Tikinti lisenziyası alınması xidməti Azərbaycanda
Tikinti sahəsində xidmətlərimizə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri və layihələndirilməsi lisenziyalarının alınması daxildir
Tikinti lisenziyası nədir və hansı hallarda əldə etmək lazımdır?
Tikinti işlərinin yerinə yetirilməsi üçün lisenziya tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərməyə imkan verən rəsmi sənəddir. Sənəddə həmçinin fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısı qeyd olunur.
Tikinti lisenziyasını necə düzgün əldə etmək olar?
Lisenziyanın alınması prosesi bir neçə mərhələdə ibarətdir – tələb olunan sənədlərin toplanması, qeydiyyat orqanına ərizə təqdim edilməsi, şirkətin yoxlanılması və icazə sənədinin alınması. Tikinti lisenziyası almaq üçün müraciət edən hər bir şirkətdən, mütəxəssislərinin müvafiq ixtisasa malik olmaları haqqında sənəd və ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədlərin surəti olması mütləqdir və buna ciddi nəzarət edilir. Ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya, tikinti avadanlıqlarına, nəqliyyat, texnoloji və təhlükəsizlik təminatı vasitələrinə, mexaniki və əl alətlərinə, daşınan enerji qurğularına və nəzarət-ölçü cihazlarına malik olması barədə şirkətə məxsus olması və ya icarəyə götürülməsi haqqında müvafiq sənədlər tələb edilir. Əlavə olaraq, mülki məsuliyyətinin sığortalanmasını təsdiq edən sənədin (sığorta şəhadətnaməsinin) surəti tələb olunur.
Lisenziyanın alınması uzun və yorucu bir prosesdir bizim mütəxəssislərimiz tərəfindən peşəkar yardım təklif edirik.
Niyə məhz bizi seçməlisiniz?
- Avropa Yenidənqurma və Inkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış şirkət
- Lisenziya alınması prosesi çox uzun və vaxt tələb edən mürəkkəb bir prosesdir
- Əməkdaşlarımızın bilik və təcrübəsinə əminik. Onların hər biri öz işinin yüksək səviyyəli peşəkarıdır;
- Bank köçürməsi və ödənilməsi əsasında iş qurmaq imkanı
- Fəaliyyət göstərdiyimiz illər ərzində biz bir çox hüquqi proseslər həll etmişik və bu işdə sizə sərfəli təkliflərimizi etməyə hazırıq;
- Müştərilərimizin vaxtına dəyər verərək, işləri hər zaman vaxtında və hətta vaxtından tez təhvil veririk.
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyətinə lisenziya alınması üçün tələb olunan sənədlərin siyahısı:
- Ərizəçinin görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayış;
- Ərizəçinin ştatında olan 5 (beş) mütəxəssisin müvafiq ixtisas üzrə ən azı 5 illik iş stajına malik olmaları haqqında sənədlərin (hər işçinin diplomu və əmək kitabçası) surəti;
- Ərizəçinin ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin surəti;
- Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- Ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya, o cümlədən binalara və ya qeyri-yaşayış sahələrinə, tikinti avadanlıqlarına, nəqliyyat, texnoloji və təhlükəsizlik təminatı vasitələrinə, mexaniki və əl alətlərinə, daşınan enerji qurğularına və nəzarət-ölçü cihazlarına malik olması barədə arayış;
- Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);
- Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növlərinin mülki məsuliyyətinin sığortalanmasını təsdiq edən sənədin (sığorta şəhadətnaməsinin) surəti;
- Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- Ərizə;
- İşəgötürənlə işçi arasında əmək müqaviləsi bildirişi (hər işçi üzrə).
Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyətinə lisenziya alınması üçün tələb olunan sənədlərin siyahısı:
- Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünü həyata keçirmək üçün hüquqi şəxsin mülkiyyətində və ya qanuni istifadəsində qeyri-yaşayış sahəsinin (ofis və anbar)olmasını təsdiqləyən sənədlərin surəti;
- Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir) ;
- Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə rəhbər və aparıcı mütəxəssislərin, o cümlədən layihənin baş mühəndisi və ya baş memarının, memarının, konstruktorunun, mühəndis avadanlıqları, şəbəkələri və sistemləri, nəqliyyat infrastrukturu layihələri, layihənin xüsusi bölmələri və digər sahələr üzrə mütəxəssislərin (barəsində müvafiq ixtisasa malik olmaları haqqında sənəd təqdim edilən şəxslər) ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədlərin surəti;
- Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- Ərizəçinin baş layihəçi funksiyasını həyata keçirmək üçün müvafiq ixtisas tələblərinə cavab verən daimi işləyən aparıcı mütəxəssisləri olmadıqda, həmin sahələr üzrə (layihənin baş memarı və ya baş mühəndisi istisna olmaqla) işlərin yerinə yetirilməsi məqsədi ilə müvafiq lisenziyaya malik olan hüquqi və ya fiziki şəxslə əməkdaşlıq haqqında bağlanmış müqavilənin surəti;
- Ərizəçinin texniki-istehsalat heyəti haqqında arayış;
- Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə rəhbər və aparıcı mütəxəssislərin, o cümlədən layihənin baş mühəndisi və ya baş memarının, memarının, konstruktorunun, mühəndis avadanlıqları, şəbəkələri və sistemləri, nəqliyyat infrastrukturu layihələri, layihənin xüsusi bölmələri və digər sahələr üzrə mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti;
- Ərizəçinin layihə işlərinin keyfiyyətinə nəzarət sisteminin mövcudluğu barədə arayış;
- Ərizə;
- İşəgötürənlə işçi arasında əmək müqaviləsi bildirişi (hər işçi üzrə).
Lisenziyanın alınma prosesi:
1. Tələb olunan kağız paketi toplamaq.
2. Ərizənin tənzimləyici orqana təqdim edilməsi.
3. İşçi heyətin ixtisasının və iş təcrübəsinin yoxlanılması.
4. Maddi-texniki bazanın və keyfiyyətə nəzarət səviyyəsinin bir neçə meyarlara uyğun olması ekspert komissiyası tərəfindən yoxlanılması.
5. Maddi-texniki bazaya baxış.
6. Dövlət rüsumunun ödənilməsi ilə lisenziyanı almaq.
Sənədlər paketi təqdim edildikdən sonra 10 iş günü ərzində hazır olur ( bu müddət ərzində maddi-texniki bazaya baxış keçirilir) , (lisenziya verilməsinə müsbət cavab aldıqda) dövlət rüsumu ödənilir 550 AZN.