Biznesin qiymətləndirilməsi

BİZNESİN QİYMƏTLƏNDİRİLMƏSİ

Firma bazarda nə qədər baha qiymətləndirilirsə və bu qiymətləndirmə nə qədər sabitdirsə, onun sahiblərinin iqtisadi rifahı və asayişi o qədər yüksəkdir. Beləliklə, “Firma neçəyədir?” Bu sualın cavabı firmanın hansı nöqteyi-nəzərdən qiymətləndirilməsindən asılıdır. Firmanın dəyəri qiymətləndirilmənin aparılma məqsədindən asılıdır. Bu sahədə universal metod yoxdur.

Firmanın dəyərinin qiymətləndirilməsi aşağıdakı kimi aparıla bilər:

- hədiyyənin, var-dövlətin, mülkiyyətin vergi qoyma məqsədilə qiymətləndirilməsi;
- Firma işçilərinin onun səhmdar kapitalında iştirak planının əsası kimi;
- firmanın və ya onun səhmlərinin alqı-satqısı kimi;
- firma ləğv olunduğu zaman;
- firmalar birləşdiyi və ya ayrıldığı zaman;

- maliyyə zəbti və mülkiyyətin firmaya rekonstruksiyası zamanı;
- yeni səhmlərin və digər qiymətli kağızların buraxılması zamanı;
- bank kreditinə firma aktivlərinin girov qoyulması ilə ərizə verilməs zamanı;
- boşanmalar zamanı;
- sığorta müqavilələrinin bağlanması zamanı;
- sığorta hadisəsi baş verdiyi zaman;
- müflis elan olunma zamanı;

Daha çox oxumaq üçün Yüklə

QİYMƏTLƏNDİRMƏ PROSSESİNİN MƏRHƏLƏLƏRİ

Hazırlıq mərhələsi

Qiymətləndirmə obyekti ilə tanışlıq

Tələb olunan sənədlərin sifarişçi tərəfindən lazımi miqdarda təqdim olunması

Qiymətləndirmə obyektini və qiymətləndirmənin məqsədini qöstərməklə qiymətləndirmənin keçirilməsinə dair razılığın əldə olunması.

İnformasiyanın toplanılması mərhələsi

Qiymətləndirmə obyektinə yerindəcə baxış keçirilməsi

Sifarişçidən informasiyanın əldə edilməsi və Bazarın öyrənilməsi

Rəsmi mənbələrdən, KİV-dən, İnternetdən, qiymətləndiricilərin məlumat bazalarından, qanunvericilik toplusundan əlavə informasiyanın əldə edilməsi.

Qiymətləndirmə obyektinin dəyərinin hesablanması mərhələsi

Daha çox oxumaq üçün Yüklə

QİYMƏTLƏNDİRMƏ ZAMANI TƏLƏB OLUNAN SƏNƏDLƏR

Qiymətləndirməyə təqdim olunan daşınmaz əmlak, torpaq sahəsindən, kommersiya məqsədli (təyinatlı) obyektlərin qiymətləndirmə işləri üçün tələb olunan zəruri sənədlər:

Qiymətləndirilən obyekt üzrə mülkiyyət hüquqlarını təstiqləyən sənəd - daşınmaz əmlakın dövlət reyestrindən çıxarış.

Bəzi hallarda, kredit təşkilatı, sifarişçi və qiymətləndirici arasındakı razılıqa əsasən - qeydiyyat vəsiqəsi yaxud alqı-satqı müqaviləsi;

Qiymətləndirilən obyektin texniki pasportu;

Mülkiyyət hüquqlarını təstiqləyən sənəd qeydiyyat vəsiqəsi və torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını təstiqləyən sənəd.

Torpaq və xəritəçəkmə komitəsi tərəfindən verilmiş şəhadətnamə yaxud dövlət aktı, bəzi hallarda torpağın ayrılması sərəncamı, alqı-satqı müqaviləsi;

Qiymətləndirilən obyekt torpaq sahəsindən ibarət olduqda - daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin texniki pasportu.

Daha çox oxumaq üçün Yüklə