Biz kimik və nə ilə məşğul oluruq?
Biz satış şöbələrinin yaradılması və inkişafı üzrə peşəkar xidmətlər təqdim edirik. Biznes proseslərinizi sadələşdirir və effektivliyini artırırıq. Məqsədimiz – satışlarınızı dayanıqlı şəkildə artırmaq və şirkətinizin mənfəətini yüksəltməkdir.
#1
Satış şöbəsinin sıfırdan yaradılması və qurulması:
- Biznesinizin xüsusiyyətlərini nəzərə alaraq satış şöbəsinin strukturunun hazırlanması.
- Satış şöbəsində işçilərin seçilməsi və təlimi.
- Komandanın effektivliyini artırmaq üçün motivasiya sistemlərinin tətbiqi.
- Sizin sahəniz üzrə ekspertlərin cəlb edilməsi və optimal həllərin hazırlanması.
#2
Mövcud proseslərin təhlili və optimallaşdırılması:
- Perspektivli seqmentlərin və artım imkanlarının müəyyən edilməsi üçün bazarın və hədəf auditoriyasının təhlili.
- Rəqiblərin güclü və zəif tərəflərinin öyrənilməsi, rəqabət üstünlüklərinin hazırlanması.
- Cari satışların və biznes proseslərinin auditi.
- Problemli məqamların aşkarlanması və aradan qaldırılması.
- Satışın bütün mərhələlərində konversiyanın artırılması.
#3
CRM sistemlərinin tətbiqi və avtomatlaşdırma:
- Müştəri bazasının idarə olunması üçün CRM sisteminin seçilməsi və qurulması.
- IP telefoniyası və digər avtomatlaşdırma alətləri ilə inteqrasiya.
- Planlaşdırma və hesabat sistemlərinin yaradılması.
#4
Satışların artırılması üçün strategiyaların hazırlanması:
- Məqsədlərin və onların əldə edilmə yollarının müəyyən edilməsi.
- Yeni bazar və regionlara çıxış üçün dəstək.
- Marketinq kampaniyalarının hazırlanması və işə salınması.
- Veb-saytların satış yönümlü və cəlbedici şəkildə hazırlanmasına dəstək.
#5
Satışlarda kompleks dəstək:
- Məhsulunuz və xidmətləriniz üçün unikal təkliflərin hazırlanması (UTP).
- Məqsədlərinizə uyğun komandanın formalaşdırılması.
- İşçi heyətinin təlim, treninq və test proqramlarının keçirilməsi.
- Şöbənin iş keyfiyyətinə davamlı nəzarət.
Biz sizə kömək edə bilərik, əgər:
- Satış şöbəniz ayliq qoyulan hədəflərə nail ola bilmirsə.
- Yeni məhsul təqdim edir və satış sistemini qurmaq istəyirsinizsə.
- Yeni bazarlara və regionlara çıxmaq istəyirsinizsə.
- İşə qəbul və təlimə vaxt və resurs sərf edirsiniz, amma yeni işçilər tez bir zamanda işdən ayrılırsa.
- Satış şöbəsinin fəaliyyətinə nəzarət etmək digər biznes sahələrinizə mənfi təsir edirsə.
- Mövsümi artım zamanı müraciətləri vaxtında emal edə bilmirsinizsə.
- Müraciətlərin çoxu satışla nəticələnmirsə.
"Satış şöbəsinin sıfırdan yaradılması və təhvil verilməsi " nə deməkdir?
Bu, satış şöbəsinin yaradılması və idarə olunması üzrə bütün işlərin kompleks şəkildə həyata keçirilməsini nəzərdə tutur:
- Məhsullarınız, xidmətləriniz və ehtiyaclarınız haqqında məlumatın toplanması.
- İşçilərin seçilməsi və adaptasiyası üçün effektiv sistemin yaradılması.
- İdarəetmə və hesabat sistemlərinin hazırlanması.
- CRM sisteminin, İP telefoniya və satış mərhələlərinin qurulması.
- Unikal bazar təkliflərin hazırlanması.
- Kommersiya təkliflərinin və satış skriptlərinin hazırlanması.
- Şöbənin gündəlik analitika ilə işə salınması.
- Biznes proseslərinin davamlı auditi və təkmilləşdirilməsi.
Niyə bizi seçməlisiniz?
Resurslara qənaət
Biznesinizin strateji məsələlərinə fokuslanmaq üçün satış proseslərini bizə həvalə edin.
Sürət
Satış şöbəsini 2 ay ərzində işə salırıq.
Peşəkar komanda
Nəticə gətirən təcrübəli mütəxəssisləri təqdim edirik.
Şəffaflıq və hesabatlılıq
KPI-lara uyğun işləyir və sizi nəticələrlə bağlı daim məlumatlandırırıq.
Necə işləyirik?
Diaqnostika
Biznesinizin mövcud vəziyyətini təhlil edirik.
Planlaşdırma
Fərdi fəaliyyət planı hazırlayırıq.
Reallaşdırma
Prosesləri qurur, alətləri tətbiq edir və işçiləri öyrədirik.
Nəzarət
Nəticələri davamlı analiz edərək sistemi təkmilləşdiririk.