İnvestisiya təşviqi
İnvestisiya təşviqi sənədi nədir?
İnvestisiya təşviqi iqtisadiyyatın inkişafına təkan verir. Doğrudur, bu fond kredit ayırmır, lakin şirkət və sahibkarlar üçün böyük güzəştlər müəyyən edir.
- İnvestisiya təşviqi sənədini aldığı andan 7 il müddətində fərdi sahibkarın gəlirinin, hüquqi şəxsin isə mənfəətinin 50%-i vergidən azaddır.
- İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumlarından azad edilir (azı 15%) və ƏDV (18%).
- Daxili fəaliyyətdə isə əmlak və torpaq vergisinin ödənilməsindən azad edilərək 7 illik güzəşt hüququ əldə edir.
Təşviq hüququ yalnız, xarici dövlətlərdən gətirilən yeni texnika və texnologiyalara şamil edilir.
İnvestisiya təşviqi sənədi necə əldə olunmalıdır?
Azərbaycanda investisiya yatıran hər bir sahibkar birinci olaraq “İnvestisiya Təşviqi sənədini almaq hüququ olduğunu araşdırmalıdır. Belə ki, sahibkar, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri ilə tanış olmalıdır. Nazirlik müraciətə 5 iş günü ərzində baxır. İnvestisiya layihəsi “İnvestisiya təşviqi sənədinin verilməsi göstərilmiş meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda Nazirlik investisiya təşviqi sənədini sahibkara təqdim edir. Yuxarıda sadalanan keyfiyyətləri nəzərə alaraq biz sizə biznes plan tərtib edirik, lazımi qaydada bütün sənədləri hazır edirik və investisiya təşviqi sənədinin alınması prosesini reallaşdırırıq.
Biz yalnız biznes plan tərtib etməklə kifayətlənmirik, eyni zamanda sifarişçinin ideyasını reallaşdırması üçün aşağıda sadalanan xidmətlərlə köməklik göstəririk:
- Layihələndirilən obyektin baş planının nümunəsi tərtib edilməsində sizə kömək edirik.
- Kompleksin tələb etdiyi tikintilər üzrə tələbatlar, normativ və digər xidmətləri təklif edirik.
- Sifarişçi adından elektron vasitələrlə satıcı təşkilat ilə yazışmalar edir və danışıqlar aparırıq.
- Alınası avadanlıqlar üzrə şəkil, texnoloji sxem və texniki göstəricilər əldə edirik.
- Tikiləsi obyektlər üzrə layihə nümunəsi axtarıb tapırıq və istifadə üçün sizə təqdim edirik.
- Biznes planın əlavəsində istifadə edilə biləcək təklif, sxem və layihələr əldə edirik və sifarirşçi bunları öz adına RNJ olan təklif kimi göstərə bilir.
- Müvafiq biznesin qurulması və ya işin gedişatında ehtiyac duyulacaq lazımı avadanlıqların təchizat xidmətini göstəririk.
Niyə məhz bizi seçməlisiniz?
- Avropa Yenidənqurma və Inkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış şirkət;
- Biznes planların Azərbaycanda olan Banklar və Fondlar tərəfindən qəbul olunması;
- Biznes plan hazırlanmasında 30 ildən artıq təcrübə;
- Hər bir biznes sahəsində biznes plan tərtibi üzrə təcrübəyə sahibik ;
- Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarlarıdırlar;