Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • En
    • Ru
Facebook-f Instagram Linkedin-in
  • Az
    • En
    • Ru
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
  • +994 50 200 50 22
  • Konsultasiya

Qiymətləndirmə

Azərbaycana qiymətləndirmə xidməti

Hər bir şirkətin inkişafının istənilən mərhələsində aktivlərin, şirkətin dəyərinin, markanın bazarda olan mövqeyi dəqiq olaraq ekspert tərəfindən qiymətləndirilməsi vacibdir. Bu öz növbəsində şirkət rəhbərlərinə mövcud biznesin gələcəyi barədə, hətta ehtiyac olduqda prioritetlərin dəyişdirilməsində, strukturun yenidən nizamlanmasında operativ qərar qəbul etmələrinə imkan yaradacaqdır.

«SME» MMC ekspert qrupu qiymətləndirmə və konsaltinq xidmətləri sahəsində geniş praktik təcrübəyə malikdir. Müştərilərimizə investisiya qiymətləndirilməsi, daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi, şirkətin dəyərinin qiymətləndirilməsi, tərəfdaşlar, istehlakçılar və rəqiblər üçün real bazar mövqeyi və marka nüfuzu məsələlərində məsləhətlər veririk. İqtisadiyyatın müxtəlif sahələrində olan zəngin portfoliomuz sayəsində ekspertlərimiz hər hansı bir layihədə çalışdıqları zaman şirkət rəhbərliyinə operativ şəkildə ən böyük risk sahələrinə diqqət yetirməyi məsləhət görürlər.

Azərbaycanda qiymətləndirmə xidməti

«SME»  MMC şirkəti istənilən növ daşınmaz və daşınan əmlakın, nəqliyyat vasitələrinin, müəssisələrin, digər mülkiyyət növlərinin və sığorta hadisələri nəticəsində dəymiş zərərin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa və digər qanunvericilik aktlarına əsaslanaraq, beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla qiymətləndirilməsi üzrə xidmətlərini təklif edir. Peşəkar mütəxəssislər, təcrübəli ekspert-qiymətləndiricilər tərəfindən operativ olaraq yüksək səviyyədə göstərilən qiymətləndirmə xidmətləri hüquqi və fiziki şəxslərin müraciətləri əsasında rəsmi qaydada həyata keçirilir.

Dəyərin qiymətləndirməsi seçilmiş qiymət standartlarına uyğun olaraq, qiymətləndirmə predmetinin müəyyən vaxtda dəyərinin müəyyənləşdirilməsi deməkdir. Bir qayda olaraq, əmlak qiymətləndirməsi 4 böyük qrupa bölünür:

  • Müəssisənin dəyərinin qiymətləndirməsi (biznesin);
  • Daşınmaz əmlakın qiymətləndirməsi;
  • Avadanlıqlın qiymətləndirməsi (o cümlədən avtomobil və digər nəqliyyat vasitələrinin);
  • Qeyri-maddi aktivlərin və əqli mülkiyyətin qiymətləndirməsi.

Qiymətləndirmə fəaliyyətinin reallaşmasında, qiymətləndirmənin məqsədindən asılı olaraq aşağıdakı dəyər növlərindən istifadə olunur:

  • bazar dəyəri
  • investisiya dəyəri
  • likvid dəyəri
  • kadastr dəyəri

Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin qanunvericilik əsasları aşağıdakılardır:

  1. Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779IQ nömrəli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
  2. Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixli 510-IQ nömrəli “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunu (axırıncı redaktə qanun 20 aprel 2012-ci il, №336-IVQD);
  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2007-ci il tarixli 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”;
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2009-cu il tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası”;
  5. Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin 2006-cı il 09 fevral tarixli qərarı ilə (protokol № 3) təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair standart Tələblər”;
  6. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 nömrəli əmri ilə təsdiq edilmiş “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları”.

Ümumilikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən qiymətləndirmə həm könüllü, həm də məcburi hallarda həyata keçirilə bilər. Qiymətləndirmə fəaliyyəti zamanı 3 əsas yanaşmadan (metoddan) istifadə olunur:

Xərc yanaşması – əmlakın yaranması, dəyişməsi və istifadə olunması xərclərinin dəyərinin, bütün növ köhnəlmə nəzərə almaqla müəyyənləşməsi əsasında qurulan əmlak qiymətləndirmə üsulu. Xərc yanaşması əvəzetmə prinsipini reallaşdırır, bu onunla ifadə olunur ki, alıcı hazır obyektə eyni faydalı yeni obyektin yaradılmasından daha çox ödəmə etməsin. Maşın və avadanlıqların dəyərin qiymətləndirməsində xərc yanaşması bütün növ köhnəlmə, qiymətdən düşmə itki dəyərlərinin çıxması şərti ilə qiymətləndirmə obyektlərin tam təkraristehsalının (tam əvəzetmə) xərc tədiyəsindən ibarətdir. Təkraristehsalın və əvəzetmənin tam dəyərinin müəyyənləşməsi zamanı, daşınma, yük daşınması, quraşdırma, istismara verilmə və s. xərclər daxil olmaqla, bütün xərclər nəzərə alınır. Təkraristehsalın və əvəzetmənin tamdəyərinin müəyyənləşməsində əsas element qiymətləndirmə obyektinə identik və analoju olan obyektin istehsalının maya dəyəridir (istehsal xərcləri).

Gəlir yanaşmasının tətbiq əməliyyatı bir neçə il ərzində gələcək gəlir proqnozlaşdırılması nəticəsində həyata keçirilir. Əksər hallarda bu yanaşma maşın və avadanlıqların dəyərinin müəyyən edilməsi zamanı istifadə olunmur, çünki gəlir bütün kompleksin işi nəticəsində əldə olunur. Özləri gəlir gətirə bilən obyektlər istisna sayılır( çap və çoxaldan texnika, kiçik çörək sexi, yük maşınları və s.). Gəlir yanaşması vasitəsilə qiymətləndirilən maşın və avadanlıqların dəyəri bu qayda ilə müəyyən edilir: İstehsal kompleksinin xalis gəliri hesablanır; qalıq üsulu ilə maşın kompleksinə aid gəlirin bir hissəsi müəyyən edilir; kapitallaşdırma üsulu və ya pul gəlirlərinin endirimi ilə bütün maşın parkının dəyəri ölçülür; balans dəyəri ilə ayrıca obyektlərin dəyəri hesablanır.

Uyğun satışların müqayisəsi yanaşması – sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusudur. Bu yanaşmanın əsası ondan ibarətdir ki, qiymətləndirmə obyektinin dəyəri birbaşa olaraq analoji obyektlərin satış qiymətlərinə uyğun müəyyən edilir. Hər bir tutuşdurulan satış qiyməti qiymətləndirmə obyektinin satış qiyməti ilə müqayisə edilir. Qeyd edək ki, istənilən növ əmlakın qiymətləndirməsi onun girov qoyulması, alqı-satqısı, özəlləşdirilməsi, bölüşdürülməsi, icarəyə verilməsi, sığorta edilməsi, vergiyə cəlb edilməsi, zərərin müəyyən edilməsi, hərraca çıxarılması, hüquqi şəxsin ləğv edilməsi, dövlət ehtiyacları üçün əmlakın geri alınması və s. hallarda tələb olunur.

 

 

“SME” MMC şirkəti aşağıdakı qiymətləndirmə predmetlərinin rəsmi dəyərinin müəyyən olunması üzrə xidmətlərini təklif edir:

  1. DAŞINMAZ ƏMLAK ÜZRƏ
  • Mənzillər;
  • Torpaq sahələri;
  • Fərdi yaşayış evləri;
  • Qeyri-yaşayış obyektlərinin və çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi;
  • Qeyri-yaşayış sahələri;
  • Kənd təsərrüfatı və sənaye xarakterli boş torpaq sahələri;
  • Qarajlar;
  • İstehsalat sahələri və anbarlar.
  1. MAŞIN VƏ AVADANLIQLAR
  • Seriyalı texnoloji avadanlıqlar;
  • Xüsusi və ya qeyri-standart avadanlıqlar;
  • Texnoloji xətlər;
  • Tikinti və yol texnikası, qaldırıcı nəqliyyat vasitələri;
  • Kompüter texnikaları və rabitə vasitələri.
  1. NƏQLİYYAT VASİTƏLƏRİ
  • Minik avtomobilləri;
  1. MÜƏSSİSƏLƏR
  • Kiçik həcmli müəssisələr;
  • Orta həcmli müəssisələr;
  • Böyük həcmli müəssisələr;

Biznesin qiymətləndirilməsi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sertifikatına əsaslanaraq “SME” MMC tərəfindən həyata keçirilir.

