinə təqdim olunan biznes planlar
- İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna təqdim olunan biznes planlar
- İpoteka və Zəmanət Fonduna təqdim olunan biznes planlar
- Kənd təsərrüfatının kredit Agentliyinə
- Sənaye parkları və Məhəllələri üçün biznes planların tərtibi
- Xarici investorlar üçün beynəlxalq standartlara uyğun biznes planlarının hazırlanması
- Banklar üçün biznes planlarının hazırlanması
Niyə məhz bizi seçməlisiniz?
- Avropa Yenidənqurma və Inkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış şirkət;
- Biznes plan hazırlanmasında 30 ildən artıq təcrübə;
- Hər bir sahədə biznes sahəsində biznes plan tərtibi üzrə təcrübəyə malikik ;
- Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarlarıdır;
- Bank köçürməsi və ödənilməsi əsasında iş qurmaq imkanı;
- Müştərilərimizin vaxtına dəyər verərək, işləri hər zaman vaxtında təhvil veririk;
Biznes Planın tərtib edilməsində atılacaq addımlar
Bu işdə bir biznes ideyasından yüksək keyfiyyətli biznes planın hazırlanmasına qədər uzun bir yol qət etmək tələb olunur, çünki bir biznes planı 3-5 ildən bəri olan müddətdə biznesin inkişaf perspektivlərini təsvir edən kifayət qədər ətraflı sənədlər toplusunu özündə cəmləyir. Düzgün şəkildə inkişaf etdirilmiş bir biznes plan, bu layihəyə investisiya qoymağa dəyərmi və işin kifayət qədər qazanclı və rəqabətli olacağına dair suallara əsaslandırılmış cavablarla əhatələnir.
Biznes plan yazarkən, bura hansı əsas prinsiplər daxil edilməlidir? Bu barədə növbəti bölmədə yazılıb.
9 hissədən ibarət biznes plan
Adətən bir biznes planı yazarkən, şirkətin özünəməxsus özəl xüsusiyyətlərini nəzərə almanız sayəsində standart şablonda dəyişikliklər tələb olunur. Eyni zamanda bəzi mövcud bütün biznes sahələrinə aid olan prinsipləri bu biznes planda qeyd etmək vacibdir.
-
İlkin Məlumat
Biznes planının ilkin məlumatı, aydın, düşünülmüş və ardıcıl olmalıdır.
Buraya daxil olan əsas məlumatlar:
- Biznes planın məqsədi
- Təşkilatı hüquqi forması
- Əsas biznes fəaliyyəti
- Bazarda mövqeyi
- Mövcud fəaliyyəti üzrə əsas maliyyə göstəriciləri
-
Müəssisə haqqında ümumi məlumat
Bir biznes planın tərtibinə müəssisənin ətraflı təsviri göstərilir. Burada mütləq şəkildə toxunulmalı məlumatlar:
- Müəssisənin rekvizitləri, quruluşu, vəzifə bölgüsü, işçilərin sayı;
- Müəssisənin təsisçiləri və sahibləri, onların əsas kapitalda iştirak payları haqqında məlumat
- Müəssisənin əsas vəsaitləri, mövcud maddi texniki bazası və kredit öhdəlikləri.
- Müəssisənin tarixində mühüm nailiyyətlər olmuşdursa, onda onları da bu hissədə qeyd etmək olar.
-
Rəhbərlik
Burada şirkətin təşkilati quruluşunu təsvir etməli, rəhbərlik haqqında məlumatı qeyd etməlisiniz. Bu sahədə təhsil və rəhbərlik təcrübəsi investisiya cəlb edilməsində əlavə bir üstünlük ola bilər.
-
Biznes Tətqiqatı
Biznes planının əsas hissələrindən birində müəssisə sahibinin bazar vəziyyəti haqqında mövcud məlumatları nə dərəcədə uğurla cəmləşdirdiyini və məlumatları öz xeyrinə necə istifadə etdiyini göstərmək lazımdır. Biznes tədqiqatlarına daxildir:
- Biznesin inkişaf tendensiyalarının təsviri və təhlili, onun məhsulun mövcudluğuna təsiri.
