Sahibkarların Məsləhət Evi

  • +994 50 200 50 22
  • +994 12 533 01 11
  • [email protected]
  • Az
    • En
    • Ru
Facebook-f Instagram Linkedin-in
  • Az
    • En
    • Ru
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Treninqlər
    • Biznes-plan üzrə
    • Mühasibat üzrə
  • Xidmətlər
    • Satış şöbəsinin qurulması
    • Maliyyə & Mühasibatlıq
    • MMC qeydiyyatı
    • Qiymətləndirmə
    • Miqrasiya və daimi yaşayış
    • Əcnəbilərin şirkət qeydiyyatı
    • Biznesin alqı-satqısı
    • Əmlak hüququ
    • Audit
    • Satınalma və təchizat
    • Biznes plan
      • SİF
      • AKİA
      • İZKF
      • İKT
      • İnvestisiya təşviqi
      • Biznes plan nümunələri
  • Bloq
  • Referanslar
  • FAQ
  • Əlaqə
  • Az
    • En
    • Ru
  • +994 50 200 50 22
  • Konsultasiya

Əmlak hüququ

Azərbaycanda daşınmaz əmlak almaq

Azərbaycanın daşınmaz əmlak bazarında hər il 4-5 faiz artım müşahidə olunur. Şəhərin mərkəzi rayonlarında kommersiya məqsədli daşınmaz əmlak ildə 9-10 faiz artmaqla, daha yaxşı artım nümayiş etdirir. Daşınmaz əmlak bazarı sərmayəçilər üçün daha perspektivli olur və hər il daha çox xarici sərmayəçi passiv gəlir əldə etmək və gələcəkdə zəmanət əldə etmək üçün daşınmaz əmlak bazarına sərmayə yatırır. Yerli sərmayəçilər üçün qiymətlər potensial olaraq elə də baha deyil, xarici sərmayəçilər üçün isə Azərbaycan bazarında qiymətlər digər ölkələrlə müqayisədə olduqca ucuzdur.

Qanunvericiliyə əsasən xarici dövlətlərin vətəndaşları Azərbaycanda tam mülkiyyət hüququ ilə daşınmaz əmlak əldə etmək hüququna malikdir.

Azərbaycan Respublikası Prezidentinin “İcazələrin verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanı ilə Azərbaycanda daşınmaz əmlak bazarına aydınlıq gətirildi. Həmin sənəd sənədlərin və reyestrdən çıxarışların verilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdırdı ki, bu da daşınmaz əmlak bazarına investisiya qoyuluşunu artırdı. Həmin sənəd imzalanandan sonra hüquq pozuntusu olmayacaq, yalnız rəsmi dövlət rüsumları tətbiq olunacaq.

Respublikada aparılan iqtisadi islahatlar kapital qoyuluşları axınını stimullaşdırır. Xarici investisiyasının ölkəyə cəlb edilməsi iqtisadi strategiyanın tərkib hissəsidir. “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunları xarici sərmayə üçün əlverişli şərait yaradır.

 

Nəyə görə Azərbaycanda daşınmaz əmlakın alışı investorlar üçün cəlbedicidir?

  1. Turist axını. Hər il servislər (Airbnb, Booking.com) və müxtəlif platformalar vasitəsi ilə çoxsaylı beynəlxalq yarışlar keçirilir ki, bu zaman yaşayış yerini icarəyə götürmək olar. Onların qiyməti adətən sərmayəçi üçün daha yüksəkdir, bu da müsbət haldır.
  2. Əmanətlər üzrə faiz dərəcələrinin azalması – daşınmaz əmlak qiymətlərinə təsir edir.
  3. Yeni layihələrin aktiv fazası – daşınmaz əmlak bazarında tikinti şirkətləri arasındakı rəqabət daha çox Bakı şəhərində daşınmaz əmlak bazarının fəal yüksəlişinə səbəb olur.
  4. Azərbaycanın sabit iqtisadi inkişafı.
  5. Respublikada sahibkarlığa dövlət yardımı sisteminin formalaşması və inkişaf etməsi.

 

Daşınmaz əmlakın alışı zamanı hüquqi konsultasiyaya niyə ehtiyac duyulur?

 

  • Rieltor və notarius yalnız müqavilə icra olunandan sonra pul mükafatı aldığı zaman sizin alışınızda maraqlıdır, bizim daşınmaz əmlak sahəsində mütəxəssisimizə müraciət etdiyiniz də isə biz görülən işin keyfiyyətində və alışın sizin üçün təhlükəsiz olmasında maraqlıyıq.
  • Reyestrlərin yoxlanması. Həmin daşınmaz əmlak miras qismində alınmış ola bilər.
  • Mənzilin üzərinə həbs qoyula, vərəsəlik, ər-arvad öhdəliyi və ya digər öhdəlik altında ola bilər.
  • Mənzili satan şəxs onun mülkiyyətçisi deyil.
  • Bütün mənzil mülkiyyətçilərinin onun satılmasına razılığı yoxdur.
  • Mənzildə yetkinlik yaşına çatmayan uşaqlar qeydiyyatdadır.
  • Satış üçün etibarnamə etibarlı deyil.
  • Satıcının mülkiyyət hüququna dair sənədləri lazımi qaydada rəsmiləşdirilməyib.
  • Mülkiyyətçisi tərəfindən vərəsəlik yolu ilə əldə edilmiş satılan daşınmaz əmlak barəsində hüquqa malik olan qohumlar var.
  • Mənzil kredit üzrə girov obyektidir.
  • Texniki pasportda olan məlumatlarla faktiki məlumatlar arasında uyğunluq yoxdur.
  • Mənzil üzrə kommunal xidmətlərin ödənişi ilə bağlı borcluluq var.

Alıcı bu hallardan xəbərsiz ola bilər. Məhz elə bu zaman peşəkar hüquqi yardım tələb olunur.

İnvestisiya üçün ən münasib olan Bakı şəhərinin turizm rayonlarında ən çox 3-otaqlı mənzillərin alışıdır.

Xarici vətəndaşlar üçün daşınmaz əmlak sahəsində göstərdiyimiz xidmətlər:

  • Daşınmaz əmlakın icarəsi haqqında müqavilənin tərtib olunması.
  • Daşınmaz əmlak obyektlərinin təhlükəsiz alqı-satqı sxemlərinin işlənib hazırlanması.
  • Daşınmaz əmlakın alışı və satışı məsələləri ilə bağlı əcnəbilərə konsultasiyaların təqdim olunması.
  • Daşınmaz əmlakla bağlı bütün hüquqi sənədlərin hazırlanması və nəzərdən keçirilməsi.
  • Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlak reyestrindən çıxarışların alınması.

Həmçinin biz sizə bizim etibar edilmiş daşınmaz əmlak agentliklərimizin köməkliyi ilə istəyinizə uyğun daşınmaz əmlak tapmağı və bütün prosesin hüquqi müşayiətini təklif edə bilərik.

Biz hər bir əqdi dəqiqliklə yoxlayır, sənədlərin rəsmiləşdirilməsində lazımi köməklik göstəririk. Bizim bazaya daxil edilən hər bir obyekt barəsində mülkiyyət hüququnun olub-olmaması yoxlamadan keçirilir. Buna görə də Siz Bakı şəhərində daşınmaz əmlak əldə edərkən mənzilin hüquqi cəhətdən qüsursuzluğundan, borcların və digər xoşagəlməz sürprizlərin olmamasından əmin ola bilərsiniz.

 

Bakı şəhərində daşınmaz əmlakın əldə edilməsi sahəsində xarici vətəndaşlar üçün göstərdiyimiz xidmətlər:

  • Eksklüziv təkliflər bazası (mülkiyyət hüququnun olub-olmaması cəhətdən yoxlanılmış);
  • Daşınmaz əmlakın əldə olunması üçün bank üzərindən pul vəsaitlərinin köçürülməsi zamanı meydana gələn problemləri həlli;
  • Notarial qaydada verilmiş etibarnamə əsasında distant yolla Sizin adınıza daşınmaz əmlakın əldə olunması;
  • Əmlakın idarə olunması (sonradan icarəyə verilməsi) haqqında razılaşma;
  • Daşınmaz əmlak obyektlərinin (mənzillərin, kommersiya xarakterli daşınmaz əmlakın) alqı-satqısı, icarəyə verilməsi haqqında müqavilələrin hüquqi müşayiəti və rəsmiləşdirilməsi.

“SME” konsaltinq şirkəti 1990 -cı ildə iqtisad elmləri doktoru və hüquqşünas Namazov İlqar tərəfindən təsis edilmişdir.

Yararlı linkər

  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Biznes plan
  • Treninqlər
  • Xidmətlər
  • Əlaqə

Bizimlə əlaqə

  • +994 51232 49 59
  • [email protected]
  • Luxen Plaza, 31 Xətai prospekti, Bakı AZ1008

Sorğu göndər

© Smeltd.az. Site by Webline

Facebook-f Instagram Linkedin-in

Konsultasiya

“Müraciət et” düyməsini klikləməklə məxfi̇li̇k siyasəti̇ ilə razılaşırsınız.

Uğurla göndərildi.

  • Cookie bildirişi

Sayt istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies-dən istifadə edir.

Qəbul et

Zeynalova Rimma

Baş hüquqşünas

2017-ci ildə Moskva Dövlət Sənaye Universitetində hüquq üzrə magistr dərəcəsini alıb.
Rimma Zeynalova 7 ildən çox hüquq sahəsində iş təcrübəsinə malikdir. O, korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli və vergi, əmək qanunvericiliyi sahəsində hüquqi məsləhətlər üzrə ixtisaslaşıb. Müştərilərlə iş, danışıqların aparılması və şirkətlərin məhkəmələrdə təmsil edilməsi sahəsində geniş təcrübəyə malikdir.

Sübhan Namazov

Təsisçisi və direktor

Biznesin idarə edilməsi və inkişafı sahəsində çoxillik təcrübəyə malikdir. O, Azərbaycan Qərb Universitetində menecment üzrə bakalavr dərəcəsi alıb və peşəkar fəaliyyətini əsas hüquq istiqamətlərinə yönəldib.
Onun ixtisaslaşması korporativ hüququ əhatə edir və bu sahədə şirkətlərə səmərəli idarəetmə və inkişaf üçün hüquqi əsaslar qurmaqda köməklik göstərir. Vergi hüququ sahəsində Sübhan vergi strategiyalarının optimallaşdırılmasını və qanunvericiliyə riayət edilməsini təmin edir, bu isə biznesin maliyyə planlaşdırılmasında uğura gətirib çıxarır. Maliyyə və bank hüququ sahəsində o, maliyyələşdirmə və bank əməliyyatlarının hüquqi aspektləri üzrə məsləhətlər verir, bu isə müştərilərin və tərəfdaşların maliyyə dayanıqlığını gücləndirir.
Bu sahələrdəki ekspert dəstəyi sayəsində Sübhan şirkətlərə mürəkkəb hüquqi və idarəetmə vəzifələrini həll edərək, öz məqsədlərinə çatmaqda uğurla köməklik göstərir.

Panfyorova Sofya

Mühasib

Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsini alıb. Mühasibat uçotu sahəsində iş təcrübəsinə malikdir. Uçotun aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili və büdcələrin tərtibi üzrə ixtisaslaşıb. Peşəkar təcrübəsi müştərilərlə iş, maliyyə auditi və vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti əhatə edir.

İsmayılova Yelena

Kadr uçotu üzrə aparıcı mühasibdir

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsini alıb. Yelena İsmayılova 15 ildən çox mühasibat və kadr uçotu sahəsində iş təcrübəsinə malikdir. O, əməkhaqqı uçotunun aparılması, kadr sənədləşməsinin hazırlanması, işçilərlə hesablaşmaların aparılması və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət sahəsində praktiki bacarıqlara sahibdir. O, əmək müqavilələrinin tərtibi, məzuniyyətlərin və müavinətlərin hesablanması, iş vaxtının uçotu və nəzarət orqanları ilə əməkdaşlıq sahəsində ixtisaslaşıb.

İsmayılov İsmayıl

Müştəri meneceri

Müştəri idarəçiliyi və dəstəyi sahəsində iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsi alıb.
İsmayıl yeni müştərilərin axtarışı və cəlb edilməsi, korporativ tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün effektiv strategiyaların hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Onun bacarıqları danışıqlar aparmaq, müqavilələr bağlamaq və müştəri xidmətinin keyfiyyətini artırmaq üçün bazar məlumatlarını təhlil etməyi əhatə edir.

İsayevə Gülüstan

Kiçik hüquqşünas

2024-cü ildə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsini alıb.
Gülüstan İsayevə hüquqi sənədlərin hazırlanması, hüquqi məsələlərin araşdırılması, görüşlərin təşkili və müqavilələrin müşayiəti sahəsində ixtisaslaşıb. O, işgüzar yazışmaların aparılması, müştərilərə məsləhət verilməsi və baş hüquqşünasa korporativ və kommersiya hüququ məsələlərində dəstək göstərmək bacarığına malikdir.

Hacıyeva Nazrin

Direktor assistenti

2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit üzrə alıb.
Nazrin Hacıyeva 5 ildən çox rəhbərliyə inzibati dəstək göstərmə təcrübəsinə malikdir. O, iş qrafikinin koordinasiyası, görüşlərin və tədbirlərin təşkili, işgüzar yazışmaların aparılması, eləcə də hesabatların və sənədlərin hazırlanması üzrə ixtisaslaşıb. Layihələrin idarə edilməsi və insanlarla ünsiyyət qurmaq bacarığı sayəsində işçilərlə və müştərilərlə effektiv əməkdaşlıq edir.

Günel Bayramzadə

Biznes partnyor və icraçı direktor

Günel Bayramzadə Azərbaycan Dillər Universitetində İngilis dili üzrə bakalavr dərəcəsi almışdır. Rəhbərlik sahəsində geniş təcrübəyə malik olan Günel Bayramzadə SME şirkətində icraçı direktor və biznes tərəfdaşı kimi fəaliyyət göstərir. Strateji baxışı və əməliyyat fəaliyyətinin təkmilləşdirilməsinə olan sadiqliyi ilə tanınan Günel Bayramzadə, şirkətin istiqamətinin formalaşdırılmasında və onun böyüməsinin təmin edilməsində əsas rol oynamışdır. İnnovasiyaların inkişafına və dinamik iş mühitinin yaradılmasına diqqəti SME-nin mühüm uğurlar qazanmasına kömək etmişdir. Fürsətləri düzgün qiymətləndirmə bacarığı və istedadların inkişafına olan həvəsi ilə Günel Bayramzadə hər bir komanda üzvünün şirkətin uğuruna töhfə verməsini təmin edir. O, həm qısamüddətli, həm də uzunmüddətli hədəflərə nail olmaqla uzaqgörən yanaşmanı qoruyub saxlamağa çalışır.

Əlizadə Cəfər

Maliyyə direktoru

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində audit ixtisası üzrə magistr dərəcəsini alıb. Cəfər Əlizadə maliyyə idarəçiliyi və vergi məsələləri sahəsində 15 ildən çox təcrübəyə malikdir. Büdcələrin idarə edilməsi, maliyyə təhlili, investisiya planlaşdırılması və vergi xərclərinin optimallaşdırılması üzrə ixtisaslaşıb. O, şirkətin gəlirliliyini artırmaq və davamlı inkişafını təmin etmək üçün maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsi, eləcə də vergi uçotu və vergi planlaşdırılması sahəsində geniş təcrübəyə malikdir. Vergi hesabatlarının hazırlanması, vergi öhdəliklərinin optimallaşdırılması və vergi orqanları ilə əməkdaşlıq edir. Azərbaycan qanunvericiliyi və beynəlxalq vergi müqavilələri sahəsində dərin biliklərə malikdir, bu da ona müştəriləri vergi məsələləri üzrə uğurla məsləhətləndirməyə imkan verir.

Abdullayev Vuqar

Baş mühasib

Vuqar Abdullayev 14 ildən çox mühasibat sahəsində iş təcrübəsinə malikdir. Maliyyə uçotu, vergi planlaşdırılması, audit və büdcələşdirmə sahəsində dərin biliklərə sahibdir. O, maliyyə hesabatlarının hazırlanması, vergi risklərinin idarə edilməsi, maliyyə axınlarının nəzarəti və normativ tələblərə riayət olunmasının təmin edilməsi üzrə ixtisaslaşıb.

WHATSAPP

ZƏNG ET