Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • En
    • Ru
Facebook-f Instagram Linkedin-in
  • Az
    • En
    • Ru
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
  • +994 50 200 50 22
  • Konsultasiya

Miqrasiya və daimi yaşayış

Azərbaycanda Yaşayış İcazəsinin Alınması

“SME MMC” Azərbaycanda işləmək, daimi və müvəqqəti yaşamaq üçün gələn xarici vətəndaşlara kömək etmək üzrə ixtisaslaşmış hüquq şirkətidir. Şirkət bu sahədə böyük təcrübəyə malikdir. Azərbaycan qanunvericiliyində ki bütün dəyişikliklər dən xəbərdarıq, lazımi sənədlər paketini tez bir zamanda hazırlanacaq.

“SME” MMC Azərbaycanda əcnəbi vətəndaşlar üçün aşağıdakı xidmətləri həyata keçirir:

 

  • Müvəqqəti yaşamaq üçün icazə;
  • Daimi yaşamaq üçün icazə və vətəndaşlıq;
  • İşəgötürən xarici vətəndaşın iş icazəsinin alınması;
  • Dəvət məktublarının hazırlanması;
  • Vizaların alınması və uzadılması;
  • Azərbaycana köçmə zamanı nəzərə alınmalı olan əhəmiyyətli məsələlər;
  • Azərbaycana köçmə ilə Biznes yaradılması üçün məsləhətlər;

 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hansı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir:

 

  • –  Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
  • –  Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin  rəhbəri və onun müavini vəzifəsini tutduqda;
  • –  Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində;
  • –  Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
  • –  Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı  olduqda;
  • – İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
  • –  Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri  olduqda;
  • –  Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırdıqda;
  • –   Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin          rəhbəri və onun müavini vəzifəsini tutduqda;

 

Müvəqqəti yaşayış icazəsi nədir?

Yaşayış icazəsi əcnəbi vətəndaşına və ya vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və işləmək hüququnu, habelə Azərbaycan Respublikasında sərbəst şəkildə çıxmaq və ya daxil olmaq hüququnu təsdiq edən sənəddir. Vətəndaşlığı olmayan şəxsə verilən yaşayış icazəsi eyni zamanda şəxsiyyətini təsdiq edən sənəddir.

Müvəqqəti yaşayış icazəsi xarici vətəndaşa minimum 3 aydan başlayaraq maksimum 3 il 6 ay müddətinə verilə bilər. Yaşayış icazəsinin qüvvədə olma müddətinin sonunda, xarici vətəndaşın istəyi ilə, yaşama icazəsinin etibarlılıq müddətinin bitməsinə bir ay qalmış uzadıla bilər. Yaşayış icazəsinin uzadılması sayı məhdud deyil.

Azərbaycan Respublikasında daimi yaşayış icazəsi, müvəqqəti yaşayış icazəsi əsasında ən azı bir il yaşayan xarici vətəndaşa verilə bilər

Biznes qurmaq ilə Azərbaycanda yaşayış icazəsinin alınması

Nəzərə alsaq ki Azərbaycanda biznes və investisiya üçün əlverişli şərait var və davamlı iqtisadi inkişaf gedir. Burda biznes qurmaq və yaşamaq bir çox əcnəbi vətəndaşın marağındadır, son illərdə belə müraciətlərin sayı artıb. Müvafiq sənədlər olmadan xarici vətəndaşların Azərbaycanda biznes qurması qeyri-mümkündür, belə bir pozuntu ciddi nəticələrə səbəb olur: inzibati cərimələr, xarici vətəndaşın ölkədən çıxarılması. Bəzən əcnəbinin Azərbaycan qanunlarını xəbərdar olmaması səbəbindən özünü qeydiyyatı çətin və uzun vaxt apara bilər. Bu problemlər ilə qarşılaşmamaq üçün bütün lazımi sənədləri hazırlamaq üçün “SME MMC” sizə kömək və məsləhətlər edir

Biznes qurmaq ilə müvəqqəti yaşayış icazəsi lazım olan sənədlər hansılardır?