- Biznesin inkişaf perspektivi
- İxrac potensialının təsviri.
Bu hissəni yazarkən, xüsusilə də uzunmüddətli bir biznes planı tərtib olunarsa mütləq şəkildə mövcud iqtisadi vəziyyəti və gələcək üçün proqnozları nəzərə almaq lazımdır.
-
Rəqabət
Demək olar ki, hər yeni məhsul və ya xidmətin mövcud rəqibləri olur. Bu bölmədə bunları qeyd etmək lazımdır:
- Potensial müştərilər
- Bazarın oxşar təkliflərlə yetəri qədər dolu olması
- Müəssisənin ən vacib rəqiblərinin təyini, onların üstünlükləri və mənfi cəhətləri
- Müəssisənin rəqabətqabiliyyətlilik strategiyasının təyini
Müəssisənin güclü və zəif tərəflərini, təhlükəli halları və imkanlarını müəyyən edən strategiya biznes ideyasını qiymətləndirməyin ən asan və eyni zamanda etibarlı yollarından biridir.
-
Məhsul / Xidmətin xüsusiyyətləri
Bu bölmədə məhsul və ya xidmət istehsalına həsr edilir. Daxil ediləcək ən vacib məqamlardan bəzilərini təqdim edirik:
- İstehsal zəncirinin təsviri və texnologiyası
- Məsulun və Xammalın xüsusiyyətləri
- Tədarükçünün xüsusiyyətləri və zamanında çatdırılma planı.
İstehsal növündən asılı olaraq buraya eyni zamanda patentlər, istehsal müəssisələri, lazımi avadanlıqlar və s. barədə məlumatlar da əlavə edilməlidir.
-
Biznes planda Marketinq planı
Bu bölmənin məqsədi satış bazarlarını və şirkət məhsullarının onun üzərindəki yerini xarakterizə etməkdir. Bir Marketinq planında bu məlumatlar olmalıdır:
- Məhsul və ya xidmətin unikallığı haqqında məlumat
- Qiymət və endirim siyasəti
- İstehlakçı davranışı;
- Planlaşdırılan reklam kampaniyaları
Marketinq planı potensial investoru layihənin lazımi tanınma alacağına və şirkətin yeni müştərilər cəlb edəcəyinə inandıracaq şəkildə hazırlanmalıdır.
-
Planlaşdırılan layihənin reallaşdırılması
Burada ən azı 1 il ərzində hər ay şirkətə nə olacağı, hansı nəticələrin gözlənildiyi, hansı hədəflərin gerçəkləşəcəyi təsvir edilməlidir. Biznes planında zəruri resurslar (binalar, avadanlıqlar, lisenziyalar, əmək), təchizatçılar və alıcılarla hesablamalar barədə məlumatlar olmalıdır.
-
Maliyyə Planlaması
Bu bölmə gəlirlər, gözlənilən mənfəət və zərəri ilə bağlı hesablamalarla əhatə edilməlidir. Çünki bu göstəricilərdən asılı olaraq biznes ideyasının həyat qabiliyyəti müəyyənləşdirilir. Bundan əlavə burada əlavə xərclər də nəzərə alınmalıdır. Eyni zamanda Biznes planda pul vəsaitlərinin hərəkəti barədə də məlumat verilməlidir. Bunun üçün bir biznesplan tərtibatında yüksək kvalifikasiyalı mühasibi və konsaltinq mütəxəssisi dəvət etmək uyğundur.
Yüksək keyfiyyətli bir biznes planın tərtib edilməsi çox vaxt, diqqət və qətiyyət tələb edən bir işdir.
Biznes Plan hansı hallarda MÜTLƏQ tələb olunur?
Biznes plan sadəcə formal sənəd deyil — o, biznes qərarlarının əsaslandığı strateji yol xəritəsidir. Müasir biznes mühitində bir çox hallarda biznes plan tövsiyə olunan yox, məcburi tələb kimi çıxış edir. Xüsusilə banklar, dövlət qurumları və investorlar üçün biznes plan şifahi izahların yerini tutan əsas sənəd hesab olunur.
Aşağıda biznes planın mütləq şəkildə tələb olunduğu əsas hallar ətraflı izah olunur.
