Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • En
    • Ru
Facebook-f Instagram Linkedin-in
  • Az
    • En
    • Ru
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
  • +994 50 200 50 22
  • Konsultasiya

MMC qeydiyyatı

Azərbaycanda MMC qeydiyyatı

Qəbul edilmiş bir sıra dövlət proqramları kiçik və orta sahibkarlığın formalaşmasında, inkişafında və daha da irəliləməsində müstəsna rol oynamışdır. Vergi sistemi sahibkarlıq üçün tələblərə uyğun olaraq daim təkmilləşdirilir. Azərbaycan Respublikasının qəbul edilmiş vergi məcəlləsi sivil hüquqi vergi sisteminin yaradılmasına zəmin yaratdı.

Hər bir işə başlamadan öncə işin detalları  ətraflı şəkildə araşdırılıb, təyin edilməlidir. Məlumdur ki, müəssisələrin qeydiyyatı heç də asan olmayan, zaman tələb edən bir prosesdir.

MMC qeydiyyatına başlamadan əvvəl, işin xırdalıqları, tələb olunan addımlar detallı şəkildə araşdırılıb təyin edilməlidir. Müəssisənin, qanunvericiliyə uyğun olaraq düzgün şəkildə qeydiyyatdan keçirilməsi peşəkarcasına yerinə yetirməlidir. Bu səbəbdən qeydiyyat işini mütəxəssislərə həvalə etmək lazımdır. Mühasibatlıq və Hüquqşünaslıq sahəsində böyük təcrübəyə malik olan mütəxəssislərimiz, sizin üçün bu işi yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdırlar.

“Xidmətlərimizdən yararlanaraq, siz dəyərli vaxtınıza qənaət etmiş olacaqsınız”

 

Niyə məhz bizi seçməlisiniz?

  • Sahibkarlığa başlayanlar üçün 500-dən çox müəssisə yaratmış şirkət;
  • Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarıdır;
  • Bank köçürməsi və ödənilməsi əsasında iş qurmaq imkanı;
  • Fəaliyyət göstərdiyimiz illər ərzində biz bir çox hüquqi proseslər həll etmişik və bu işdə sizə sərfəli təkliflərimizi etməyə hazırıq;
  • Müştərilərimizin vaxtına dəyər verərək, işləri hər zaman vaxtında və hədda vaxtından tez təhvil veririk.

Hüquqi şəxsin qeydiyyat müddəti 2 iş günüdür.

Birinci addım

Şirkətimiz yeni şirkətin qeydiyyat prosesində, əvvəldən sonuna qədər bütün prosesi nəzarətdə saxlayır. İlk növbədə yeni yaradılacaq şirkətin qeydiyyatına başlamaq üçün şirkət haqqında ilkin məlumatlar müəyyənləşdirilməlidir:

  • Şirkətin adı
  • Təşkilati hüquqi forma;
  • Təsisçilər və direktorun sənədlərinin surəti (şəxsiyyət vəsiqəsi və pasport);
  • İştirakçıların tərkibi haqqında məlumat (nizamnamə fondunda pay bölgüsü);
  • Direktor (icra edici rəhbər) haqqında məlumat;
  • Fəaliyyət növləri;
  • Hüquqi ünvanı;
  • Nizamnamə kapitalının həcmi;
  • Vergi sistemi;
  • Hesab açılacaq bank haqda məlumat;

 

 

MMC Qeydiyyatı üçün tələb olunan sənədlər aşağıdakilardır:

İkinci addım:

  • Hüquqi şəxsin qeydiyyatı üçün ərizə və blankların tərtibi;
  • Etibarnamə;
  • Azercell ASAN imza (elektron imza) alınması;
  • Nizamnamə;
  • Qərar.

Məlumatlar əldə edildikdən sonra şirkətimizin əməkdaşları tənzimləyici orqanlara hüquqi şəxsin yaradılması barədə məlumat vermək üçün lazımi sənədləri hazırlayacaqlar.

 

Hüquqi şəxsin qeydiyyatından sonra biznes əməliyyatlarına başlamamışdan öncə növbəti praktiki addımların atılması zəruridir:

 

Üçüncü addım

  • Əmr;
  • Banka təqdim edilən imza kartının tərtibi;
  • Elektron kargüzarlıq vasitəsi ilə Şirkət üçün müvafiq şəhadətnamə dublikatın göndərilməsi ilə bank hesabının açılması;
  • Şirkətin möhürünün hazırlanması ;
  • Direktor və digər işçilərin əmək müqavilələrinin bağlanması;
  • Cari hesabın açılması.

 

Niyə müəssisə qeydiyyatını mütəxəssislərə həvalə etmək lazımdır?

Ərizəni təqdim etdikdən sonra, Vergi Departamentinin əməkdaşları 2 gün ərzində sənədləri yoxlayır. Bu dövrün sonunda, vergi müfəttişi məlumatların vahid dövlət reyestrinə daxil edilməsi və ya rədd edilməsi barədə qərar verir.

Mənfi qərarın səbəbi:

  • sənədlərdəki səhvlər və ya uyğunsuzluqlar;
  • prosedur incəlikləri barədə yetərincə məlumatın olmaması səbəbindən qanunların tələblərinin pozulması;

 

Qeydiyyat prosesi peşəkar mütəxəssislərə həvalə edilsə, rədd cavabı alınmaz, həmçinin vaxtınıza qənaət edərsiniz ,notarius və dövlət rüsumlarına ediləcək artıq xərclərdən azad olarsınız

 

 Korporativ hüquq və müflisləşmə sahəsində əlavə xidmətlər

  • Xarici investisiyalı şirkətlərin yaradılması və qeydiyyatı;
  • Nümayəndəlik və filialların yaradılması və qeydiyyatı;
  • Azərbaycanda hüquqi şəxsin ləğv edilməsi;
  • Paylar üzrə əməliyyatlar, payçılar arasında olan razılaşmaları, investisiya razılaşmaları və müqavilələrin hazırlanması və bu hallar üzrə vergi və hüquq məsləhətləri;
  • Rezident olmayan fiziki şəxslər üçün iş icazəsinin və digər sənədlərin alınması;
  • Sənədlərin apostilizasiyası (leqallaşdırılması);
  • Təsisçi heyətinin və direktorun dəyişdirilməsi;
  • Fəaliyyət növlərinin dəyişdirilməsi və əlavə edilməsi;
  • Nizamnamə kapitalının dəyişdirilməsi;
  • Qapalı və Açıq Səhmdar Cəmiyyətlərinin təsis edilməsi və qeydiyyatı Azərbaycanda;
  • Qiymətli kağızların (səhmlərin) icra orqanı və depozitar mərkəzində qeydiyyatı.

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 51232 49 59
  • [email protected]
  • Luxen Plaza, 31 Xətai prospekti, Bakı AZ1008

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Facebook-f Instagram Linkedin-in

Konsultasiya

“Müraciət et” düyməsini klikləməklə məxfi̇li̇k siyasəti̇ ilə razılaşırsınız.

Uğurla göndərildi.

  • Cookie bildirişi

Sayt istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies-dən istifadə edir.

Qəbul et

Zeynalova Rimma

Baş hüquqşünas

2017-ci ildə Moskva Dövlət Sənaye Universitetində hüquq üzrə magistr dərəcəsini alıb.
Rimma Zeynalova 7 ildən çox hüquq sahəsində iş təcrübəsinə malikdir. O, korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli və vergi, əmək qanunvericiliyi sahəsində hüquqi məsləhətlər üzrə ixtisaslaşıb. Müştərilərlə iş, danışıqların aparılması və şirkətlərin məhkəmələrdə təmsil edilməsi sahəsində geniş təcrübəyə malikdir.

Sübhan Namazov

Təsisçisi və direktor

Biznesin idarə edilməsi və inkişafı sahəsində çoxillik təcrübəyə malikdir. O, Azərbaycan Qərb Universitetində menecment üzrə bakalavr dərəcəsi alıb və peşəkar fəaliyyətini əsas hüquq istiqamətlərinə yönəldib.
Onun ixtisaslaşması korporativ hüququ əhatə edir və bu sahədə şirkətlərə səmərəli idarəetmə və inkişaf üçün hüquqi əsaslar qurmaqda köməklik göstərir. Vergi hüququ sahəsində Sübhan vergi strategiyalarının optimallaşdırılmasını və qanunvericiliyə riayət edilməsini təmin edir, bu isə biznesin maliyyə planlaşdırılmasında uğura gətirib çıxarır. Maliyyə və bank hüququ sahəsində o, maliyyələşdirmə və bank əməliyyatlarının hüquqi aspektləri üzrə məsləhətlər verir, bu isə müştərilərin və tərəfdaşların maliyyə dayanıqlığını gücləndirir.
Bu sahələrdəki ekspert dəstəyi sayəsində Sübhan şirkətlərə mürəkkəb hüquqi və idarəetmə vəzifələrini həll edərək, öz məqsədlərinə çatmaqda uğurla köməklik göstərir.

Panfyorova Sofya

Mühasib

Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsini alıb. Mühasibat uçotu sahəsində iş təcrübəsinə malikdir. Uçotun aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili və büdcələrin tərtibi üzrə ixtisaslaşıb. Peşəkar təcrübəsi müştərilərlə iş, maliyyə auditi və vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti əhatə edir.

