SİF haqqında
Sahibkarlığın İnkişafı Fonduna təqdim edilən Biznes Planlar
SİF ölkənin ən çox maliyyə vəsaitlərinə, kredit resursları və portfelinə malik olan fonddur. SİF istehsal, emal və müəyyən edilmiş digər sahələrində:
- 3-10 il müddətinə biznes layihələrə kredit ayırır.
- İllik faiz dərəcəsi 5 faiz olmaqla kredit ayırır.
- 18-60 aya qədər güzəşt müddəti təyin edir.
SİF xidmət və ticarət sahibkarlıq subyektlərinə güzəştli kredit ayırmır. Kredit yalnız banklar vasitəsi ilə ayırılır.
Azərbaycan Respublikasının Sahibkarlığı İnkişafı Fondunun vəsaitləri hesabına güzəștli kreditlərin alınması məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər irəli sürülmüşdür. Bu tələblərə görə biznes planlar aşağıdakı strukturda və ardıcıllıqda tərtib edilməlidir:
Mündəricat
- Titul vərəqi
- İnvestisiya layihəsinin xülasəsi
- Sahibkarlıq subyekti haqqında məlumat
- İnvestisiya layihəsinin məqsədi
- Təșkilati plan
- İstehsalı nəzərdə tutulan məhsulun (iș və xidmətin) xarakteristikası
- Satıș bazarının xarakteristikası
- İstehsal planı
- Güzəștli kreditə olan tələbat və onun ödənmə qrafiki
- Maliyyə planı
- İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
- Risklərin qiymətləndirilməsi
Biznes planın banklar və Fond tərəfindən əsasən hansı hallarda qəbul edilmir:
- Minimal tələbə uyğun gəlməyən biznes planlar aşağı qiymətləndirilir və geri qaytarılır. Bununla bərabər, biznes planlar səliqəli, aydın məqsədli və məzmunlu yazılmalı, yerli vergiləri və sosial ayırmaları nəzərə alınmalı, xərclər və gəlirlər əsaslandırılmalı, həqiqətə yaxın göstəricilər ilə maliyyə və sairə bölmələri işlənməlidir.
- Müşahidələr göstərmişdir ki, son zamanlar bütün banklar, investorlar və Fond mütəxəssisləri biznes planda göstərilən avadanlıqların məhsuldarlığı, onların kimdən, hansi qiymətə və nə vaxt alınacağını, bu məsələ haqqında axtarışlar və danışıqlar aparılıb-aparılmadığı haqqında məlumatları tələb edirlər. Haqlı olaraq, bilavasitə sifarişçi adına təkliflərin alınıb-alınmadığını bilmək istəyirlər. Çünki, bu şərtlər və tələblər əsasında qiymətləndirilən və yazılan biznes planlar daha keçərli və həqiqətə yaxın olurlar.
Biz yalnız biznes plan tərtib etməklə kifayətlənmirik, eyni zamanda sifarişçinin ideyasını reallaşdırması üçün aşağıda sadalan xidmətlərlə köməklik göstəririk:
- Layihələndirilən obyektin baş planının nümunəsi tərtib edilməsində sizə kömək edirik.
- Kompleksin tələb etdiyi tikintilər üzrə tələbatlar, normativ və digər xidmətləri təklif edirik.
- Sifarişçi adından elektron vasitələrlə satıcı təşkilat ilə yazışmalar edir və danışıqlar aparırıq.
- Alınası avadanlıqlar üzrə şəkil, texnoloji sxem və texniki göstəricilər əldə edirik.
- Tikiləsi obyektlər üzrə layihə nümunəsi axtarıb tapırıq və istifadə üçün sizə təqdim edirik.
- Biznes planın əlavəsində istifadə edilə biləcək təklif, sxem və layihələr əldə edirik və sifarişçi bunları öz adına olan təklif kimi göstərə bilir.
- Müvafiq biznesin qurulması və ya işin gedişatında ehtiyac duyulacaq lazımi avadanlıqların təchizat xidmətini göstəririk.
Niyə məhz bizi seçməlisiniz?
- Avropa Yenidənqurma və Inkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış şirkət;
- Sahibkarlığın İnkşafı Fonduna tərtib olunan 800 dən çox biznes plan
- Biznes planların Azərbaycanda olan Banklar və Fondlar tərəfindən qəbul olunması
- Biznes plan hazırlanmasında 30 ildən artıq təcrübə;
- Hər bir biznes sahəsində biznes plan tərtibi üzrə təcrübəyə sahibik;
- Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarlarıdırlar;