Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • En
    • Ru
Facebook-f Instagram Linkedin-in
  • Az
    • En
    • Ru
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
  • +994 50 200 50 22
  • Konsultasiya

İZKF haqqında

İpoteka və Zəmanət Fondu təqdim edilən Biznes Planlar

İpoteka və Zəmanət Fondu  illik ödənilmə haqqı sahibkar tərəfindən 7-9 % olan 5 milyon manatdan az kredit dəyərinə malik  və  5 ilə qədər ömrü olan  layihələrə Dövlət Zəmanətli subsidiyalı kreditlər verir. Bu fond xidmət və ticarət sahibkarlıq subyektlərinə də subsidiyalı güzəştli kredit vəsaiti ayırır. Bu zaman 1-2 illik güzəşt müddəti ancaq əsas vəsaitlər alınan zaman müəyyən edilir. Dövriyyə vəsaitləri təchizatına və ticarət mallarının alınmasına yönəldilmiş layihələrdə kreditin güzəşt müddəti olmur.

İpoteka və Zəmanət Fondu necə kredit ayırır?

  1. İlk öncə borcalan sahibkar müvəkkil banka müraciət edir.
  2. Bank uyğunluğu yoxlayır və maliyyə kredit təhlili aparır biznes plan əsasında.
  3. Kredit zəmanət fondu qərar qəbul edir 200 min azn-dən aşağı kreditlər 3 iş günü ərzində qərar qəbul olunur, 200 min azn-dən yuxarı kreditlər 10 iş günü ərzində qərar verilir.
  4. Zəmanət edilən kreditlər 30 000-min dən yuxarı olmalıdır, kredit müddəti 7 ilə qədər, kredit xəttinin müddəti 12 aydan yuxarı, kredit üzrə güzəşt müddəti isə 2 ilə qədər ola bilər.

Zəmanətin xüsusiyyətləri

Zəmanət edilən kreditlər minimum 15 min azn-dən başlayaraq maksimum 500 min azn-dək olur

Yeni sahibkarların kreditlərinə zəmanət verilməsi üçün: maliyyəşdirilməli olan layihənin ümumi dəyərinin minimum 25 %-i həcmində vəsaiti borcalanın müvəkkil bankdakı hesabına ödənilməli və ya sahibkarın layihə üzrə çəkdiyi xərc layihənin ümumi məbləğinin minimum 25 %-i qədər olmalıdır ödəniş sənədləri ilə təsdiq olunduqda

Zəmanət verilmiş kredit vəsaitlərindən yalnız təyinatına uyğun və nağdsız qaydada istifadə edilməlidir.

Mündəricat:

  1. Titul vərəqi
  2. Borcalan (sahibkarlıq subyekti) haqqında məlumat
  3. İnvestisiya layihəsinin məqsədi
  4. Təşkilati plan
  5. İstehsalı nəzərdə tutulan məhsulun (iş və xidmətin) və satış bazarının xarakteristikası
  6. İstehsal planı
  7. Risklərin qiymətləndirilməsi
  8. Maliyyə planı
  9. Kreditin ödənmə qrafiki
  10. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi

 

Biz yalnız biznes plan tərtib etməklə kifayətlənmirik, eyni zamanda sifarişçinin ideyasını reallaşdırması üçün aşağıda sadalanan xidmətlərlə köməklik göstəririk:

  • Layihələndirilən obyektin baş planının nümunəsi tərtib edilməsində sizə kömək edirik.
  • Kompleksin tələb etdiyi tikintilər üzrə tələbatlar, normativ və digər xidmətləri təklif edirik.
  • Sifarişçi adından elektron vasitələrlə satıcı təşkilat ilə yazışmalar edir və danışıqlar aparırıq.
  • Alınası avadanlıqlar üzrə şəkil, texnoloji sxem və texniki göstəricilər əldə edirik.
  • Tikiləsi obyektlər üzrə layihə nümunəsi axtarıb tapırıq və istifadə üçün sizə təqdim edirik.
  • Biznes planın əlavəsində istifadə edilə biləcək təklif, sxem və layihələr əldə edirik və sifarirşçi bunları öz adına olan təklif kimi göstərə bilir.
  • Müvafiq biznesin qurulması və ya işin gedişatında ehtiyac duyulacaq lazımi avadanlıqların təchizat xidmətini göstəririk.                   

           Niyə məhz bizi seçməlisiniz?