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 51232 49 59
  • [email protected]
  • Luxen Plaza, 31 Xətai prospekti, Bakı AZ1008

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Facebook-f Instagram Linkedin-in

Konsultasiya

“Müraciət et” düyməsini klikləməklə məxfi̇li̇k siyasəti̇ ilə razılaşırsınız.

Uğurla göndərildi.

  • Cookie bildirişi

Sayt istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies-dən istifadə edir.

Qəbul et

Zeynalova Rimma

Baş hüquqşünas

2017-ci ildə Moskva Dövlət Sənaye Universitetində hüquq üzrə magistr dərəcəsini alıb.
Rimma Zeynalova 7 ildən çox hüquq sahəsində iş təcrübəsinə malikdir. O, korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli və vergi, əmək qanunvericiliyi sahəsində hüquqi məsləhətlər üzrə ixtisaslaşıb. Müştərilərlə iş, danışıqların aparılması və şirkətlərin məhkəmələrdə təmsil edilməsi sahəsində geniş təcrübəyə malikdir.

Sübhan Namazov

Təsisçisi və direktor

Biznesin idarə edilməsi və inkişafı sahəsində çoxillik təcrübəyə malikdir. O, Azərbaycan Qərb Universitetində menecment üzrə bakalavr dərəcəsi alıb və peşəkar fəaliyyətini əsas hüquq istiqamətlərinə yönəldib.
Onun ixtisaslaşması korporativ hüququ əhatə edir və bu sahədə şirkətlərə səmərəli idarəetmə və inkişaf üçün hüquqi əsaslar qurmaqda köməklik göstərir. Vergi hüququ sahəsində Sübhan vergi strategiyalarının optimallaşdırılmasını və qanunvericiliyə riayət edilməsini təmin edir, bu isə biznesin maliyyə planlaşdırılmasında uğura gətirib çıxarır. Maliyyə və bank hüququ sahəsində o, maliyyələşdirmə və bank əməliyyatlarının hüquqi aspektləri üzrə məsləhətlər verir, bu isə müştərilərin və tərəfdaşların maliyyə dayanıqlığını gücləndirir.
Bu sahələrdəki ekspert dəstəyi sayəsində Sübhan şirkətlərə mürəkkəb hüquqi və idarəetmə vəzifələrini həll edərək, öz məqsədlərinə çatmaqda uğurla köməklik göstərir.

Panfyorova Sofya

Mühasib

Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsini alıb. Mühasibat uçotu sahəsində iş təcrübəsinə malikdir. Uçotun aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili və büdcələrin tərtibi üzrə ixtisaslaşıb. Peşəkar təcrübəsi müştərilərlə iş, maliyyə auditi və vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti əhatə edir.

İsmayılova Yelena

Kadr uçotu üzrə aparıcı mühasibdir

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsini alıb. Yelena İsmayılova 15 ildən çox mühasibat və kadr uçotu sahəsində iş təcrübəsinə malikdir. O, əməkhaqqı uçotunun aparılması, kadr sənədləşməsinin hazırlanması, işçilərlə hesablaşmaların aparılması və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət sahəsində praktiki bacarıqlara sahibdir. O, əmək müqavilələrinin tərtibi, məzuniyyətlərin və müavinətlərin hesablanması, iş vaxtının uçotu və nəzarət orqanları ilə əməkdaşlıq sahəsində ixtisaslaşıb.

İsmayılov İsmayıl

Müştəri meneceri

Müştəri idarəçiliyi və dəstəyi sahəsində iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsi alıb.
İsmayıl yeni müştərilərin axtarışı və cəlb edilməsi, korporativ tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün effektiv strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Onun bacarıqları danışıqlar aparmaq, müqavilələr bağlamaq və müştəri xidmətinin keyfiyyətini artırmaq üçün bazar məlumatlarını təhlil etməyi əhatə edir.