  • Ərizə-anket
  • Xarici pasportun əsli və sürəti
  • Şirkət sənədləri (VÖEN REYESTERDƏN ÇIXARIŞ NİZAMNAMƏ)- NOTARİAL təsdiq olunmuş
  • Direktorun təyin olunma əmri (xarici vətəndaş)
  • Tibbi arayışlar: Ümumi sağlamlıq arayışı, QİÇS, Hepatit B və C
  • Müvəqqəti vəsiqənin sürəti
  • 2 ədəd foto (3×4)
  • Yaşadığı evin sənədinin əsli və sürəti
  • Ev sahibinin razılıq ərizəsi NOTARİAL təsdiqli
  • Ev sahibinin şəxsiyyət vəsiqəsi əsli və sürəti

 

Qeyd: Xarici vətəndaş Azərbaycana səfəri zamanı Biznes və ya İş vizası ilə müraciət etməlidir

İş icazəsinin alınması Azərbaycanda

Xarici vətəndaşlar iş icazəsi alaraq Azərbaycan Respublikası ərazisində qanuni şəkildə işləmək hüququna malikdirlər. Qanuna əməl edilməməsi şirkəti ağır cərimələrlə təhdid edir və xarici işçi deportasiya edilə bilər.  Bu sahədə bizim əməkdaşlar bütün sənədlərin alınması və xarici vətəndaşın Azərbaycanda iş icazəsinin minimal xərclər və müddət ərzində əldə edilməsinə köməklik göstərə bilər. Bizimlə əlaqə saxlayın    

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 51232 49 59
  • [email protected]
  • Luxen Plaza, 31 Xətai prospekti, Bakı AZ1008

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Facebook-f Instagram Linkedin-in

Konsultasiya

“Müraciət et” düyməsini klikləməklə məxfi̇li̇k siyasəti̇ ilə razılaşırsınız.

Uğurla göndərildi.

  • Cookie bildirişi

Sayt istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies-dən istifadə edir.

Qəbul et

Zeynalova Rimma

Baş hüquqşünas

2017-ci ildə Moskva Dövlət Sənaye Universitetində hüquq üzrə magistr dərəcəsini alıb.
Rimma Zeynalova 7 ildən çox hüquq sahəsində iş təcrübəsinə malikdir. O, korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli və vergi, əmək qanunvericiliyi sahəsində hüquqi məsləhətlər üzrə ixtisaslaşıb. Müştərilərlə iş, danışıqların aparılması və şirkətlərin məhkəmələrdə təmsil edilməsi sahəsində geniş təcrübəyə malikdir.

Sübhan Namazov

Təsisçisi və direktor

Biznesin idarə edilməsi və inkişafı sahəsində çoxillik təcrübəyə malikdir. O, Azərbaycan Qərb Universitetində menecment üzrə bakalavr dərəcəsi alıb və peşəkar fəaliyyətini əsas hüquq istiqamətlərinə yönəldib.
Onun ixtisaslaşması korporativ hüququ əhatə edir və bu sahədə şirkətlərə səmərəli idarəetmə və inkişaf üçün hüquqi əsaslar qurmaqda köməklik göstərir. Vergi hüququ sahəsində Sübhan vergi strategiyalarının optimallaşdırılmasını və qanunvericiliyə riayət edilməsini təmin edir, bu isə biznesin maliyyə planlaşdırılmasında uğura gətirib çıxarır. Maliyyə və bank hüququ sahəsində o, maliyyələşdirmə və bank əməliyyatlarının hüquqi aspektləri üzrə məsləhətlər verir, bu isə müştərilərin və tərəfdaşların maliyyə dayanıqlığını gücləndirir.
Bu sahələrdəki ekspert dəstəyi sayəsində Sübhan şirkətlərə mürəkkəb hüquqi və idarəetmə vəzifələrini həll edərək, öz məqsədlərinə çatmaqda uğurla köməklik göstərir.

Panfyorova Sofya

Mühasib

Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsini alıb. Mühasibat uçotu sahəsində iş təcrübəsinə malikdir. Uçotun aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili və büdcələrin tərtibi üzrə ixtisaslaşıb. Peşəkar təcrübəsi müştərilərlə iş, maliyyə auditi və vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti əhatə edir.

İsmayılova Yelena

Kadr uçotu üzrə aparıcı mühasibdir

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsini alıb. Yelena İsmayılova 15 ildən çox mühasibat və kadr uçotu sahəsində iş təcrübəsinə malikdir. O, əməkhaqqı uçotunun aparılması, kadr sənədləşməsinin hazırlanması, işçilərlə hesablaşmaların aparılması və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət sahəsində praktiki bacarıqlara sahibdir. O, əmək müqavilələrinin tərtibi, məzuniyyətlərin və müavinətlərin hesablanması, iş vaxtının uçotu və nəzarət orqanları ilə əməkdaşlıq sahəsində ixtisaslaşıb.