  • Avropa Yenidənqurma və Inkişaf  Bankının  “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış şirkət;
  • Biznes planların Azərbaycanda olan Banklar və Fondlar tərəfindən qəbul olunması
  • Biznes plan hazırlanmasında 30 ildən artıq təcrübə;
  • Hər bir biznes sahəsində biznes plan tərtibi üzrə təcrübəyə sahibik ;
  • Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarlarıdırlar;

 

İpoteka və Zəmanət Fondu adətən işləyən şirkətlərə güzəştli və subsidiyalı kredit verirlər. Lakin,  biznes planlar minimal tələblərə müvafiq  tərtib edilməlidir ki, qəbul edilsin və baxılsın. Lakin, hər bir fondun minimal tələblərini və biznes plan tərtibində standartı var

Biznes planların tərtibini  bizim mütəxəssislərinə həvalə edin. Fondların minimal tələblərinə müvafiq olan biznes planların tərtibində zəngin təcrübəmiz və brendimiz var.

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 51232 49 59
  • [email protected]
  • Luxen Plaza, 31 Xətai prospekti, Bakı AZ1008

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Facebook-f Instagram Linkedin-in

Konsultasiya

“Müraciət et” düyməsini klikləməklə məxfi̇li̇k siyasəti̇ ilə razılaşırsınız.

Uğurla göndərildi.

  • Cookie bildirişi

Sayt istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies-dən istifadə edir.

Qəbul et

Zeynalova Rimma

Baş hüquqşünas

2017-ci ildə Moskva Dövlət Sənaye Universitetində hüquq üzrə magistr dərəcəsini alıb.
Rimma Zeynalova 7 ildən çox hüquq sahəsində iş təcrübəsinə malikdir. O, korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli və vergi, əmək qanunvericiliyi sahəsində hüquqi məsləhətlər üzrə ixtisaslaşıb. Müştərilərlə iş, danışıqların aparılması və şirkətlərin məhkəmələrdə təmsil edilməsi sahəsində geniş təcrübəyə malikdir.

Sübhan Namazov

Təsisçisi və direktor

Biznesin idarə edilməsi və inkişafı sahəsində çoxillik təcrübəyə malikdir. O, Azərbaycan Qərb Universitetində menecment üzrə bakalavr dərəcəsi alıb və peşəkar fəaliyyətini əsas hüquq istiqamətlərinə yönəldib.
Onun ixtisaslaşması korporativ hüququ əhatə edir və bu sahədə şirkətlərə səmərəli idarəetmə və inkişaf üçün hüquqi əsaslar qurmaqda köməklik göstərir. Vergi hüququ sahəsində Sübhan vergi strategiyalarının optimallaşdırılmasını və qanunvericiliyə riayət edilməsini təmin edir, bu isə biznesin maliyyə planlaşdırılmasında uğura gətirib çıxarır. Maliyyə və bank hüququ sahəsində o, maliyyələşdirmə və bank əməliyyatlarının hüquqi aspektləri üzrə məsləhətlər verir, bu isə müştərilərin və tərəfdaşların maliyyə dayanıqlığını gücləndirir.
Bu sahələrdəki ekspert dəstəyi sayəsində Sübhan şirkətlərə mürəkkəb hüquqi və idarəetmə vəzifələrini həll edərək, öz məqsədlərinə çatmaqda uğurla köməklik göstərir.

Panfyorova Sofya

Mühasib

Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsini alıb. Mühasibat uçotu sahəsində iş təcrübəsinə malikdir. Uçotun aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili və büdcələrin tərtibi üzrə ixtisaslaşıb. Peşəkar təcrübəsi müştərilərlə iş, maliyyə auditi və vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti əhatə edir.

İsmayılova Yelena

Kadr uçotu üzrə aparıcı mühasibdir

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsini alıb. Yelena İsmayılova 15 ildən çox mühasibat və kadr uçotu sahəsində iş təcrübəsinə malikdir. O, əməkhaqqı uçotunun aparılması, kadr sənədləşməsinin hazırlanması, işçilərlə hesablaşmaların aparılması və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət sahəsində praktiki bacarıqlara sahibdir. O, əmək müqavilələrinin tərtibi, məzuniyyətlərin və müavinətlərin hesablanması, iş vaxtının uçotu və nəzarət orqanları ilə əməkdaşlıq sahəsində ixtisaslaşıb.

