Azərbaycanda Yaşayış İcazəsinin Alınması

“SME MMC” Azərbaycanda işləmək, daimi və müvəqqəti yaşamaq üçün gələn xarici vətəndaşlara kömək etmək üzrə ixtisaslaşmış hüquq şirkətidir. Şirkət bu sahədə böyük təcrübəyə malikdir. Azərbaycan qanunvericiliyində ki bütün dəyişikliklər dən xəbərdarıq, lazımi sənədlər paketini tez bir zamanda hazırlanacaq.

“SME” MMC Azərbaycanda əcnəbi vətəndaşlar üçün aşağıdakı xidmətləri həyata keçirir:

 

 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hansı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir:

 

 

Müvəqqəti yaşayış icazəsi nədir?

Yaşayış icazəsi əcnəbi vətəndaşına və ya vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və işləmək hüququnu, habelə Azərbaycan Respublikasında sərbəst şəkildə çıxmaq və ya daxil olmaq hüququnu təsdiq edən sənəddir. Vətəndaşlığı olmayan şəxsə verilən yaşayış icazəsi eyni zamanda şəxsiyyətini təsdiq edən sənəddir.

Müvəqqəti yaşayış icazəsi xarici vətəndaşa minimum 3 aydan başlayaraq maksimum 3 il 6 ay müddətinə verilə bilər. Yaşayış icazəsinin qüvvədə olma müddətinin sonunda, xarici vətəndaşın istəyi ilə, yaşama icazəsinin etibarlılıq müddətinin bitməsinə bir ay qalmış uzadıla bilər. Yaşayış icazəsinin uzadılması sayı məhdud deyil.

Azərbaycan Respublikasında daimi yaşayış icazəsi, müvəqqəti yaşayış icazəsi əsasında ən azı bir il yaşayan xarici vətəndaşa verilə bilər

Biznes qurmaq ilə Azərbaycanda yaşayış icazəsinin alınması

Nəzərə alsaq ki Azərbaycanda biznes və investisiya üçün əlverişli şərait var və davamlı iqtisadi inkişaf gedir. Burda biznes qurmaq və yaşamaq bir çox əcnəbi vətəndaşın marağındadır, son illərdə belə müraciətlərin sayı artıb. Müvafiq sənədlər olmadan xarici vətəndaşların Azərbaycanda biznes qurması qeyri-mümkündür, belə bir pozuntu ciddi nəticələrə səbəb olur: inzibati cərimələr, xarici vətəndaşın ölkədən çıxarılması. Bəzən əcnəbinin Azərbaycan qanunlarını xəbərdar olmaması səbəbindən özünü qeydiyyatı çətin və uzun vaxt apara bilər. Bu problemlər ilə qarşılaşmamaq üçün bütün lazımi sənədləri hazırlamaq üçün “SME MMC” sizə kömək və məsləhətlər edir

Biznes qurmaq ilə müvəqqəti yaşayış icazəsi lazım olan sənədlər hansılardır?

 

Qeyd: Xarici vətəndaş Azərbaycana səfəri zamanı Biznes və ya İş vizası ilə müraciət etməlidir

İş icazəsinin alınması Azərbaycanda

Xarici vətəndaşlar iş icazəsi alaraq Azərbaycan Respublikası ərazisində qanuni şəkildə işləmək hüququna malikdirlər. Qanuna əməl edilməməsi şirkəti ağır cərimələrlə təhdid edir və xarici işçi deportasiya edilə bilər.  Bu sahədə bizim əməkdaşlar bütün sənədlərin alınması və xarici vətəndaşın Azərbaycanda iş icazəsinin minimal xərclər və müddət ərzində əldə edilməsinə köməklik göstərə bilər. Bizimlə əlaqə saxlayın