Haqqımızda

Avropa Yenidənqurma və Inkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış «Sahibkarın Məsləhət Evi» MMC və onun təsiscisi Ilqar Əli oglu Namazov 1989-cu ildən indiyə kimi biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir. İ.Namazov iqtisadçı-hüquqşünas və iqtisad elmləri doktorudur, ABS Iqtisadi Təhsil uzrə Milli Şurasının treneridir. O, «Sahibkarlığın əlifbası» (Bakı,1999,s.168.) və «Sahibkarın stolüstü kitabı» (Bakı, 2006, s.208) kitablarının müəllifidir.

Ilqar Namazov ABŞ Dövlət Departamentinin dəvəti ilə «Biznes və Huquq» Proqramı cərçivəsində Vasinqton, Deytroyt, Cikaqo və Nyu-York, həmçinin Moskva, Kiyev, Minsk, Sankt-Peterburq, Kişinyov, Riqa,Vilnyus, Almata, Daşkənd və Omck şəhərlərində biznes, məsləhət, hüquq, biznes-inkubator, istehsal təskilatlarında təcrübə kecmişdir. Muxtəlif treninqlərdə, beynəlxalq seminar və konfranslarda iştirak etmiş, diplom, priz və sertifikatlar alınmışdır (x.e.nailiyyətlər səhifəsinə baxın) Ulu Öndərimiz Heydər Əliyev cənabının sahibkarlarla görüşündə İ.Namazov çıxış etmiş, mediyada «Iqtisadi mübarizə, bazar iqtisadiyyatı və biz», «Kiçik müəssisələr və böyük ümidlər», «Kicik müəssisələr necə inkişaf edir?», «Biznesmen mətbəxi: sahibkarlara müəssisə acılması və işlədilməsi üzrə məsləhətlər», «Özəlləşmə lazımdır, lakin ona hazırlaşmaq dünəndən lazımdır» məqalələri ilə dövlət və digər qəzetlərdə sahibkar və özəlləşdirilən müəssisələrə investisiya cəlb edilməsi üzrə press-relizlər ilə çıxış etmişdir. SME 2014-cü ildə Qabriel Al-Salem fondunun (ABŞ) «Konsaltinq Sənətinin Inkişafında əhəmiyyətli töhfələr» nominasiyasında qalib elan edilmiş və beynəlxalq mükafata layiq görülmüşdür.

Bizi tanımaq üçün kataloqumuzu Yüklə

Sahibkarın stolüstü kitabı

«Sahibkarın Məsləhət Evi» MMC-nin direktoru  və onun təsiscisi  İ.E.Dok. Ilqar Əli oglu Namazov 1989-cu ildən indiyə kimi olan praktiki bilikləri və nəzəri təcrübəsi əsasında «Sahibkarlığın əlifbası» (Bakı,1999,s.168.) və «Sahibkarın stolüstü kitabı» (Bakı, 2006, s.208) kitablarını nəşr edib sahibkarlar arasında yaymışdır. Hazırda azad sahibkarlığın və müxtəlif mülkiyyətli təsərrüfat subyektlərinin geniş vüsətlə artdığını nəzərə alaraq, sahibkar və işgüzar şəxslərin ədəbiyyat sarıdan əziyyət çəkdiklərini, məsləhət umduqlarını duyaraq uzun müddətli təcrübə – araşdırmalar əsasında yazılan və işgüzar adamlara yardımçı olacaq stolüstü məlumat kitabı hazırlanmışdır.

Stolüstü kitabda sadə və hamının başa düşdüyü dildə yazılmış və hal-hazırda həyatda rast gəlinən təşkilati, iqtisadi və hüquqi sahələrdə təcrübəvi-qanuni məsləhətlər əksini tapmış, sahibkarlığa qovuşmağın sadə yolu, müxtəlif mülkiyyətli müəssisə təsisi üçün tədbirlər, addınlar ardıcıllığı, yol xəritəsi və sənədlərin hazırlanması texnologiyası açıqlanmışdır.

Kitabda vergi və ödəmələr, o cümlədən onların ödənilmə vaxtları, mühasibat kitabı və sənədləri, kargüzarlıq və sahibkar müəssisələrdə əməyin təşkili, nümunəvi sənəd və müqavilələrin tərtibi, bank ilə əlaqədar özü «xırda», ancaq əhəmiyyəti böyük olan digər sənəd, bir sözlə sahibkarlığın yaranması, yaşaması və işləməsi üçün hər cür məsləhətlər öz əksini tapmışdır. Kitab sahibkarlar, fermerlər və işgüzar adaмlar, müəllim və tələbələr, bir sözlə işləyən və iş qurmaq istəyən fiziki və hüquqi şəxslər üçün stolüstü məlumat kitabı kimi faydalı olmuşdur.