İsmayılov İsmayıl

Müştəri meneceri

Müştəri idarəçiliyi və dəstəyi sahəsində iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsi alıb.
İsmayıl yeni müştərilərin axtarışı və cəlb edilməsi, korporativ tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün effektiv strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Onun bacarıqları danışıqlar aparmaq, müqavilələr bağlamaq və müştəri xidmətinin keyfiyyətini artırmaq üçün bazar məlumatlarını təhlil etməyi əhatə edir.

İsayevə Gülüstan

Kiçik hüquqşünas

2024-cü ildə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsini alıb.
Gülüstan İsayevə hüquqi sənədlərin hazırlanması, hüquqi məsələlərin araşdırılması, görüşlərin təşkili və müqavilələrin müşayiəti sahəsində ixtisaslaşıb. O, işgüzar yazışmaların aparılması, müştərilərə məsləhət verilməsi və baş hüquqşünasa korporativ və kommersiya hüququ məsələlərində dəstək göstərmək bacarığına malikdir.

Hacıyeva Nazrin

Direktor assistenti

2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit üzrə alıb.
Nazrin Hacıyeva 5 ildən çox rəhbərliyə inzibati dəstək göstərmə təcrübəsinə malikdir. O, iş qrafikinin koordinasiyası, görüşlərin və tədbirlərin təşkili, işgüzar yazışmaların aparılması, eləcə də hesabatların və sənədlərin hazırlanması üzrə ixtisaslaşıb. Layihələrin idarə edilməsi və insanlarla ünsiyyət qurmaq bacarığı sayəsində işçilərlə və müştərilərlə effektiv əməkdaşlıq edir.

Günel Bayramzadə

Biznes partnyor və icraçı direktor

Günel Bayramzadə Azərbaycan Dillər Universitetində İngilis dili üzrə bakalavr dərəcəsi almışdır. Rəhbərlik sahəsində geniş təcrübəyə malik olan Günel Bayramzadə SME şirkətində icraçı direktor və biznes tərəfdaşı kimi fəaliyyət göstərir. Strateji baxışı və əməliyyat fəaliyyətinin təkmilləşdirilməsinə olan sadiqliyi ilə tanınan Günel Bayramzadə, şirkətin istiqamətinin formalaşdırılmasında və onun böyüməsinin təmin edilməsində əsas rol oynamışdır. İnnovasiyaların inkişafına və dinamik iş mühitinin yaradılmasına diqqəti SME-nin mühüm uğurlar qazanmasına kömək etmişdir. Fürsətləri düzgün qiymətləndirmə bacarığı və istedadların inkişafına olan həvəsi ilə Günel Bayramzadə hər bir komanda üzvünün şirkətin uğuruna töhfə verməsini təmin edir. O, həm qısamüddətli, həm də uzunmüddətli hədəflərə nail olmaqla uzaqgörən yanaşmanı qoruyub saxlamağa çalışır.

Əlizadə Cəfər

Maliyyə direktoru

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində audit ixtisası üzrə magistr dərəcəsini alıb. Cəfər Əlizadə maliyyə idarəçiliyi və vergi məsələləri sahəsində 15 ildən çox təcrübəyə malikdir. Büdcələrin idarə edilməsi, maliyyə təhlili, investisiya planlaşdırılması və vergi xərclərinin optimallaşdırılması üzrə ixtisaslaşıb. O, şirkətin gəlirliliyini artırmaq və davamlı inkişafını təmin etmək üçün maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsi, eləcə də vergi uçotu və vergi planlaşdırılması sahəsində geniş təcrübəyə malikdir. Vergi hesabatlarının hazırlanması, vergi öhdəliklərinin optimallaşdırılması və vergi orqanları ilə əməkdaşlıq edir. Azərbaycan qanunvericiliyi və beynəlxalq vergi müqavilələri sahəsində dərin biliklərə malikdir, bu da ona müştəriləri vergi məsələləri üzrə uğurla məsləhətləndirməyə imkan verir.

Abdullayev Vuqar

Baş mühasib

Vuqar Abdullayev 14 ildən çox mühasibat sahəsində iş təcrübəsinə malikdir. Maliyyə uçotu, vergi planlaşdırılması, audit və büdcələşdirmə sahəsində dərin biliklərə sahibdir. O, maliyyə hesabatlarının hazırlanması, vergi risklərinin idarə edilməsi, maliyyə axınlarının nəzarəti və normativ tələblərə riayət olunmasının təmin edilməsi üzrə ixtisaslaşıb.

WHATSAPP

ZƏNG ET