İsmayılov İsmayıl

Müştəri meneceri

Müştəri idarəçiliyi və dəstəyi sahəsində iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsi alıb.
İsmayıl yeni müştərilərin axtarışı və cəlb edilməsi, korporativ tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün effektiv strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Onun bacarıqları danışıqlar aparmaq, müqavilələr bağlamaq və müştəri xidmətinin keyfiyyətini artırmaq üçün bazar məlumatlarını təhlil etməyi əhatə edir.

İsayevə Gülüstan

Kiçik hüquqşünas

2024-cü ildə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsini alıb.
Gülüstan İsayevə hüquqi sənədlərin hazırlanması, hüquqi məsələlərin araşdırılması, görüşlərin təşkili və müqavilələrin müşayiəti sahəsində ixtisaslaşıb. O, işgüzar yazışmaların aparılması, müştərilərə məsləhət verilməsi və baş hüquqşünasa korporativ və kommersiya hüququ məsələlərində dəstək göstərmək bacarığına malikdir.

Hacıyeva Nazrin

Direktor assistenti

2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit üzrə alıb.
Nazrin Hacıyeva 5 ildən çox rəhbərliyə inzibati dəstək göstərmə təcrübəsinə malikdir. O, iş qrafikinin koordinasiyası, görüşlərin və tədbirlərin təşkili, işgüzar yazışmaların aparılması, eləcə də hesabatların və sənədlərin hazırlanması üzrə ixtisaslaşıb. Layihələrin idarə edilməsi və insanlarla ünsiyyət qurmaq bacarığı sayəsində işçilərlə və müştərilərlə effektiv əməkdaşlıq edir.

Günel Bayramzadə

Biznes partnyor və icraçı direktor

Günel Bayramzadə Azərbaycan Dillər Universitetində İngilis dili üzrə bakalavr dərəcəsi almışdır. Rəhbərlik sahəsində geniş təcrübəyə malik olan Günel Bayramzadə SME şirkətində icraçı direktor və biznes tərəfdaşı kimi fəaliyyət göstərir. Strateji baxışı və əməliyyat fəaliyyətinin təkmilləşdirilməsinə olan sadiqliyi ilə tanınan Günel Bayramzadə, şirkətin istiqamətinin formalaşdırılmasında və onun böyüməsinin təmin edilməsində əsas rol oynamışdır. İnnovasiyaların inkişafına və dinamik iş mühitinin yaradılmasına diqqəti SME-nin mühüm uğurlar qazanmasına kömək etmişdir. Fürsətləri düzgün qiymətləndirmə bacarığı və istedadların inkişafına olan həvəsi ilə Günel Bayramzadə hər bir komanda üzvünün şirkətin uğuruna töhfə verməsini təmin edir. O, həm qısamüddətli, həm də uzunmüddətli hədəflərə nail olmaqla uzaqgörən yanaşmanı qoruyub saxlamağa çalışır.

Əlizadə Cəfər

Maliyyə direktoru

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində audit ixtisası üzrə magistr dərəcəsini alıb. Cəfər Əlizadə maliyyə idarəçiliyi və vergi məsələləri sahəsində 15 ildən çox təcrübəyə malikdir. Büdcələrin idarə edilməsi, maliyyə təhlili, investisiya planlaşdırılması və vergi xərclərinin optimallaşdırılması üzrə ixtisaslaşıb. O, şirkətin gəlirliliyini artırmaq və davamlı inkişafını təmin etmək üçün maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsi, eləcə də vergi uçotu və vergi planlaşdırılması sahəsində geniş təcrübəyə malikdir. Vergi hesabatlarının hazırlanması, vergi öhdəliklərinin optimallaşdırılması və vergi orqanları ilə əməkdaşlıq edir. Azərbaycan qanunvericiliyi və beynəlxalq vergi müqavilələri sahəsində dərin biliklərə malikdir, bu da ona müştəriləri vergi məsələləri üzrə uğurla məsləhətləndirməyə imkan verir.

Abdullayev Vuqar

Baş mühasib

Vuqar Abdullayev 14 ildən çox mühasibat sahəsində iş təcrübəsinə malikdir. Maliyyə uçotu, vergi planlaşdırılması, audit və büdcələşdirmə sahəsində dərin biliklərə sahibdir. O, maliyyə hesabatlarının hazırlanması, vergi risklərinin idarə edilməsi, maliyyə axınlarının nəzarəti və normativ tələblərə riayət olunmasının təmin edilməsi üzrə ixtisaslaşıb.

WHATSAPP

ZƏNG ET