Biznes planlarının təqdimat sahələri

Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilir

  • Dövlətin müəyyən etdiyi sahələrdə biznesin qurulması, aparılması və ya genişləndirilməsi üçün güzəştli kredit cəlb etmək
  • Müraciət edən sifarişçi mütləq hüquqi şəxs və fiziki (fərdi) sahibkar kimi qeydiyyatda (VÖEN) olmalıdır"
  • Müəyyən edilmiş və iqtisadi prioritet olan sahələrlə, Güzəştli kredit faizi, müddəti və güzəşt müddəti ilə tanış olun. Minimal tələblər və ya biznes planın tərtibi üçün müəyyən edilmiş standart ilə tanış olun
  • SKMF təqdim edilən biznes plan nümunələri ilə tanış olun
  • Satışda olan biznes plan nümunələrinin siyahısı
  • Diqqət: Xarici bank və investorlara təqdim edilən investisiya layihələrinin və biznes planları beynəlxalq standartlara müfafiq tərtib edilir

Ətraflı

İqtisadiyyat Nazirliyi İnvestisiyaların təşviqi Fonduna təqdim edilir

  • “Kömrük rüsumu, ƏDV(tam güzəşt) və mənfəət vergisi (50%) ödənişində güzəştə nail olmaq"
  • "Müraciət edən sifarişçi mütləq hüquqi və fiziki şəxs kimi qeydiyyatda (VÖEN) olmalıdır. Biznesinin həyata keçirilməsi üçün özəl və ya icarədə torpağı, yer və obyekti olmalı və bu ərazi iqtisadi meyarlara uyğun gəlməlidir."
  • Əsas şərt və tələbat: Meyarlarda göstərilən minimal məbləğin 10 faizinin ödənilməsi bank köçürməsi, nəqd ödənilmə qəbzinin və ya bunlar kifayət etməzsə,auditor rəyi ilə təsdiqlənən (sənəd1) qiymətləndirmə aktı (sənəd2) və bu əmlakların rəsmi qaydada balansa salınmalıdır.
  • Minimal tələblər və ya biznes planın tərtibi üçün müəyyən edilmiş standart ilə həmçinin müəyyən edilmiş şərtlər, iqtisadi fəaliyyət sahələri və seçilmiş regionlar ilə tanış olun.

Ətraflı

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna təqdim edilir

  • İnformasiya texnologiyaları sahəsində biznesin qurulması, aparılması və ya genişləndirilməsi üçün güzəştli kredit cəlb etmək
  • Bunun üçün nformasiya Texnologiyalar üzrə yeni ideya və məhsulun olması vacibdir. Müraciət edən sifarişçi mütləq hüquqi və fiziki (fərdi) sahibkar kimi qeydiyyatda (VÖEN) olmalıdır
  • Minimal tələblər və ya biznes planın tərtibi üçün müəyyən edilmiş standart ilə,həmçinin güzəştli kredit faizi, layihə müddəti və güzəşt müddəti ilə tanış olun.
  • Biznes plan mağazası və ya nümunələrin elektron satış köşkü
  • Sizi maraqlandıran məsələlərə və aydınlaşdırmaya görə təcrübəli və Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda Kiçik və Orta Sahibkarlıq Proqramının məsləhətçi şirkəti,beynəlxalq mükafatlı (ABŞ) "Sahibkarın Məsləhət Evi" MMC-yə müraciət edin.

Ətraflı