Skip to content
  • Az
    • Tr
  • Haqqımızda
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq xidmətləri
    • MMC qeydiyyatı və MMC yaratmaq
    • Qiymətləndirmə
    • Autsors hüquq
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT(BIT)
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Haqqımızda
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq xidmətləri
    • MMC qeydiyyatı və MMC yaratmaq
    • Qiymətləndirmə
    • Autsors hüquq
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT(BIT)
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • Tr
  • +994 50 200 50 22
  • Konsultasiya

Azərbaycanda MMC Açmaq – Şirkət Qeydiyyatı və Tələb Olunan Mərhələlər

MMC qeydiyyatı · Azərbaycan

Azərbaycanda MMC Açmaq – Şirkət Qeydiyyatı və MMC Yaratmaq

Azərbaycanda biznes fəaliyyətinə başlamaq üçün ən geniş yayılmış hüquqi forma **MMC (Məhdud Məsuliyyətli Cəmiyyət)**dir. MMC açmaq, şirkət qeydiyyatı, MMC yaratmaq və VÖEN qeydiyyatı prosesləri bir-biri ilə birbaşa əlaqəlidir və düzgün aparılmadıqda vaxt itkisi və hüquqi risklər yarada bilər.

Bu yazıda Azərbaycanda MMC nədir, MMC açmaq üçün nə lazımdır, MMC qeydiyyatı prosesi necə aparılır və qeydiyyatdan sonra hansı mərhələlərin gəldiyinin detallarına keçək. İlkin olaraq birmənalı şəkildə Azərbaycanda biznesin açılması MMC-nin qeydiyyatı ilə başlayır. Həmçinin SME LTD olaraq biz bütün mərhələləri öz üzərimizə götürürük: etibarnamələrin və sənədlərin hazırlanmasından tutmuş qeydiyyat sənədlərinin təqdim edilməsinə qədər.

MMC nədir?

MMC nədir? sualına qısa cavab: MMC bir və ya bir neçə təsisçi tərəfindən yaradılan hüquqi şəxsdir və təsisçilərin məsuliyyəti qoyduqları payla məhdudlaşır. Bu səbəbdən MMC şirkəti həm kiçik, həm də orta biznes üçün optimal seçim sayılır.

Azərbaycanda MMC açılışı aşağıdakı üstünlüklərə görə seçilir:

  • Minimum nizamnamə kapitalı tələbi yoxdur

  • Sadələşdirilmiş vergi sistemindən istifadə imkanı var

  • Tək təsisçi ilə MMC yaratmaq mümkündür

  • Xarici vətəndaşlar üçün əlverişli hüquqi formadır

Müddət və format

Qeydiyyat prosesi adətən 3–5 iş günü çəkir. Sənədlər vaxtında və düzgün təqdim edilir ki, işə tez başlaya biləsiniz.

Azərbaycanda MMC açmaq üçün nə lazımdır?

Şirkət açmaq üçün nə lazımdır? sualı MMC açmaq istəyənlərin ən çox verdiyi suallardandır. MMC açmaq üçün lazım olan sənədlər aşağıdakılardır:

MMC qeydiyyatı üçün tələb olunan sənədlər

  • Təsisçi(lər)in və direktorun şəxsiyyət vəsiqəsi və ya pasportu

  • Şirkətin hüquqi ünvanı

  • Şirkət adı (MMC adının öncədən yoxlanılması tövsiyə olunur)

  • Etibarnamə (əgər təsisçi və ya direktor xaricdədirsə notarial qaydada təsdiqlənib Azərbaycana göndərilə bilər)

Bu sənədlər əsasında MMC qeydiyyatı vergi orqanları tərəfindən aparılır. Sənədlərin hazırlanmasından və təsdiqlənməsindən tutmuş qaydalara uyğunluğun təmin olunmasına qədər bütün prosesi icra edirik.

Qeydiyyat prosesinin əsas mərhələləri

Azərbaycanda MMC açmaq və şirkət qeydiyyatı bir neçə ardıcıl və hüquqi baxımdan önəmli mərhələdən ibarətdir. Hər mərhələnin düzgün icra olunması qeydiyyatın gecikməməsi və sonradan problem yaranmaması üçün vacibdir.

1) Etibarnamənin hazırlanması

Əgər təsisçi və ya direktor Azərbaycanda fiziki olaraq iştirak etmirsə, MMC açmaq üçün etibarnamə tərtib olunmalıdır. Etibarnamə vasitəsilə üçüncü şəxs (nümayəndə) sizin adınızdan qeydiyyat prosesini icra edə bilər.

Bu mərhələdə:

  • Etibarnamənin məzmunu və səlahiyyət dairəsi dəqiqləşdirilir

  • Hansı əməliyyatlar üçün etibarnamə veriləcəyi müəyyən olunur (MMC qeydiyyatı, VÖEN, bank və s.)

  • Etibarnamənin notarial qaydada təsdiqlənməsi təmin edilir

  • Xaricdə tərtib olunarsa, sənədin apostil və ya konsulluq təsdiqi məsələləri nəzərə alınır

Düzgün tərtib edilməmiş etibarnamə MMC qeydiyyatının rədd edilməsinə və ya prosesin uzanmasına səbəb ola bilər.

2) Sənədlərin hazırlanması

MMC qeydiyyatı üçün tələb olunan hüquqi sənədlər bu mərhələdə hazırlanır. Bu sənədlər şirkətin hüquqi əsasını təşkil edir və vergi orqanları tərəfindən yoxlanılır.

Hazırlanan əsas sənədlər:

  • Şirkətin nizamnaməsi (fəaliyyət növləri, idarəetmə strukturu və s.)

  • Təsis qərarı (MMC-nin yaradılması barədə rəsmi qərar)

  • Qeydiyyat üçün tələb olunan ərizə və formalar

Bu sənədlər:

  • Azərbaycan qanunvericiliyinə uyğun hazırlanır

  • Zəruri hallarda notarial təsdiqdən keçirilir

  • Daha sonra vergi orqanlarına rəsmi şəkildə təqdim olunur

Sənədlərdə edilən texniki səhvlər MMC açılışını bir neçə gün gecikdirə bilər.

3) Qeydiyyat (3–5 gün)

Sənədlər təqdim edildikdən sonra MMC qeydiyyat prosesi rəsmi olaraq başlayır. Vergi orqanları sənədləri yoxlayır və məlumatların uyğunluğunu təsdiqləyir.

Bu mərhələdə:

  • Qeydiyyat statusu müntəzəm olaraq izlənilir

  • Zəruri hallarda əlavə izahat və ya düzəlişlər edilir

  • Qeydiyyat tamamlandıqdan sonra MMC-nin rəsmi qeydiyyat sənədləri təqdim olunur

Adətən bu mərhələ 3–5 iş günü ərzində yekunlaşır.

4) Elektron imza və möhür

MMC şirkəti fəaliyyətə başlaya bilməsi üçün elektron imza və möhürə ehtiyac duyur.

Bu mərhələdə:

  • Asan İmza (elektron imza) əldə olunur

    • Vergi, bank və dövlət portallarında əməliyyatlar üçün tələb olunur

  • Şirkət möhürü sifariş edilir

    • Müqavilələr və rəsmi sənədlər üçün istifadə olunur

Elektron imza olmadan vergi hesabatları və rəsmi onlayn əməliyyatlar mümkün deyil.

5) Bank hesabının açılması

MMC qeydiyyatı tamamlandıqdan sonra şirkət adına korporativ bank hesabı açılır. Bank hesabı şirkətin maliyyə fəaliyyətinin əsas hissəsidir.

Bu mərhələdə:

  • Şirkət üçün uyğun bank seçimi edilir

  • Bankın tələb etdiyi sənədlər hazırlanır

  • Hesabın açılması üçün müraciət olunur

Əksər hallarda:

  • Direktorun bankda fiziki iştirakı tələb olunur

  • Rezident şəxslər üçün bəzi banklarda sadələşdirilmiş prosedurlar mövcuddur

Bank hesabı açıldıqdan sonra şirkət rəsmi olaraq maliyyə əməliyyatlarına başlaya bilər.

Qeydiyyatdan sonra nə baş verir?

Cari hesab

Bankda korporativ hesab açılır. Lazım olan sənədlər və addımlar barədə sizə məlumat veririk.

Mühasibat və vergi uçotu

Səhv və cərimələrdən qaçmaq üçün mühasibat uçotunun peşəkarlar tərəfindən aparılmasını tövsiyə edirik. Fəaliyyətinizə uyğun vergi rejimini seçməyə kömək edirik.

Azərbaycanda MMC açmaq, şirkət qeydiyyatı, MMC yaratmaq və MMC açılışı prosesi düzgün aparıldıqda qısa müddətdə tamamlanır və biznes üçün hüquqi təhlükəsizlik yaradır. MMC nədir, MMC necə yaradılır və şirkət açmaq üçün nə lazımdır suallarına əvvəlcədən cavab tapmaq riskləri minimuma endirir.

Pulsuz məsləhət alın

Sualarınızı cavablandırırıq və qeydiyyat üçün ən doğru yolu izah edirik.

Bizə e-mail yazın
WhatsApp ilə əlaqə

Tez-tez verilən suallar

Proses nə qədər vaxt aparır?

Adətən 3–5 iş günü çəkir.

Əcnəbilər MMC yarada bilərmi?

Bəli. Xarici vətəndaşlar təsisçi və direktor ola bilərlər.

Hansı vergi rejimini seçməliyəm?

Sadələşdirilmiş və ya ümumi vergi rejimi mümkündür. Seçim fəaliyyət növü və dövriyyədən asılıdır.

Minimum nizamnamə kapitalı varmı?

Xeyr. Qanun minimum kapital məbləği müəyyən etmir.

© SME — Azərbaycanda MMC qeydiyyatı və dəstək xidmətləri

 

Oxşar xəbərlər

İnvestisiya və ya Biznes Yolu ilə Azərbaycanda Yaşamaq İcazəsi

İnvestisiya və ya Biznes Yolu ilə Azərbaycanda Yaşamaq İcazəsi

Oktyabr 23, 2026
Azərbaycan iqtisadiyyatına investisiya qoymaq və ya burada biznes idarə etmək yaşamaq icazəsinə aparan yol ola bilər — lakin bu yolun…
Daha ətraflı
Müvəqqəti və Daimi Yaşamaq İcazəsi: Fərq Nədir

Müvəqqəti və Daimi Yaşamaq İcazəsi: Fərq Nədir

Oktyabr 22, 2026
Azərbaycanda müvəqqəti və daimi yaşama başlanğıcda seçim edilən iki ayrı yol deyil — daimi yaşamaq icazəsi ümumiyyətlə yalnız müəyyən müddət…
Daha ətraflı
Azərbaycanda Yaşamaq İcazəsi Nə Qədər Müddətə Alınır

Azərbaycanda Yaşamaq İcazəsi Nə Qədər Müddətə Alınır

Oktyabr 21, 2026
Azərbaycanda yaşamaq icazəsinin baxılma müddəti tək bir rəqəmə sığmır — seçilmiş baxış yolundan və ərizənin nə dərəcədə tam olmasından asılıdır.…
Daha ətraflı
Tibbi məmulatların markalanması: dil və qablaşdırma tələbləri

Tibbi məmulatların markalanması: dil və qablaşdırma tələbləri

Oktyabr 6, 2026
Markalanma tibbi məmulat dosyesinin ən sadə görünən hissəsidir — və gecikmələrin nəzərəçarpacaq bir hissəsi də məhz buradan yaranır. Azərbaycanda qaydalar…
Daha ətraflı
Tibbi məmulatların təkrar qeydiyyatı: müddətlər və qayda

Tibbi məmulatların təkrar qeydiyyatı: müddətlər və qayda

Oktyabr 6, 2026
Azərbaycanda tibbi məmulatın qeydiyyat şəhadətnaməsi avtomatik uzadılmır. Təkrar qeydiyyat üçün müraciət müddəti buraxılarsa, məmulat bazarda qanuni statusunu müvəqqəti itirə bilər.…
Daha ətraflı
Azərbaycanda Mühasibat Uçotunun Bərpası

Azərbaycanda Mühasibat Uçotunun Bərpası

Oktyabr 6, 2026
Buraxılmış mühasibatlıq adi cari uçot aparmaqla eyni üsulla həll olunmur — əvvəlcə buraxılmış dövr ərzində sənədlərlə əslində nə baş verdiyini…
Daha ətraflı
“SME” konsaltinq şirkəti

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Facebook-f Instagram Linkedin-in Telegram

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 51232 49 59
  • [email protected]
  • Luxen Plaza, 31 Xətai prospekti, Bakı AZ1008

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Konsultasiya

“Müraciət et” düyməsini klikləməklə məxfi̇li̇k siyasəti̇ ilə razılaşırsınız.

Uğurla göndərildi.

Əli Abdullayev

Satış şöbəsinin rəhbəri

Əli Abdullayev satış sahəsində dərin anlayışa və geniş təcrübəyə malik bir mütəxəssisdir. Azərbaycan Dövlət Texniki Universitetini bitirib, 2012–2020-ci illərdə qonaqpərvərlik sahəsində çalışmışdır. Daha sonra 5 ildən artıq xarici nəqliyyat şirkətində mühasibatlıq və logistika proseslərinə rəhbərlik etmiş, eyni zamanda avtomobil şirkətində satış rəhbəri kimi fəaliyyət göstərmişdir. Hal-hazırda satış şöbəsinin rəhbəridir, beynəlxalq tərəfdaşlarla əlaqələri inkişaf etdirir və şirkətin xarici bazarlarda mövqeyini gücləndirir.

  • Cookie bildirişi

Sayt istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies-dən istifadə edir.

