Azərbaycanda daşınmaz əmlak almaq

Azərbaycanın daşınmaz əmlak bazarında hər il 4-5 faiz artım müşahidə olunur. Şəhərin mərkəzi rayonlarında kommersiya məqsədli daşınmaz əmlak ildə 9-10 faiz artmaqla, daha yaxşı artım nümayiş etdirir. Daşınmaz əmlak bazarı sərmayəçilər üçün daha perspektivli olur və hər il daha çox xarici sərmayəçi passiv gəlir əldə etmək və gələcəkdə zəmanət əldə etmək üçün daşınmaz əmlak bazarına sərmayə yatırır. Yerli sərmayəçilər üçün qiymətlər potensial olaraq elə də baha deyil, xarici sərmayəçilər üçün isə Azərbaycan bazarında qiymətlər digər ölkələrlə müqayisədə olduqca ucuzdur.

Qanunvericiliyə əsasən xarici dövlətlərin vətəndaşları Azərbaycanda tam mülkiyyət hüququ ilə daşınmaz əmlak əldə etmək hüququna malikdir.

Azərbaycan Respublikası Prezidentinin “İcazələrin verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanı ilə Azərbaycanda daşınmaz əmlak bazarına aydınlıq gətirildi. Həmin sənəd sənədlərin və reyestrdən çıxarışların verilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdırdı ki, bu da daşınmaz əmlak bazarına investisiya qoyuluşunu artırdı. Həmin sənəd imzalanandan sonra hüquq pozuntusu olmayacaq, yalnız rəsmi dövlət rüsumları tətbiq olunacaq.

Respublikada aparılan iqtisadi islahatlar kapital qoyuluşları axınını stimullaşdırır. Xarici investisiyasının ölkəyə cəlb edilməsi iqtisadi strategiyanın tərkib hissəsidir. “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunları xarici sərmayə üçün əlverişli şərait yaradır.

 

Nəyə görə Azərbaycanda daşınmaz əmlakın alışı investorlar üçün cəlbedicidir?

  1. Turist axını. Hər il servislər (Airbnb, Booking.com) və müxtəlif platformalar vasitəsi ilə çoxsaylı beynəlxalq yarışlar keçirilir ki, bu zaman yaşayış yerini icarəyə götürmək olar. Onların qiyməti adətən sərmayəçi üçün daha yüksəkdir, bu da müsbət haldır.
  2. Əmanətlər üzrə faiz dərəcələrinin azalması – daşınmaz əmlak qiymətlərinə təsir edir.
  3. Yeni layihələrin aktiv fazası – daşınmaz əmlak bazarında tikinti şirkətləri arasındakı rəqabət daha çox Bakı şəhərində daşınmaz əmlak bazarının fəal yüksəlişinə səbəb olur.
  4. Azərbaycanın sabit iqtisadi inkişafı.
  5. Respublikada sahibkarlığa dövlət yardımı sisteminin formalaşması və inkişaf etməsi.

 

Daşınmaz əmlakın alışı zamanı hüquqi konsultasiyaya niyə ehtiyac duyulur?

 

Alıcı bu hallardan xəbərsiz ola bilər. Məhz elə bu zaman peşəkar hüquqi yardım tələb olunur.

İnvestisiya üçün ən münasib olan Bakı şəhərinin turizm rayonlarında ən çox 3-otaqlı mənzillərin alışıdır.

Xarici vətəndaşlar üçün daşınmaz əmlak sahəsində göstərdiyimiz xidmətlər:

Həmçinin biz sizə bizim etibar edilmiş daşınmaz əmlak agentliklərimizin köməkliyi ilə istəyinizə uyğun daşınmaz əmlak tapmağı və bütün prosesin hüquqi müşayiətini təklif edə bilərik.

Biz hər bir əqdi dəqiqliklə yoxlayır, sənədlərin rəsmiləşdirilməsində lazımi köməklik göstəririk. Bizim bazaya daxil edilən hər bir obyekt barəsində mülkiyyət hüququnun olub-olmaması yoxlamadan keçirilir. Buna görə də Siz Bakı şəhərində daşınmaz əmlak əldə edərkən mənzilin hüquqi cəhətdən qüsursuzluğundan, borcların və digər xoşagəlməz sürprizlərin olmamasından əmin ola bilərsiniz.

 

Bakı şəhərində daşınmaz əmlakın əldə edilməsi sahəsində xarici vətəndaşlar üçün göstərdiyimiz xidmətlər: