İZKF haqqında
İpoteka və Zəmanət Fondu təqdim edilən Biznes Planlar
İpoteka və Zəmanət Fondu illik ödənilmə haqqı sahibkar tərəfindən 7-9 % olan 5 milyon manatdan az kredit dəyərinə malik və 5 ilə qədər ömrü olan layihələrə Dövlət Zəmanətli subsidiyalı kreditlər verir. Bu fond xidmət və ticarət sahibkarlıq subyektlərinə də subsidiyalı güzəştli kredit vəsaiti ayırır. Bu zaman 1-2 illik güzəşt müddəti ancaq əsas vəsaitlər alınan zaman müəyyən edilir. Dövriyyə vəsaitləri təchizatına və ticarət mallarının alınmasına yönəldilmiş layihələrdə kreditin güzəşt müddəti olmur.
İpoteka və Zəmanət Fondu necə kredit ayırır?
- İlk öncə borcalan sahibkar müvəkkil banka müraciət edir.
- Bank uyğunluğu yoxlayır və maliyyə kredit təhlili aparır biznes plan əsasında.
- Kredit zəmanət fondu qərar qəbul edir 200 min azn-dən aşağı kreditlər 3 iş günü ərzində qərar qəbul olunur, 200 min azn-dən yuxarı kreditlər 10 iş günü ərzində qərar verilir.
- Zəmanət edilən kreditlər 30 000-min dən yuxarı olmalıdır, kredit müddəti 7 ilə qədər, kredit xəttinin müddəti 12 aydan yuxarı, kredit üzrə güzəşt müddəti isə 2 ilə qədər ola bilər.
Zəmanətin xüsusiyyətləri
Zəmanət edilən kreditlər minimum 15 min azn-dən başlayaraq maksimum 500 min azn-dək olur
Yeni sahibkarların kreditlərinə zəmanət verilməsi üçün: maliyyəşdirilməli olan layihənin ümumi dəyərinin minimum 25 %-i həcmində vəsaiti borcalanın müvəkkil bankdakı hesabına ödənilməli və ya sahibkarın layihə üzrə çəkdiyi xərc layihənin ümumi məbləğinin minimum 25 %-i qədər olmalıdır ödəniş sənədləri ilə təsdiq olunduqda
Zəmanət verilmiş kredit vəsaitlərindən yalnız təyinatına uyğun və nağdsız qaydada istifadə edilməlidir.
Mündəricat:
- Titul vərəqi
- Borcalan (sahibkarlıq subyekti) haqqında məlumat
- İnvestisiya layihəsinin məqsədi
- Təşkilati plan
- İstehsalı nəzərdə tutulan məhsulun (iş və xidmətin) və satış bazarının xarakteristikası
- İstehsal planı
- Risklərin qiymətləndirilməsi
- Maliyyə planı
- Kreditin ödənmə qrafiki
- İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
Biz yalnız biznes plan tərtib etməklə kifayətlənmirik, eyni zamanda sifarişçinin ideyasını reallaşdırması üçün aşağıda sadalanan xidmətlərlə köməklik göstəririk:
- Layihələndirilən obyektin baş planının nümunəsi tərtib edilməsində sizə kömək edirik.
- Kompleksin tələb etdiyi tikintilər üzrə tələbatlar, normativ və digər xidmətləri təklif edirik.
- Sifarişçi adından elektron vasitələrlə satıcı təşkilat ilə yazışmalar edir və danışıqlar aparırıq.
- Alınası avadanlıqlar üzrə şəkil, texnoloji sxem və texniki göstəricilər əldə edirik.
- Tikiləsi obyektlər üzrə layihə nümunəsi axtarıb tapırıq və istifadə üçün sizə təqdim edirik.
- Biznes planın əlavəsində istifadə edilə biləcək təklif, sxem və layihələr əldə edirik və sifarirşçi bunları öz adına olan təklif kimi göstərə bilir.
- Müvafiq biznesin qurulması və ya işin gedişatında ehtiyac duyulacaq lazımi avadanlıqların təchizat xidmətini göstəririk.
Niyə məhz bizi seçməlisiniz?
- Avropa Yenidənqurma və Inkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış şirkət;
- Biznes planların Azərbaycanda olan Banklar və Fondlar tərəfindən qəbul olunması
- Biznes plan hazırlanmasında 30 ildən artıq təcrübə;
- Hər bir biznes sahəsində biznes plan tərtibi üzrə təcrübəyə sahibik ;
- Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarlarıdırlar;
İpoteka və Zəmanət Fondu adətən işləyən şirkətlərə güzəştli və subsidiyalı kredit verirlər. Lakin, biznes planlar minimal tələblərə müvafiq tərtib edilməlidir ki, qəbul edilsin və baxılsın. Lakin, hər bir fondun minimal tələblərini və biznes plan tərtibində standartı var
Biznes planların tərtibini bizim mütəxəssislərinə həvalə edin. Fondların minimal tələblərinə müvafiq olan biznes planların tərtibində zəngin təcrübəmiz və brendimiz var.