Kredit, subsidya və maliyyələşmə üçün müraciət edilərkən
Banklar, dövlət fondları və maliyyə qurumları üçün biznes plan:
-
layihənin iqtisadi əsaslandırması,
-
kreditin geri qaytarılma qabiliyyəti,
-
risklərin idarə olunma mexanizmi
haqqında əsas informasiya mənbəyidir.
Biznes plansız:
-
kredit müraciətləri ya ümumiyyətlə qəbul edilmir,
-
ya da riskli layihə kimi qiymətləndirilir.
Bu səbəbdən bank krediti, dövlət subsidiyası və ya güzəştli maliyyə üçün müraciət zamanı biznes plan mütləq tələb olunur.
Yeni biznesə başlamazdan əvvəl (Startap və ya yeni müəssisə)
Yeni biznes ideyası olan sahibkarlar üçün biznes plan:
-
ideyanın real bazar tələbinə uyğunluğunu,
-
gəlirlilik potensialını,
-
ilkin investisiya ehtiyacını
obyektiv şəkildə qiymətləndirməyə imkan verir.
Biznes plan olmadan açılan müəssisələrdə:
-
xərclər düzgün planlanmır,
-
bazar səhv oxunur,
-
ilk 6–12 ayda cash-flow problemi yaranır.
Bu səbəbdən biznesə başlamazdan əvvəl biznes plan tərtibi kritik mərhələ hesab olunur.
Mövcud biznesin genişləndirilməsi və ya yenidən qurulması zamanı
Fəaliyyətdə olan şirkətlər üçün biznes plan aşağıdakı hallarda mütləqdir:
-
yeni filial açılışı
-
istehsal gücünün artırılması
-
yeni məhsul və ya xidmətin bazara çıxarılması
-
biznes modelinin dəyişdirilməsi
Bu mərhələdə biznes plan:
-
riskləri öncədən görməyə,
-
investisiyanın effektivliyini ölçməyə,
-
səhv qərarların qarşısını almağa
xidmət edir.
İnvestor cəlbi və tərəfdaşlıq danışıqları zamanı
İnvestorlar üçün biznes plan:
-
layihənin şəffaflığı,
-
maliyyə proqnozlarının realistikliyi,
-
rəhbərliyin peşəkarlıq səviyyəsi
barədə birbaşa göstəricidir.
Peşəkar biznes plan:
-
investorun riskini azaldır,
-
danışıqlarda mövqeyinizi gücləndirir,
-
layihəyə olan inamı artırır.
Əksər investorlar biznes plansız təqdimatları ciddi qəbul etmirlər.
Dövlət qurumları və fondlar qarşısında hesabatlılıq tələb olunduqda
Bir çox dövlət proqramları və fondlar üçün biznes plan:
-
standartlaşdırılmış formatda,
-
konkret maliyyə və icra göstəriciləri ilə
təqdim olunmalıdır.
Bu tip hallarda:
-
natamam və ya qeyri-peşəkar planlar geri qaytarılır,
-
prosedur uzanır və maliyyə gecikir.
Biznesin daxili idarəetməsi və strateji planlama üçün
Biznes plan yalnız xarici qurumlar üçün deyil, daxili idarəetmə aləti kimi də mühümdür:
-
komanda üçün aydın yol xəritəsi yaradır
-
hədəflərin ölçülə bilən olmasını təmin edir
-
qərarvermə prosesini sistemləşdirir
Uzunmüddətli perspektivdə biznes planı olmayan şirkətlərdə:
-
strategiya qeyri-müəyyən olur,
-
resurslar səmərəsiz xərclənir.
Beynəlxalq əməkdaşlıq və xarici bazara çıxış zamanı
Xarici investorlar və beynəlxalq tərəfdaşlar üçün:
-
biznes plan beynəlxalq standartlara uyğun,
-
risk və maliyyə modelləri ilə əsaslandırılmış
olmalıdır.
Bu hallarda biznes plan:
-
hüquqi və maliyyə uyğunluğunu,
-
bazar strategiyasını,
-
exit (çıxış) imkanlarını
aydın şəkildə göstərməlidir.