İsayevə Gülüstan

Kiçik hüquqşünas

2024-cü ildə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsini alıb.
Gülüstan İsayevə hüquqi sənədlərin hazırlanması, hüquqi məsələlərin araşdırılması, görüşlərin təşkili və müqavilələrin müşayiəti sahəsində ixtisaslaşıb. O, işgüzar yazışmaların aparılması, müştərilərə məsləhət verilməsi və baş hüquqşünasa korporativ və kommersiya hüququ məsələlərində dəstək göstərmək bacarığına malikdir.

Hacıyeva Nazrin

Direktor assistenti

2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit üzrə alıb.
Nazrin Hacıyeva 5 ildən çox rəhbərliyə inzibati dəstək göstərmə təcrübəsinə malikdir. O, iş qrafikinin koordinasiyası, görüşlərin və tədbirlərin təşkili, işgüzar yazışmaların aparılması, eləcə də hesabatların və sənədlərin hazırlanması üzrə ixtisaslaşıb. Layihələrin idarə edilməsi və insanlarla ünsiyyət qurmaq bacarığı sayəsində işçilərlə və müştərilərlə effektiv əməkdaşlıq edir.

Günel Bayramzadə

Biznes partnyor və icraçı direktor

Günel Bayramzadə Azərbaycan Dillər Universitetində İngilis dili üzrə bakalavr dərəcəsi almışdır. Rəhbərlik sahəsində geniş təcrübəyə malik olan Günel Bayramzadə SME şirkətində icraçı direktor və biznes tərəfdaşı kimi fəaliyyət göstərir. Strateji baxışı və əməliyyat fəaliyyətinin təkmilləşdirilməsinə olan sadiqliyi ilə tanınan Günel Bayramzadə, şirkətin istiqamətinin formalaşdırılmasında və onun böyüməsinin təmin edilməsində əsas rol oynamışdır. İnnovasiyaların inkişafına və dinamik iş mühitinin yaradılmasına diqqəti SME-nin mühüm uğurlar qazanmasına kömək etmişdir. Fürsətləri düzgün qiymətləndirmə bacarığı və istedadların inkişafına olan həvəsi ilə Günel Bayramzadə hər bir komanda üzvünün şirkətin uğuruna töhfə verməsini təmin edir. O, həm qısamüddətli, həm də uzunmüddətli hədəflərə nail olmaqla uzaqgörən yanaşmanı qoruyub saxlamağa çalışır.

Əlizadə Cəfər

Maliyyə direktoru

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində audit ixtisası üzrə magistr dərəcəsini alıb. Cəfər Əlizadə maliyyə idarəçiliyi və vergi məsələləri sahəsində 15 ildən çox təcrübəyə malikdir. Büdcələrin idarə edilməsi, maliyyə təhlili, investisiya planlaşdırılması və vergi xərclərinin optimallaşdırılması üzrə ixtisaslaşıb. O, şirkətin gəlirliliyini artırmaq və davamlı inkişafını təmin etmək üçün maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsi, eləcə də vergi uçotu və vergi planlaşdırılması sahəsində geniş təcrübəyə malikdir. Vergi hesabatlarının hazırlanması, vergi öhdəliklərinin optimallaşdırılması və vergi orqanları ilə əməkdaşlıq edir. Azərbaycan qanunvericiliyi və beynəlxalq vergi müqavilələri sahəsində dərin biliklərə malikdir, bu da ona müştəriləri vergi məsələləri üzrə uğurla məsləhətləndirməyə imkan verir.

Abdullayev Vuqar

Baş mühasib

Vuqar Abdullayev 14 ildən çox mühasibat sahəsində iş təcrübəsinə malikdir. Maliyyə uçotu, vergi planlaşdırılması, audit və büdcələşdirmə sahəsində dərin biliklərə sahibdir. O, maliyyə hesabatlarının hazırlanması, vergi risklərinin idarə edilməsi, maliyyə axınlarının nəzarəti və normativ tələblərə riayət olunmasının təmin edilməsi üzrə ixtisaslaşıb.

WHATSAPP

ZƏNG ET