İsmayılova Yelena

Kadr uçotu üzrə aparıcı mühasibdir

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsini alıb. Yelena İsmayılova 15 ildən çox mühasibat və kadr uçotu sahəsində iş təcrübəsinə malikdir. O, əməkhaqqı uçotunun aparılması, kadr sənədləşməsinin hazırlanması, işçilərlə hesablaşmaların aparılması və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət sahəsində praktiki bacarıqlara sahibdir. O, əmək müqavilələrinin tərtibi, məzuniyyətlərin və müavinətlərin hesablanması, iş vaxtının uçotu və nəzarət orqanları ilə əməkdaşlıq sahəsində ixtisaslaşıb.

İsmayılov İsmayıl

Müştəri meneceri

Müştəri idarəçiliyi və dəstəyi sahəsində iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsi alıb.
İsmayıl yeni müştərilərin axtarışı və cəlb edilməsi, korporativ tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün effektiv strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Onun bacarıqları danışıqlar aparmaq, müqavilələr bağlamaq və müştəri xidmətinin keyfiyyətini artırmaq üçün bazar məlumatlarını təhlil etməyi əhatə edir.

İsayevə Gülüstan

Kiçik hüquqşünas

2024-cü ildə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsini alıb.
Gülüstan İsayevə hüquqi sənədlərin hazırlanması, hüquqi məsələlərin araşdırılması, görüşlərin təşkili və müqavilələrin müşayiəti sahəsində ixtisaslaşıb. O, işgüzar yazışmaların aparılması, müştərilərə məsləhət verilməsi və baş hüquqşünasa korporativ və kommersiya hüququ məsələlərində dəstək göstərmək bacarığına malikdir.

Hacıyeva Nazrin

Direktor assistenti

2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit üzrə alıb.
Nazrin Hacıyeva 5 ildən çox rəhbərliyə inzibati dəstək göstərmə təcrübəsinə malikdir. O, iş qrafikinin koordinasiyası, görüşlərin və tədbirlərin təşkili, işgüzar yazışmaların aparılması, eləcə də hesabatların və sənədlərin hazırlanması üzrə ixtisaslaşıb. Layihələrin idarə edilməsi və insanlarla ünsiyyət qurmaq bacarığı sayəsində işçilərlə və müştərilərlə effektiv əməkdaşlıq edir.

Günel Bayramzadə

Biznes partnyor və icraçı direktor

Günel Bayramzadə Azərbaycan Dillər Universitetində İngilis dili üzrə bakalavr dərəcəsi almışdır. Rəhbərlik sahəsində geniş təcrübəyə malik olan Günel Bayramzadə SME şirkətində icraçı direktor və biznes tərəfdaşı kimi fəaliyyət göstərir. Strateji baxışı və əməliyyat fəaliyyətinin təkmilləşdirilməsinə olan sadiqliyi ilə tanınan Günel Bayramzadə, şirkətin istiqamətinin formalaşdırılmasında və onun böyüməsinin təmin edilməsində əsas rol oynamışdır. İnnovasiyaların inkişafına və dinamik iş mühitinin yaradılmasına diqqəti SME-nin mühüm uğurlar qazanmasına kömək etmişdir. Fürsətləri düzgün qiymətləndirmə bacarığı və istedadların inkişafına olan həvəsi ilə Günel Bayramzadə hər bir komanda üzvünün şirkətin uğuruna töhfə verməsini təmin edir. O, həm qısamüddətli, həm də uzunmüddətli hədəflərə nail olmaqla uzaqgörən yanaşmanı qoruyub saxlamağa çalışır.

Əlizadə Cəfər

Maliyyə direktoru

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində audit ixtisası üzrə magistr dərəcəsini alıb. Cəfər Əlizadə maliyyə idarəçiliyi və vergi məsələləri sahəsində 15 ildən çox təcrübəyə malikdir. Büdcələrin idarə edilməsi, maliyyə təhlili, investisiya planlaşdırılması və vergi xərclərinin optimallaşdırılması üzrə ixtisaslaşıb. O, şirkətin gəlirliliyini artırmaq və davamlı inkişafını təmin etmək üçün maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsi, eləcə də vergi uçotu və vergi planlaşdırılması sahəsində geniş təcrübəyə malikdir. Vergi hesabatlarının hazırlanması, vergi öhdəliklərinin optimallaşdırılması və vergi orqanları ilə əməkdaşlıq edir. Azərbaycan qanunvericiliyi və beynəlxalq vergi müqavilələri sahəsində dərin biliklərə malikdir, bu da ona müştəriləri vergi məsələləri üzrə uğurla məsləhətləndirməyə imkan verir.

Abdullayev Vuqar

Baş mühasib

Vuqar Abdullayev 14 ildən çox mühasibat sahəsində iş təcrübəsinə malikdir. Maliyyə uçotu, vergi planlaşdırılması, audit və büdcələşdirmə sahəsində dərin biliklərə sahibdir. O, maliyyə hesabatlarının hazırlanması, vergi risklərinin idarə edilməsi, maliyyə axınlarının nəzarəti və normativ tələblərə riayət olunmasının təmin edilməsi üzrə ixtisaslaşıb.

WHATSAPP

ZƏNG ET