Qəbul et

Zeynalova Rimma

Baş hüquqşünas

2017-ci ildə Moskva Dövlət Sənaye Universitetində hüquq üzrə magistr dərəcəsini alıb.
Rimma Zeynalova 7 ildən çox hüquq sahəsində iş təcrübəsinə malikdir. O, korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli və vergi, əmək qanunvericiliyi sahəsində hüquqi məsləhətlər üzrə ixtisaslaşıb. Müştərilərlə iş, danışıqların aparılması və şirkətlərin məhkəmələrdə təmsil edilməsi sahəsində geniş təcrübəyə malikdir.

Sübhan Namazov

Təsisçisi və direktor

Biznesin idarə edilməsi və inkişafı sahəsində çoxillik təcrübəyə malikdir. O, Azərbaycan Qərb Universitetində menecment üzrə bakalavr dərəcəsi alıb və peşəkar fəaliyyətini əsas hüquq istiqamətlərinə yönəldib.
Onun ixtisaslaşması korporativ hüququ əhatə edir və bu sahədə şirkətlərə səmərəli idarəetmə və inkişaf üçün hüquqi əsaslar qurmaqda köməklik göstərir. Vergi hüququ sahəsində Sübhan vergi strategiyalarının optimallaşdırılmasını və qanunvericiliyə riayət edilməsini təmin edir, bu isə biznesin maliyyə planlaşdırılmasında uğura gətirib çıxarır. Maliyyə və bank hüququ sahəsində o, maliyyələşdirmə və bank əməliyyatlarının hüquqi aspektləri üzrə məsləhətlər verir, bu isə müştərilərin və tərəfdaşların maliyyə dayanıqlığını gücləndirir.
Bu sahələrdəki ekspert dəstəyi sayəsində Sübhan şirkətlərə mürəkkəb hüquqi və idarəetmə vəzifələrini həll edərək, öz məqsədlərinə çatmaqda uğurla köməklik göstərir.

Panfyorova Sofya

Mühasib

Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsini alıb. Mühasibat uçotu sahəsində iş təcrübəsinə malikdir. Uçotun aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili və büdcələrin tərtibi üzrə ixtisaslaşıb. Peşəkar təcrübəsi müştərilərlə iş, maliyyə auditi və vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti əhatə edir.

İsmayılov İsmayıl

Müştəri meneceri

Müştəri idarəçiliyi və dəstəyi sahəsində iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsi alıb.
İsmayıl yeni müştərilərin axtarışı və cəlb edilməsi, korporativ tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün effektiv strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Onun bacarıqları danışıqlar aparmaq, müqavilələr bağlamaq və müştəri xidmətinin keyfiyyətini artırmaq üçün bazar məlumatlarını təhlil etməyi əhatə edir.

İsayevə Gülüstan

Kiçik hüquqşünas

2024-cü ildə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsini alıb.
Gülüstan İsayevə hüquqi sənədlərin hazırlanması, hüquqi məsələlərin araşdırılması, görüşlərin təşkili və müqavilələrin müşayiəti sahəsində ixtisaslaşıb. O, işgüzar yazışmaların aparılması, müştərilərə məsləhət verilməsi və baş hüquqşünasa korporativ və kommersiya hüququ məsələlərində dəstək göstərmək bacarığına malikdir.

Əlizadə Cəfər

Maliyyə direktoru

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində audit ixtisası üzrə magistr dərəcəsini alıb. Cəfər Əlizadə maliyyə idarəçiliyi və vergi məsələləri sahəsində 15 ildən çox təcrübəyə malikdir. Büdcələrin idarə edilməsi, maliyyə təhlili, investisiya planlaşdırılması və vergi xərclərinin optimallaşdırılması üzrə ixtisaslaşıb. O, şirkətin gəlirliliyini artırmaq və davamlı inkişafını təmin etmək üçün maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsi, eləcə də vergi uçotu və vergi planlaşdırılması sahəsində geniş təcrübəyə malikdir. Vergi hesabatlarının hazırlanması, vergi öhdəliklərinin optimallaşdırılması və vergi orqanları ilə əməkdaşlıq edir. Azərbaycan qanunvericiliyi və beynəlxalq vergi müqavilələri sahəsində dərin biliklərə malikdir, bu da ona müştəriləri vergi məsələləri üzrə uğurla məsləhətləndirməyə imkan verir.

İlqar Namazov

Fəxri təsisçi

İlqar Namazov biznes-konsaltinq və biznes-planlaşdırma sahəsində Azərbaycanın aparıcı ekspertlərindən biridir, iqtisad elmləri doktoru, hüquqşünasdır. 3600-dən çox biznes planı hazırlayıb, 8 milyard manatdan çox investisiyanın cəlbinə nail olub. Beynəlxalq mükafata və AİİB-in Kiçik Bizneslərə Dəstək Proqramı üzrə akkreditasiyaya malikdir.

WHATSAPP

ZƏNG ET