Hansı fondlardan güzəştli kredit əldə etmək olar?
Sağlamlaşdırma prosesi planlanşdıran və fəaliyyətini genişləndirilən şirkət kredit almasa da, pulu olub olmamasından asılı olmayaraq müəyyən dövrlərdə biznes plan tərtib etdirməli və bir çox hallarda kredit cəlb etməli olur. Dövriyyə vəsaitlərinə dəyməyib avadanlıq alınmasına və tikinti aparılmasına vəsait cəlb etmək lazımdır. Kredit inkişafa səbəb olmalıdır Şirkət hər hansı banka müraciət etsə, ən yaxşı halda 15-24 faizdən biznes kredit cəlb edə bilər. Bankların daxili resursları hesabına verilən bu kreditlərin, adətən güzəşt müddəti olmur.
Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi verən Fondlara Azərbaycanda biznesin inkişafı üçün güzəştli şərtlər ilə vəsait ay
Bəs bu fonlar hansılardır:
Sahibkarlığın İnkişaf Fondu (SİF), İnvestisiyaların təşviqi Fondu, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA)
Sahibkarlığın İnkişaf Fondu kreditinin yararlığı
SİF ölkənin ən çox maliyyə vəsaitlərinə, kredit resursları və portfelinə malik fonddur. SİF istehsal, emal və müəyyən edilmiş digər sahələrində 3-10 illik həyata malik biznes layihələrə illik 5 faiz ödəmək müəyyən etməklə və 18-60 ay güzəşt müddətli olan güzəştli kredit verirlər. Yadda saxlayın ki, SİF-du xidmət və ticarət sahibkarlıq subyektlərinə güzətli kredit vermir. Kredit banklar vasitəsi ilə verilir.
İnvestisiya təşviqinın yararlığı
İnvestisiya təşviqi iqtisadiyyatın inkişafına təkan verir. Doğrudur, bu fond kredit vermir, lakin şirkət və sahibkarlar üçün böyük güzəştlər müəyyən edir. Bundan başqa, investisiyası təşviq edilən layihə Kömrükdə dövlət rüsumu (azı 15%) və ƏDV (18%) , daxili fəaliyyətdə isə əmlak və torpaq vergisinin ödənilməsindən azad edilərək 7 illik güzəşt hüququ əldə edir. Təşviq hüququ yalnız, xarici dövlətlərdən gətirilən yeni texnika və texnalogiyalara şamil edilir.
İpoteka və Zəmanət Fondu kreditinin yararlığı
İpoteka və Zəmanət Fondu isə illik ödənilmə haqqı sahibkar tərəfindən 7-9 % olan 5 milyon manatdan az kredit dəyərinə malik və 5 ilə qədər ömrü olan layihələrə Dövlət Zəmanətli subsidiyalı kreditlər verir. Lakin, bu fond xidmət və ticarət sahibkarlıq subyektlərinə də subsidiyalı güzətli kredit vəsaiti verir. Bu zaman 1-2 illik güzəşt müddəti ancaq əsas vəsaitlər alanda müəyyən edilir. Dövriyyə vəsaitləri təchizatına və ticarət mallarının alınmasına yönəldilmiş layihələrdə kreditin güzəşt müddəti olmur.
Qeyd: hər bir ərazi və iqtisadiyyat sahələri üçün dövlət tərəfindən müəyyən edilmiş 10 faizlik minimal məbləğin 10 faizi mütləq bank vasitəsilə ödənilməli və ya audit-qiymətləndirmə arayışı əsasında sübut olunmalıdır. Əks təqdirdə layihə investisiyası təşviq edilmək üçün icraya qəbul edilmir.
Bu fondlar adətən işləyən şirkətlərə güzəştli və subsidiyalı kredit verirlər.Lakin, biznes planlar minimal tələblərə müvafiq tərtib edilməlidir ki, qəbul edilsin və baxılsın. Lakin, hər bir fondun minimal tələblərini və biznes plan tərtibində standartı var